Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM – Həbsdən çıxanlar üçün BÖYÜK ŞANS

By Vüsal Rafiqoğlu
13.09.2024 3 Min Read

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam təqdir olunur 

Prezident İlham Əliyev cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.

“Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır”, – sərəncamda vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etmək;

fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etmək.

Aidiyyəti dövlət orqanlarına (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.

Bu sərəncam məhkumların həyatını necə dəyişəcək?

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində 8 peşə məktəbi, 11 peşə filialı və qrupları fəaliyyət göstərir: “Bu gün cəzaçəkmə yerlərində 17 ixtisas üzrə 60-dan artıq qrupda min nəfərdən artıq məhkum peşə təhsilinə cəlb olunub. Cənab Prezidentin imzaladığı sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini nəzərdə tutur. Bu sahəyə diqqət peşə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirəcək. Ümumiyyətlə, məhkumların təhsilə cəlbi olduqca vacib məsələdir. Məsələn, qonşu Rusiyada məhkumların ali təhsilə cəlb edilməsi mexanizmi var. Hazırda məhbuslar müxtəlif ixtisaslar üzrə istəklərinə uyğun distant təhsil alır. Seçdikləri isə ən çox iqtisadiyyat, menecment, kiçik biznesin idarə olunması, maliyyə və kredit, reklam üzrə mütəxəssis, sosiologiya, bank işi və psixologiya ixtisaslarıdır. İxtisas seçimi də sərbəstdir. Məhkumlar onlayn tapşırıq alır və yerinə yetirdikləri mövzuları və imtahan cavablarını göndərirlər. Təcrübə göstərir ki, peşə sahibi olan, diplom alan məhkumlar nadir hallarda cəzaçəkmə yerlərinə qayıdırlar. İnsan azadlıqda öz yerini tapanda, artıq cinayətdən uzaq olur. Azərbaycanda cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında məhkumlarla tərbiyə tədbirlərinin keçirilməsi şərtləri və təhsilin təşkili fəslində müəyyən müddətdə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının müvafiq normativ aktlara əsasən təşkil edilməsi məsələləri yer alıb. Belə ki, məhkumların ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının bir rejimdə cəza çəkən məhkumların digərindən təcrid edilmə tələblərinə riayət olunmaqla həyata keçirilməsi barədə ayrıca maddə var. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ümumi orta təhsil və peşə təhsili üzrə imtahan vermək üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Cəza çəkənlər də bizim vətəndaşlarımızdır, onların arasında adi bir yanlışlıq üzündən cəza çəkənlər və səhvini başa düşərək peşman olanlar da az deyil. Məhkumların peşəyə yiyələnmək istəyi, təhsil almaq  arzusu alqışlanmalıdır.  Peşə sahibi olan şəxslər azadlığa çıxdıqdan sonra cəmiyyətdə öz yerlərini rahat tapa bilirlər. Cənab Prezidentin sərəncamı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin reinteqrasiya imkanlarını artıracaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Toylarla bağlı yeni qadağa – Bundan sonra…

Next

Saatlıda DƏHŞƏT! Ata avtomobillə 2 yaşlı oğlunun üzərindən keçdi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv