Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

By Vüsal Rafiqoğlu
12.07.2024 3 Min Read

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib. Səfər çərçivəsində AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.

Agentlikdən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində, həmçinin cari il ərzində Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiyanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Aparılan müzakirələrdə bitki karantini və mühafizəsi, baytarlıq və fitosanitar nəzarəti, transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahələrində əməkdaşlığa dair saziş və anlaşma memorandumları diqqət mərkəzində olub.

AQTA sədri Q.Təhməzli iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində həyata keçirilən tədbirləri və onların əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətini, o cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb, bu sahədə əlaqələrin gücləndirilməsinin və bioloji təhlükəsizliyin təmin olunmasının vacibliyini önə çəkib.

S.Dankvert AQTA ilə “Rosselxoznadzor” arasında inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. İki ölkə arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin daha səmərəli təşkilinin və münasibətlərin genişləndirilməsinin Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artmasına və həmin prosesə operativ nəzarətin təmin olunmasına gətirib çıxardığını diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq əldə edilən nailiyyətlərə də toxunulub. İlk növbədə iki ölkə arasında qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliliyinin tanınması və yüksək riskli qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ilə bağlı əməkdaşlığın genişləndirildiyi bildirilib. Həmçinin Agentlik sədri ilə “Rosselxoznadzor”un rəhbərinin görüşünün nəticəsi olaraq ölkəmizdə istehsal olunan yüksək riskli qida məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı razılaşma əldə olunub.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasında istehsal edilən yüksək riskli qida məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Muxtar Respublikada istehsal olunan həmin məhsulların Rusiya Federasiyasına ixracı ilə bağlı ümumi razılıq əldə edilib. Bunun Naxçıvan Muxtar Respublikasında qida sahəsində fəaliyyət göstərən müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, qida sənayesinin inkişafına geniş imkanlar yaradacağı bildirilib.

Q.Təhməzli Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Rusiya Federasiyasının bir sıra institutları və elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. Belə ki, AQTİ ilə Rusiyanın “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”i (”VNİİZJ”) arasında əməkdaşlıq çərçivəsində sərhədyanı ölkələrdə təhlükəli heyvan xəstəlikləri üzrə epizootik sabitliyin təmin olunması üçün xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı epizootoloji monitorinqlərin təşkili, dabaq və quduzluq xəstəliklərinə qarşı nəzarət proqramının hazırlanması, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı elmi risk qiymətləndirilməsinin aparılması və s. sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bu məqsədlə təşkil olunmuş təlimlərdə İnstitutun əməkdaşlarının iştirakı təmin edilib, eyni zamanda İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyası “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”in təşkil etdiyi dabaq xəstəliyi üzrə səriştəlilik sınaqlarında uğurla iştirak edib.

Qeyd olunub ki, müvafiq institutlar arasında əməkdaşlıq çərçivəsində yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə, heyvan və insan sağlamlığının qorunması üçün birgə elmi-praktiki seminar və təlimlərin təşkili, qida təhlükəsizliyi və epizootoloji vəziyyət, eyni zamanda ölkələrdə qüvvədə olan mövcud qanunvericilik aktları haqqında məlumat mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası əldə olunan uğurları daha da genişləndirəcək.

Bildirilib ki, heyvan xəstəliklərinə qarşı Rusiya istehsalı olan 74 vaksin nümunəsi ölkəmizdə laborator müayinələrə cəlb edilib və uyğunluğu öz təsdiqini tapıb. Agentlik sədri sərhədyanı ərazilərdə dabaq xəstəliyinə qarşı heyvanların peyvəndlənməsi üçün Rusiya Federasiyası tərəfindən SAT-2 vaksinlərinin ölkəmizə hədiyyə edilməsi ilə bağlı təklifinə, həmçinin iki qurum arasında əməkdaşlığın inkişafında göstərdiyi səylərə və əməli fəaliyyətə görə “Rosselxoznadzor”un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Bundan sonra da qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı Q.Təhməzli Rusiya Federasiyasının yeni kənd təsərrüfatı naziri Oksana Lutun təyinatının qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.

“Rosselxoznadzor”un rəhbəri iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək müvafiq sahələrdə görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu ilin ilk yarısında 84 mindən çox şəxs işlə təmin olunub

Next

Ermənistan onları regiona gətirir: qonşu ölkələrə və Rusiyaya… – İrəvana SƏRT XƏBƏRDARLIQ

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv