Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Azərbaycanda bu universitet tələbələrini ÖZÜ SEÇƏCƏK – DİM-in imtahan nəticələri qəbul edilmədən…

By Vüsal Rafiqoğlu
24.09.2024 3 Min Read

“Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə, universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. “Tələbə seçimini müstəqil aparma” ifadəsi, müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur. Yəni, ali təhsil müəssisəsi tələbə seçim prosesini öz daxili qərarları ilə aparır və dövlətin qəbul imtahanı, məsələn, Dövlət İmtahan Mərkəzinin nəticələri ilə bağlı mütləq şəkildə tənzimləmə və ya tələb olmur”.

Medianews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki, burada əsas məqamlar dövlətin müdaxiləsi olmadan müstəqil seçim və şəffaf tələbə qəbulu prosesidir: “Birinci diqqət edilməli məqam müstəqil seçim prosesidir. Təhsil müəssisəsi tələbə qəbulunda öz şərtlərini və meyarlarını müəyyən edir. Bu, qəbul qaydalarının, imtahan tələblərinin, qiymətləndirmə meyarlarının universitet tərəfindən təyin olunduğunu göstərir. İkinci məqam dövlət müdaxiləsinin olmamasıdır. Adətən, Azərbaycanda tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarına əsaslanır. Amma “müstəqil seçim” hüququ veriləndə, universitet həmin imtahan nəticələrini mütləq qəbul etmək məcburiyyətində deyil və ya alternativ qəbul formalarını da tətbiq edə bilər. Məsələn, daxili qəbul imtahanı, müsahibələr və ya beynəlxalq sertifikatlarla qəbul və sair. Üçüncü məqam tələbə qəbulunun şəffaflığıdır. Tələbə seçiminin müstəqil aparılması universitetin qəbul prosesinin açıq və şəffaf şəkildə öz standartlarına uyğun həyata keçirildiyini göstərir”.

Təhsil ekspertinin qənaətincə, dövlət başçısının imzaladığı məlum sərəncamdakı “tələbə seçimini müstəqil aparmaq” ifadəsi universitetlərin tələbə qəbulu prosesində daha çox səlahiyyətə və azadlığa sahib olmasını nəzərdə tutur: “Bu ifadə, Türkiyə-Azərbaycan Universitetinə tələbə seçimi ilə bağlı yeni bir yanaşmanı nəzərdə tutur. Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın simvolu olaraq yaradılan birgə universitetdir. Burada hər iki ölkənin təhsil sistemlərindən bəhrələnərək müştərək təhsil proqramları həyata keçiriləcəkdir. Azərbaycanın ali təhsil müəssisələri də universitetin fəaliyyətində yaxından iştirak edəcək, bəlkə də müəyyən fakültələr və proqramlar üzrə tədris və tədqiqat işlərinə qoşulacaqlar. DİM imtahanlarının nəticələrinə əsasən tələbə seçiminə gəlincə, burada əsas məqam sözügedən qurumun qəbul imtahanlarıdır. DİM Azərbaycan Respublikasında ali təhsilə qəbul üçün standartlaşdırılmış imtahanlar keçirir. Bu imtahanların nəticələrinə əsasən, tələbələr universitetlərə qəbul edilir. Bu təklif də DİM-in nəticələrinə əsaslanaraq, Türkiyə-Azərbaycan Universitetinə tələbə seçiminin müstəqil şəkildə həyata keçirilməsini nəzərdə tutur”.

K.Əsədov vurğulayıb ki, ölkə rəhbərinin imzaladığı sərəncamla, Türkiyə-Azərbaycan Universitetinə daha çox müstəqillik və seçim azadlığı verilir: “Müstəqil seçim hüququ universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına, meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir. Beləliklə, bu sərəncam Türkiyə-Azərbaycan Universitetinə daha çox müstəqillik və seçim azadlığı verilməsi deməkdir. Universitet öz tələbə qəbul siyasətini sərbəst şəkildə müəyyənləşdirə bilər, lakin DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə əsaslanaraq tələbə seçimində iştirak edəcək. Bu da universitetin milli təhsil sistemində mövcud olan qaydalardan kənara çıxmadan, öz qayda və prinsipləri ilə fəaliyyət göstərməsini təmin edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu sənəd və məlumatlar Prezidentə təqdim ediləcək

Next

İndiyə qədər Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlandı

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv