Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Keyfiyyətli və baha, yoxsa köhnə, ucuz taksi? – Hərənin ağzından bir avaz gəlir

By Vüsal Rafiqoğlu
17.08.2024 3 Min Read

Ölkədə taksilərin fəaliyyətini tənzimləmək üçün həyata keçirilən dəyişikliklər nəzəriyyədə ideal görünsə də, təcrübədə hələ özünü doğrultmayıb. Qaydalar qüvvəyə minəndən sonra hər gün sosial şəbəkələrdə şikayətlərlə rastlaşırıq. Məsələn, şikayətlərdən biri belədir: “Niyə əvvəl dörd manata getdiyim yola indi 8-9 manat ödəyirəm, amma yenə də köhnə taksi gəlir? Qeydiyyatdan keçən, standartlara cavab verən taksilər haradadır? Taksi sifariş verərkən mobil tətbiqdə standartlara cavab verən maşın göstərilir, köhnə “Prius” gəlir”.
Yəni sürücülər tələblərə cavab verən maşınla qeydiyyatdan keçir, fəaliyyətini yenə də köhnə, yararsız maşınla davam etdirirlər.
Tək sərnişinlər deyil, sürücülərin də narazı olduğu məqamlar var. Onların iddialarına görə, istismar edilirlər və hələ də vahid qiymət standartı yoxdur. Yəni şirkətlər öz taksiləri üçün daha baha qiymət yazır, xidmətə kənardan qoşulanlar isə köhnə və ucuz qiymətlə fəaliyyət göstərirlər.
Bəs bu cür halların qarşısı necə alınmalıdır? Ümumiyyətlə, belə hallarla qarşılaşan sərnişin və ya sürücü nə etməlidir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, bütün narazılıqların kökündə taksi qıtlığı dayanır. Üstəlik, belə bir dilemma ilə qarşı-qarşıyayıq: keyfiyyətli və baha, yoxsa köhnə və ucuz taksi?

“Məlum qərardan sonra taksi sayı 50 faiz azaldılıb və paytaxtda taksi qıtlığı yaranıb. Təbii ki, qıtlıq yarananda qiymətlər yüksəlir. Vətəndaşların bir qismi keyfiyyətli, təhlükəsiz və baha taksini seçirlərsə, böyük bir qismi ucuz taksiyə üstünlük verir. Bu da normaldır, çünki insanlar ilk növbədə iqtisadi vəziyyətini, cibini düşünür”, – ekspert deyib. Onun sözlərinə görə, insan üçün bir nöqtədən digər nöqtəyə vaxtında çatmaq vacibdir. Nəinki taksi sifariş verib, taksi qıtlığı səbəbindən işə gecikmək: “Çünki bu, onun iqtisadi vəziyyətinə daha çox ziyan vurur, nəinki taksiyə ödədiyi pul. Belə vəziyyətdə əgər sərnişin taksi sifariş edibsə, tətbiqdə yazılanın əvəzinə başqa model maşın gəlirsə, bu, faciə deyil. Çünki biz onu da yığışdırsaq, vətəndaş hazırda taksidən istifadə edərkən verdiyi xidmət haqqının üç qat artığını verməli olacaq. Hələ sərnişinlər buna hazır deyillər”.

Taksi sürücülərinə möhlət verilməlidir?

Mütəxəssis bildirir ki, taksi sürücülərinə möhlət verilməlidir: “Ümumiyyətlə, yeni qaydalardan sonra taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların əksəriyyəti avtomobillərini yeniləyə, tələbləri yerinə yetirə bilmirlər. Hazırda tələb həddindən artıq çoxdur. Ona görə taksi sürücülərinə avtomobillərini yeniləmələri üçün möhlət verilməlidir”.

Şirkətlərin sürücünün hüququnu pozmağa haqqı yoxdur

Taksi şirkətlərinin hər sürücü ilə fərqli qaydada işləməsinə gəldikdə, mütəxəssis vurğulayır ki, şirkətlər belə fəaliyyət göstərə bilərlər: “Hər bir taksi şirkətinin müəyyən iş prinsipləri olur. Bu, artıq taksi sürücüsü ilə şirkət arasındakı məsələdir. Taksidə ümumiyyətlə vahid qiymət olmamalı, tariflər sərbəst olmalı, qiymətlər tələbə əsasən formalaşmalıdır. Əsas şərt odur ki, qiymətlər hamı üçün əlçatan olmalı, sərnişin də, taksi sürücüsü də razı qalmalıdır. Təbii olaraq, taksi şirkətinin sürücünün hüququnu pozmağa haqqı yoxdur. Əgər bu baş verərsə, sürücülər müvafiq qurumlara müraciət edə bilərlər. Mən hələ müşahidə etməmişəm ki, bu günə qədər hansısa taksi sürücüsü taksi şirkəti ilə bağlı narazılığını real qaydada dövlət qurumuna bildirsin”.

Hüquqları pozulan sürücü və sərnişin nə etməlidir?

E.Cəfərov vurğulayır ki, Azərbaycan qanunvericiliyində həm sərnişinin, həm də sürücünün hüquqları qorunur: “Əgər taksidə istehlakçı kimi sərnişinin hüququ pozulursa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, sürücü və ya sərnişin hər hansı nalayiq hərəkətlərə məruz qalıbsa Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, sürücüyə çatacaq vəsaiti şirkət vermirsə, sürücülər Dövlət Vergi Xidmətinə, sürücülərin əməyi istismar olunursa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər”.

Sürücülərin icazələri ləğv edilir…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, hazırda sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı Agentlik tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib. Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. AYNA bildirir ki, bu məsələ onların nəzarətindədir: “Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv edilir. Bu günə qədər vətəndaşlardan daxil olan müraciətlər əsasında 70 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Meymunçiçəyi virusuna daha çox BU KİŞİLƏR YOLUXUR – DİQQƏT!

Next

Nazpərinin hədiyyəsi nəvəsini ağlatdı – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv