Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ

By Vüsal Rafiqoğlu
10.09.2024 2 Min Read

“Uşağın düzgün qaməti 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşır”.

Bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov deyib.

ARANTV.AZ  müsahibəni təqdim edir:

– Elşən müəllim, ilk öncə bilmək istərdik ki, məktəb çantasının çəkisi nə qədər olmalıdır?

– Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır.

Mütəxəssislərin fikrincə, məktəb çantansının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş pozğunluqlarının inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir.

– Məktəb çantası necə olmalıdır?

– Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var.

Çantanın hazırlandığı material sıx, sintetik olmalıdır, çünki ona qulluq etmək daha asandır. Diqqət yetirmək lazımdır ki, çantanın yuxarı kənarı şagirdin başının arxasına söykənməsin, alt hissəsi isə belinə basmasın.

Məktəb çantası gündəlik yoxlanılmalı və bütün lazımsız əşyalar çıxarılmalıdır.

Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasın.

– Bəs məktəb çantası seçərkən, nəyə diqqət yetirilməlidir?

– Məktəb çantasını seçərkən, uşağın yaşı, boyu və çəkisi, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissə boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir.

Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzun boylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır.

– Doktor, şagird masası qamət pozulması yarada bilərmi?

– Uşağın düzgün qaməti 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşır. Uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir.

Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir.

Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər.
Düzgün qamətin olmaması, ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və s.) inkişafı ilə nəticələnə bilər.

Başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş pozğunluqları mümkündür.

Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməlidir, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır.

– Düzgün şagird masasını necə seçmək olar?

– Şagirdin düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 sm olduğu təqdirdə, tezgahın hündürlüyü 52, oturacağın isə 32 sm olmalıdır. Uşağın boyu 120-130 sm olduğu zaman isə tezgahın hündürlüyü 57, oturacaq 35 sm müəyyən edilib.

Məktəblinin boyu 10 sm artdıqda, masa üstü və oturacağın hündürlüyü müvafiq olaraq 5 sm və 3 sm artır.

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazir müavinindən təhsil xərci ilə VACİB AÇIQLAMA

Next

17 yaşlı ailə başçıları: yeniyetmə qızlar niyə qaçır? – araşdırma

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv