Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıdakı separatçıların “xilası” üçün “şəkər və qan təzyiqi” uydurması

By Vüsal Rafiqoğlu
13.08.2024 3 Min Read

Erməni mətbuatı əli Azərbaycan xalqının qanına batmış şəxsləri, ərazilərimizdə bölücülüklə, separatizmlə məşğul olanları “qəhrəman”, “günahsız” kimi qələmə verir. 

“Joqovurd” iddia edir ki, guya  Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var və həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb, Bako Saakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri mövcuddur. Guya Ruben Vardanyan aprel ayında aclıq aksiyası keçirdiyi və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib.

Bu, əlbəttə, yeni erməni hiyləsidir. Onları həbsxanadan, ədalət məhkəməsinin qarşısına çıxmaqdan xilas etmək üçün hər cür uydurmalara əl atırlar. Bir məqamı da xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri separatçılara baş çəkir və onlar dəfələrlə bəyan ediblər ki, sözügedən şəxslərin nə saxlanma şəraitlərindən, nə də başqa məsələlər barədə şikayətləri var. Amma indi erməni mediası onlardan “xəstə obrazı” yaratmaqla beynəlxalq təşkilatların diqqətini cəlb etməyə cəhd edirlər.

Yada salaq ki, 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb, təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Bundan sonra ittiham aktı məhkəməyə göndəriləcək. Azərbaycan qanunlarına görə, müttəhimlər və onların vəkillərinə ittiham aktı ilə tanış olmaq üçün işin həcmindən asılı olaraq 1-3 ay zaman ayrılır.

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri müharibə cinayətlərində ittiham olunurlar. Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları erməni separatçılarının ötən 30 il ərzində xalqımıza qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdırıb. Azərbaycanlılara qarşı soyqırımında, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak ediblər. Erməni uydurması nəyə hesablanıb, COP29 ərəfəsi Azərbaycana beynəlxalq təzyiqləri artırmaq istəməklə nəyə nail olmağa ümid edirlər?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov saxlanılan hər bir separatçının qanun qarşısında cavab verəcəyini qeyd etdi: “Bakıdakı separatçılara ermənilərin qan təzyiqi və şəkərdən əziyyət çəkmə kimi xəstə obrazını yaratmaqda məqsədi COP29 tədbiri ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək və Azərbaycana təzyiq göstərmək üçün beynəlxalq rəy yaratmağa hesablanıb. Əslində Bakıda təcridxanada saxlanılan separatçılar üçün həbsxana həyatı normalarına uyğun hər bir şərait yaradılıb. O cümlədən Qırmızı Xaç Komitəsinin nümayəndələri də mütəmadi olaraq onlara baş çəkirlər. Separatçılar saxlanma şəraitindən narazılığını heç vaxt bildirməyiblər. Hətta onlara öz ailələri ilə danışmaq üçün mütəmadi şərait yaradılır. Hər bir cinayətkar özünün törətdiyi cinayətlərinə görə cəzasını almalıdır. Onlar azərbaycanlılara qarşı soyqırımlar törədəndə bu günün gələcəyini bilmirdilər? Hətta azərbaycanlılara işgəncələr verəndə, ölmüş canları təhqir edəndə insanlıq harada idi? Onların etdiklərini təkrarlayanlar olsaydıq, 20 sentyabrda biz də bunu edə bilrdik. Amma biz ermənilərə Qarabağda vətəndaşlarımız kimi yaşamağa qalmağını tövsiyyə etdik. Azərbaycan vətəndaşlığını almağı özünə yaraşdırmayanlara isə ərazilərimizi könüllü şəkildə tərk etmək üçün təhlükəsiz şərait yaratdıq. Biz çox humanist xalqıq. Belə ki, onların azərbaycanlıların başına gətirdikləri oyunlarını biz təkrarlamırıq. Biz saxlanılan bütün separatçılara qanun çərçivəsində yanaşırıq və onlar ittiham kürsüsünə çıxarılacaqlar. Saxlanılan 15 nəfərin əli qana bulaşıb. Onlara qarşı qoyulan ittihamlar tam ədalətlidir və hətta yumşaq davranmamız kimi də qeyd edə bilərəm. Ermənilər onlar haqqında nə obraz yaratsalar da bir köməyi olmayacaq. Cinayətkarlar cəzalanacaqlar”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Ruben Vardanyanla bağlı prosesin kökündə ən çox da onun maliyyəsinin dayandığını düşünür: “Ermənilərin separatçı və cəlladları imkan düşüncə gah “qəhrəman”, “fədai”, gah da “məzlum”, “yazıq” kimi qələmə verilir. Adətən ikinci yola quyruqları qapı arasında qalanda baş vururlar. Bu, elə erməni xislətinin əyani göstəricisidir. Artıq erməni xisləti nəinki bizi, dünyada heç kəsi təəccübləndirmir. Hər kəs ermənilərin xəstə təfəkkürünün müalicəsinin olmaması ilə barışıb. İşğalçı ölkə mediasının bu cür saxta ittiham və qarayaxma kampaniyalarına məhz indi start verməsi təəccüblü deyil. Çünki Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Onlar Azərbaycanı yenə də dünyaya “qara fon”da təqdim etməyə çalışırlar. Levon Mnatsakanyan və Arkadi Qukasyan qatı müharibə cinayətkarlarıdır. Eləcə də Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri müharibə cinayətlərində ittiham edilirlər. Fikrimcə, ermənilərin qara kampaniyaları onların əməllərinin qarşılığı olaraq həbsdə yatmalarına maneə yarada bilməyəcək. Çünki onların hamısı öz suç və günahlarını etiraf ediblər. Hətta Araik Arutyunyan Gəncədə onlarla sivilin ölümünə görə məsuliyyət daşıdığını həbs olunmamışdan əvvəl dilə gətirmişdi. Onların Ermənistana ekstradisiyası da mümkün deyil. Fikrimcə, erməni mediası sözün hər iki mənasında “təzyiq” göstərərək “məzlum cəlladları”ın İrəvana köçürülməsinə nail olmaq istəyirlər. İstənilən halda bu mümkün olmayacaq. Ruben Vardanyanı isə Qərbdəki havadarları həbsdən azad etmək üçün dəridən-qabıqdan çıxır. Ona görə ki, onun pulları Rusiya-Ukrayna savaşında Ukrayna üçün çox vacib sərmayə və donor ola bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən – AÇIQLAMA

Next

“Evdən işləyən” nazir haqda SENSASİON XƏBƏR – Məmmədyarov Moskva ilə…

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv