Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Körpələrin ölümündə 25 ilin rekordu – səbəb nədir?

By Vüsal Rafiqoğlu
05.09.2024 4 Min Read

“Uşaq 6 aya qədər ana südü ilə qidalanmalıdır, amma müşahidə edirik ki…”

Azərbaycanda ötən il həyatını itirən 1 yaşınadək uşaqların sayında rekord qeydə alınıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

2023-cü ildə ölkə üzrə 1 yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən 2 dəfədən çox artıb. Belə ki, 2022-ci ildə 1 yaşadək həyatını itirən uşaqların sayı 959 olub.

Ümumilikdə 2039 nəfər uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib.

Statistikaya əsasən ən az uşaq travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin nəticələrinə görə həyatını itirib, bura 17 nəfər daxildir.

Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib, bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib.

Eyni zamanda 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntular), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.

Bəs 1 yaşadək körpələri xəstəliklərdən qorumaq niyə mümkün olmur? Səbəblər obyektivdirmi?

Mövzu ilə bağlı pediatr həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışıb:

“Bütün dünyada keyfiyyətsiz səhiyyə xidmətinin ən birinci göstəricisi ana və uşaq ölümdür. Harada bu göstərici  aşağıdırsa, demək ki, orada səhiyyə xidməti yaxşıdır.

1 yaşadək körpələrin ölümü ilə bağlı qeyd olunan səbəblər isə hər zaman var. Yəni uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar.

Bəli, 1 yaşadək tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir, müqavimət aşağı olduğuna görə. Ona görə də ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri birinci yeri bölüşür. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

O ki qaldı bu məsələdə oğlan uşaqlarının sayının çoxluq təşkil etməsinə, bu ona görədir ki, doğulan oğlan uşaqlarının sayı çoxdur. Bəzən el arasında belə bir fikir səslənir ki, qız uşaqları oğlan uşaqlarına nisbətən müqaviməti daha çox olur, aktivdirlər və sairə, bu baxımdan qız uşaqları arasında ölüm sayı azdır. Amma qeyd edim ki, bunun tibbi izahı yoxdur. Yəni uşaq uşaqdır, onun oğlan və yaxud qız olması fərq etmir”.

Uşaqları ritual məkanlarına aparmasanız yaxşı olar”-Vaqif Qarayev

Vaqif Qarayev 

Vaqif Qarayev 1 yaşadək uşaq ölümlərinin səbəbləri arasında inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntularının da yer almasından danışıb: “Məlum olduğu kimi, bir müddət əvvəl ölkəmizdə qohum evlikləri qadağan olundu. Şəxsən mən bu qərardan çox sevindim və təqdir etdim. Ciddi təbabət də göstərir ki, qohum evliklərindən xəstə uşaqlar dünyaya gəlir və biz bununla ətrafımızda tez-tez rast gəlirik. Bəzən müşahidə edirik ki, ailədə olan bütün uşaqlar intellektual baxımdan geri qalır, psixoloji vəziyyətində problemlər var. Və yaxud elə ailələr var ki, qohum evliliyin nəticəsi kimi konkret irsi xəstəliyindən əziyyət çəkir. Əlbəttə, təbabət heç vaxt qadağan edə bilməz ki, yaxın qohumlar evlənməsin, lakin bu cür evlilklərin fəsadlarını ortaya qoyur.

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər. Lakin hesab edirəm ki, evlənməyə hazırlaşan cütlüklər həm də genetik müayinədən də keçsinlər. Doğrudur, bu müayinə bahadır, amma dünyaya sağlam övlad gətirmək üçün zəruridir. Genetik xəstəliklər ucbatından uşağın qüsurlu, əlil doğulması da valideyn üçün ömür boyu əzablı olur. Mədə-bağırsaq və bu kimi xəstəlikləri aradan qaldırmaq olur, amma genetik xəstəliklərin öhdəsindən gəlmək mümkün deyil. Çünki bu, genetikadır, onu da dəyişmək olmur.

Çox təəssüf ki, cəmiyyətimizdə çox az sayda ana öz yeniyetmə, gənc qızını yanına salıb, klinikaya müayinələrə aparır. Çünki analar “kənardan nə deyərlər, elə bilərlər qızım xəstədir” düşüncəsi ilə qorxur.

Eləcə də valideynlər yeniyetmə, gənc oğlanları müayinədən keçirməyə çəkinirlər. Halbuki son vaxtlar kişi sonsuzluğu xeyli artıb. Amma yenə də cütlüklər uşaq sahibi olmayanda əksər hallarda bunun günahını qadına görməyə çalışır, kişini də müayinədən keçirməyi düşünmürlər”.

Vaqif Qarayev həmçinin qeyd edib ki, son vaxtlar uşaqların ana südü ilə deyil, daha çox süni qidalar ilə qidalanması da bu məsələyə öz təsirini göstərir: “Ana südünün tərkibində xəstəliklərə qarşı müqaviməti artıran kifayət qədər iqridient var. Körpə uşaqlar ən azı 6 aya qədər ana südü ilə qidalanmalıdır. Amma müşahidə edirik ki, övladlarını ana südü ilə qidalandıran anaların sayı getdikcə azalır. Bəzən bunun səbəbini həkimlərdə görürlər ki, həkimlər xəstəxanada olarkən anaya hansısa süni qidanı məsləhət görür. Bəli, doğrudur, belə hallar olur, amma elə gənc analar var ki, onların özləri övladlarına ana südü verməkdə maraqlı olmurlar. Məsələn, gənc ana mənə zəng edib deyir ki, “övladım bir neçə gün öncə dünyaya gəlib, ona hansı süni qida verim?” Soruşuram ki, “ana südü var?”, cavab verir ki “bəli, var”, “bəs onda niyə ana südü vermirsən?” deyə soruşuram, cavab vermir. Bu, bizim bəlamızdır. Bəzən də cavab verirlər ki, “formamı saxlamaq istəyirəm”. Amma həmin gənc analar anlamır ki, onların “forması”, gözəlliyi övladları ilə bağlı olmalıdır.

Daha bir məsələ, yay aylarında körpə uşağı mədə-bağırsaq infeksiyasından xilas etmək üçün gigiyenik qaydalar ciddi riayət edilməlidir. Bəzən görürük ki, küçədə hansısa südəmər körpənin əlində nəsə var. Uşaq onu və yaxud əlini ağzına aparanda əlbəttə ki, infeksiyaya yoluxacaq.

Ümumiyyətlə, gigiyenik qaydalar, düzgün qidalanma hər şeydən öndə gəlməli, riayət olunmalıdır”.

“Bəs körpə uşaqlar arasında sinir sistemi xəstəlikləri niyə artıb?” sualımıza isə pediatr həkim bu cür cavab verdi: “Xüsusən bölgələrdə əksər hamilə qadınlar hamiləlik dövründə bəzən bir dəfə də olsun poliklinikaya müraciət etmir. Yəni vaxtında gedib müayinə olunmaq lazımdır. Əvvəllər bunu əsas gətirirdilər ki, həkimlər müayinəyə görə çox pul istəyir, amma indi icbari sığorta ilə pulsuz müayinələrdən keçmək mümkündür. Amma nədənsə onlar müayinəyə getmək istəmir və hamilə zamanı hansısa problem olanda körpədə fəsadlar ya doğuş zamanı, ya da doğuşdan sonra üzə çıxmağa başlayır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xaricdə iş və təhsil təklif edən şirkətlər – vətəndaşlar üçün tələ…

Next

Cənubi Qafqaz qarışır – Qərbin ŞOK PLANI

Xəbər lenti

  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026

Son Yazılar

  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv