Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xoş gündə də, dar gündə də…

By Vüsal Rafiqoğlu
30.08.2024 3 Min Read

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı həmkarı Hakan Fidanla görüşü mövcud müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu

Azərbaycan – Türkiyə münasibətləri, tarixi, mədəni və strateji bağlarla möhkəmlənmiş dostluq və qardaşlığa söykənir. Bu münasibətlər hər iki ölkənin xalqları arasında dərin köklərə malikdir və tarixin müxtəlif mərhələlərində bu, dəfələrlə sübut olunmuşdur. Azərbaycan və Türkiyə xalqları eyni dil ailəsinə, mədəniyyətə və tarixə malikdirlər. Azərbaycan – Türkiyə mədəni əlaqələri son dərəcə güclüdür. Ortaq dil, ədəbiyyat, musiqi və ənənələr iki xalq arasındakı bağları daha da möhkəmləndirir. Hər iki ölkədə  ortaq tədbirlər, festivallar və mədəni layihələr həyata keçirilir. Bütün bunlar qardaş xalqlarımızın bir-birini daha yaxşı tanımasına və yaxınlaşmasına kömək edir.

İki qardaş ölkə arasındakı münasibətlər yalnız tarixi və mədəni bağlarla məhdudlaşmır. Hər iki ölkə arasında strateji tərəfdaşlıq da mövcuddur. Bu tərəfdaşlıq, siyasi, iqtisadi və hərbi sahələrdə güclü əməkdaşlıq əsasında qurulmuşdur. Azərbaycanın enerji resursları və Türkiyənin strateji mövqeyi hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) kimi layihələr bu əməkdaşlığın simvoludur. Bu layihələr yalnız iki ölkənin ələaqələri baxımından deyil, həm də regional sabitlik və iqtisadi inkişaf üçün vacibdir. Azərbaycan və Türkiyə liderlərinin bir-birinə olan güvən və etibarı, regiona, ümumən dünyaya sülh və rifah arzusu ölkələrimiz arasındakı münasibətləri hər kəs üçün örnək səviyyəyə qaldırıb. Fakt ondan ibarətdir ki, bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib.

Azərbaycan – Türkiyə mütəmadi olaraq hərbi əməkdaşlığı hərbi əməkdaşlığı da diqqətəlayiqdir. İki ölkə arasında mütəmadi olaraq bir çox hərbi təlimlər və ortaq layihələr həyata keçirilir. Bu əməkdaşlıq Azərbaycanın 2020-ci ildə İkinci  Qarabağ müharibəsindəki Qələbəsində də əhəmiyyətli rol oynadı. Türkiyə Azərbaycanın hərbi potensialının gücləndirilməsinə dəstək verdi və bu prosesdə mühüm tərəfdaş oldu. Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında Qarabağda reallaşan lokal antiterror tədbirləri ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi. Qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən özünün hərbi əməliyyatların ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyini ifadə etməsi xalqımıza böyük ruh verdi, əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi, işğalçı Ermənistanın havadarlarına da yerlərini göstərdi. Belə bir birlik “dəmir yumruğ”a çevrildi. Bu tarixi Qələbəmizin rəmzi kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə prezidentləri yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu, bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə Prezidentlərinin Zəfər paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi.

Hərbi əməkdaşlıq, siyasi, iqtisadi, mədəni sahələr üzrə faktiki olaraq xeyli dərinləşmiş münasibətlər iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Bəyannamə ölkələrimizin hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm bir sənəddir.

Göründüyü kimi, bu gün iki müttəfiq ölkə arasındakı həmrəylik bütün istiqamətlərdə özünün yüksək inkişaf mərhələsindədir. Bu yaxın günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı həmkarı Hakan Fidanla görüşü mövcud müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu. Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edildi. Eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə mövzusu oldu.

Xarici işlər naziri Ceyhun Bayramov görüşdə xüsusi olaraq vurğuladı: “Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.

Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlıq BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırıldı. Ölkəmizin xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olundu.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, Türkiyə və Azərbaycan hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edib. Bundan sonra xoş gündə də, dar gündə də bir yerdə olacaqlar.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qarabağ”ın rəqibləri bu gün müəyyənləşəcək

Next

Türkiyədən Ermənistana jest

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv