Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Səkinə dayıqızı nay-nay”, “Ay xalam qızı…” – Azərbaycanda bu mahnılar qadağan ediləcək?

By Vüsal Rafiqoğlu
12.09.2024 3 Min Read

Musiqinin insan psixologiyasına, onun dünyagörüşünə, mənəvi dünyasının formalaşmasına təsiri olduqca böyükdür. Xüsusən də yetkinlik dövründə olan gənclər mahnıların, musiqilərin təsirinə daha tez düşür. Araşdırmalara görə, musiqi beyində dopamin adlanan kimyəvi maddənin yaranmasına səbəb olur. Bu maddə sayəsində narahatlıq aradan qalxır, stress azalır və əhval-ruhiyyə yüksəlir.

Lakin musiqilər hər insanda müxtəlif təsir gücünə malikdir. Musiqinin insanı depressiyadan xilas etdiyini desələr də, bəzən əksinə də olur. Gənclər yanlış musiqi seçimi ilə nəinki dincəlir, olan-qalan əsəblərini də bu musiqilərə qurban verirlər.

Qısası mahnıların, musiqilərin insan həyatına təsirsiz ötüşmədiyini deyə bilərik.

İndi isə qayıdaq Milli Məclisin qərarı ilə təsdiqlənən qohum evliliklərinin qadağa məsələsinə. Bu qərardan sonra Azərbaycanda qohum evlilikləri rəsmən qadağan edildi. Yəni əmioğlu-əmiqızı, bibiqızı-dayıoğlu, xalaoğlu-xalaqızı və s. ailə qura bilməz. Bəs bu gənclər arasında sevgi-məhəbbətin yaranmasına səbəb olan amillər necə olacaq? Məsələn, ölkəmizdə gəncləri bu izdivaca ruhlandıran nə qədər mahnılarımız, musiqilərimiz, şerlərimiz var. Toylarımızın, şənliklərimizin məşhur mahnılarından sayılan “Qonşumuzda bir quyu var, əmi qızı”, “Səkinə dayıqızı nay-nay”, “Ay xalam qızı” və sair. Hələ son aylarda bütün sosial şəbəkələrdə trend olan – Ay getdi batan yerə,

Mələklər yatan yerə.

Əmiqızı qurban olsun

Əmioğlu yatan yerə – mahnısını demirik.

Bəs bu mahnıların, musiqilərin, aqibəti necə olacaq? Həmin mahnılar efirlərdən, toylardan yığışdırılacaqmı?

Mövzu ilə bağlı Publika.az–a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, bu qanunların mahnılarla elə bir əlaqəsi yoxdur:

“Bu, mahnıdır, xalq yaradıcılığıdır, yüzlərlə belə mahnılarımız var. Onda gərək “Samovara od salmışam. Yarım gedib tək qalmışam”- mahnısını dinləyən gedib intihar eləsin. Axı belə halların qarşısını almaq üçün mahnını ləğv etmirlər.

Burada sadəcə təbliğat aparılmalıdır, maarifləndirici işlər görülməlidir və insanları bu istiqamətdə daha çox hazırlamaq lazımdır ki, hər hansı bir şəkildə insanlar arasında mənfi ənənə davam etməsin, əsas budur. Ona görə də, biz daha çox buna diqqət yönəltməliyik. Yoxsa mahnıların bununla əlaqələndirilməsini doğru hesab etmirəm”.

Şair-yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi isə hesab edir ki, həmin mahnılar qorunub saxlanılmalıdır:

“Məncə onlar bizim adət-ənənələrimizin bir hissəsi kimi qorunub saxlanılmalıdır. Vaxtikən qohum evlilikləri daha çox olub. Çünki insanların yeniyetmə vaxtından başqaları ilə ünsiyyəti az olurdu. Oğlan və qızlar başqa yerdə görüşə bilmirdilər.

İnsanın rahat ünsiyyətdə ola biləcəyi əks cinsin nümayəndələri ancaq qohumlar olurdu. Ona görə də sevgi də, münasibət də, duyğular da elə qohumlar arasında yaranırdı. Amma indi cəmiyyətdə sosial vəziyyət elədir ki, hamı bir-biri ilə ünsiyyətdə ola bilir. Rahat halda ürəyinə yatan insanla əlaqə qurmaq imkanı var. Bu baxımdan artıq o sıxlıq aradan qalxır. Amma sözügedən mahnılar milli mənəvi dəyərlərimizin bir hissəsi kimi qorunub saxlanılmalıdır”.

Mövzu ilə bağlı saytımıza danışan, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov isə qeyd etdi ki, mədəniyyət qanunu yox, qanun mədəniyyəti formalaşdırmalıdır:

“İnsanın düşüncəsi mühitə uyğun formalaşır. Uşaqlıq dövründə bütün informasiyalar insan beyninə bilik kimi daxil olur. Uşaq eşitdiyi, oxuduğu və gördüyü hər şeyin həqiqət olduğuna inanır. Mədəniyyət anlayışının bir cəmiyyət üçün əhəmiyyəti odur ki, gələcəyi formalaşdırır. Yaradıcı sahələr insanların düşüncəsində zamanla oturuşmuş düşüncə yaradır. Mentalitet dediyimiz anlayış zamana və mədəniyyətə bağlıdır. Cəmiyyətdə yazılmamış qayda yazılan qanundan üstün olmamalıdır.

Gələcək üçün sağlam psixoloji mühitin formalaşması üçün hər kəs əlini daşın altına qoymalıdır. Sağlam cəmiyyət sağlam düşüncədən yaranır. Maarifləndirici çağırışlar edilməlidir. İnsanları səhv istiqamətə yönləndirən təbliğatlara yol vermək olmaz. Yaradıcı sahələrdə psixoloji maarifləndirmə aparılmalıdır. İnsanlar qadağaların izahlarını dinləməlidirlər. Mədəniləşmə və müasirləşmə prosesində bütün sahələr üzrə mütəxəssis mövqeyi olmalıdır. Şüuru formalaşdıran və bunu səhv istiqamətə tətikləyən yaradıcı fəaliyyətlərə qarşı elmə dayanıqlı fikirlər inşa edilməlidir. Keçmişdə bütün anlayışlar əzbərə idi. Təbliğ olunan anlayışlar müzakirəsiz tətbiq olunurdu. Heç kim sual vermək istəmirdi ki, niyə belə olmalıdır? Şəxs və ya şəxslər qanunsuzluq edə bilərdi, amma mədəniyyətsizlik yox. Belə bir düşüncə var idi ki, yazılmamış qaydalar yazılmış qanunlardan daha üstün idi. Zamanla bu düşüncə zəifləməyə başladı. Cəmiyyətdə hüquqi düşüncə formalaşmalıdır. Bəzi yanlış yaradıcı təbliğatlara qarşı sərt addımlar atılmalıdır. İnsanların həyatına mane olan, gələcəyi qeyri-sağlam formalaşdıran təbliğat xarakterli fəaliyyətlərə qarşı hüquqi addımlar atılmalıdır. Hüquqi düşüncə qanunun aliliyini təmin edir. Mədəniyyət qanunu yox, qanun mədəniyyəti formalaşdırmalıdır”.

Gülnar Süleymanova

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şuşadan ən son görüntülər

Next

Rusiya Donbasa raket zərbələri endirdi – BQXK-nin üç əməkdaşı ÖLDÜ

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv