Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Antiterrorla möhürü vurulan Vətən müharibəsi – indi növbədə…

By Vüsal Rafiqoğlu
10.09.2024 3 Min Read

Qazağın 3 anklav, Naxçıvanın isə Kərki kəndləri də işğaldan azad olunmalıdır; hüquq müdafiəçisi: “Ermənilər bizdən nə alıblarsa, hamısını geri qaytarmalıyıq”

Qarabağda Vətən müharibəsinə 23 sentyabrda keçirilən antiterror əməliyyatı ilə son qoyuldu. Buna qədər isə Qarabağda hüquqi dövlət olmamışdı və bölgə işğalçılar, xunta rejimi tərəfindən idarə olunurdu. Bu rejim terrorçu mahiyyət daşıyırdı və mərkəzi hakimiyyətə qarşı idi. Onlar Qarabağda Azərbaycanın qanunları ilə yaşamırdılar və ikinci “erməni dövləti” elan etmişdilər

Lakin bu uydurma respublika müstəqil subyekt kimi tanınmadı. Hətta Ermənistan da beynəlxalq hüquqdan kənara çıxa bilmədi və “artsax” adlı kukla rejimin müstəqilliyini tanımadı. Bununla belə, de-yure olmasa da, de-fakto “Dağlıq Qarabağ respublikası” 30 il bölgədə mövcud idi. Ona görə də Qarabağda Azərbaycan Respublikasının qanunlarının işləməsi ötən ilin 23 sentyabrından sonra başladı. Belə ki, “dqr” tərəfindən “boz zona” kimi saxlanmış Xankəndi və ətraf ərazilərdə xuntaçılar təmizləndikdən sonra hazırda orada Azərbaycanın dövlət orqanları fəaliyyət göstərir.

AzFakt

Artıq ölkənin suverenliyi tam təmin olunub. Bununla da regionda güc strukturları, o cümlədən müxtəlif kommunal və sosial təyinatlı qurumların fəaliyyəti həyata keçirilir. İndi Xankəndi, Xocalı və digər ərazilərdə Azərbaycan polisi, Azərbaycan pasportu, Azərbaycan qanunları işləyir. Buna qədər isə heç zaman Xankəndidə və separatçıların olduğu digər bölgələrdə Azərbaycan pasportu, Azərbaycan manatı, atributlar, simvollar işləməyib, üçrəngli bayrağımız dalğalanmayıb. Sözsüz ki, bugünkü nəticə məhz antiterror əməliyyatının qazandırdığı reallıqdır. Əgər separatçı ünsürlər torpaqlardan qovulmasaydı, hələ də Araik Arutyunyan, David Babayan, Ruben Vardanyan və digər terrorçubaşılar “meydan sulayır”, Azərbaycan dövlətinə tabe olmadan Qarabağda xunta rejimini saxlayacaqdılar. Həmçinin burada qondarma administrasiya, oyuncaq parlament və onun üzvləri, “artsax” polisi, prokurorluğu və sair separatçı strukturlar fəaliyyətdə idi. Onların heç biri legitim deyildi və 23 sentyabrdan sonra hamısı ləğv olundu, separatçılar ağ bayraq qaldırdı, qondarma qurumun sonuncu başçısı Samvel Şahramanyan bu orqanların buraxılması ilə bağlı qərar verdi.

Terrora qarşı antiterror əməliyyatı: "Zamanı çatdı"

Hərçənd mifik sistem olduğu üçün onun hansısa fərmanı da heç bir hüquqi mahiyyət kəsb etmirdi və hansı kağıza qol çəkməsindən asılı olmayaraq, onsuz da separatçılar məsuliyyətə cəlb olunmalı, həmin saxta parlament və digər strukturlar da ləğv edilməli idi. Çünki Azərbaycan bölgəyə nəzarəti tam təmin etmişdi. Bununla yanaşı, Azərbaycan 23 sentyabrdan sonra reinteqrasiya paketini açıqladı, bölgədə separatizmin məhvi o demək deyildi ki, Qarabağda yaşayan dinc ermənilər yaşadıqları yerləri tərk etməlidirlər. Azərbaycan dövləti erməni fermerlərə subsidiyalar, güzəştlər, 2 il vergi yığımı olmadan fəaliyyət imkanları tanıdı, müəyyən sosial imtiyazlar zərfi açıqladı, onların parlament və bələdiyyə seçkilərində iştirak hüququ oldu, yəni qalsaydılar, bəlkə bu gün Milli Məclisin son seçkilərdə erməni deputatı, dekabrda isə bələdiyyə sədri seçilə bilərdi.

Amma dövlət onu da bəyan etdi ki, qatı cinayətkarlar, dövlətə və xalqa silah işlətmiş şəxslər araşdırılacaq, amma separatizmin alətinə çevrilmiş ermənilərin bəzilərinə amnistiya olacaq. Təbii ki, bu fürsət separatçı liderlərə verilmirdi. Lakin erməni sakinlər getmək qərarı verdilər və onlara edilən çağırışlardan, Azərbaycan vətəndaşlığını qəbul etmək təkliflərindən imtina edərək Ermənistana köçdülər. Çünki onlar Ermənistan pasportu daşıyırdı və bu da qanun pozuntusu idi, hüquqi dövlət prinsiplərinə zidd idi ki, başqa ölkənin vətəndaşı ol, amma Azərbaycanda qeydiyyatsız yaşa, üstəlik, dövlətin əleyhinə fəaliyyət göstər, dövlət içində dövlət yaratmağa cəhd elə.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu 23 sentyabr əməliyyatını Azərbaycan ərazilərində separatizmin kökünü qazan, onu dəfn edən və bu prosesə möhürünü vuran tarix adlandırır. Onun fikrincə, “artsax” adlı terrorçu rejimin sonuncu mismarı vuruldu və məhv edildi, bundan sonra Ermənistanın bizim torpaqlarımızda növbəti dəfə separatizmi diriltmək üçün əlində heç bir rıçaq qalmadı: “Qarabağda həddən az erməni qalıb. Ermənistanın bir daha burada separatizmə dəstək verməsi üçün hər hansı resursu yoxdur. Azərbaycan suverenliyini təmin edib, lakin həllini gözləyən Qazağın 3, Naxçıvanın Kərki kəndləri var. Biz bu ərazilərdə də erməni işğalına son qoymalıyıq və prosesi tamamilə başa çatdırmalıyıq. Erməni toplumu elə bir xislətə malikdir ki, bu gün onların boynunu büküb özlərini məzlum göstərməsinə yazığımız gəlməməlidir, erməniyə bir qarış torpağımızı da güzəştə getməməliyik. Ermənilər bizdən nə alıblarsa, hamısını geri qaytarmalıyıq”.

 Yazını hazırladı: Emil SALAMOĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsini təmin etmək üçün çox çalışır

Next

DİN-dən XƏBƏRDARLIQ: Bunu edənlər 8 min manat CƏRİMƏLƏNƏCƏK

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv