Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xəzəri Bakıdan ayırmaq planı – hökumətin qərarının pərdəarxası

By Vüsal Rafiqoğlu
24.09.2024 3 Min Read

Ekspert: “Qərarın verilməsinin səbəbi həm logistikanın, həm də turizmin inkişafı ilə bağlı olsa da…”

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edib. Bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Bu faktiki Xəzəri Bakıdan ayırmaq qərarı kimi də izah edilə bilər. Bəs hökuməti belə qərara vadar edən nədir? Xarici investorlar bunda maraqlı ola bilərmi?

Natiq Cəfərli sədr oldu Pravda.az

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, belə bir qərar iki səbəbdən verilə bilər. İlkin səbəb Azərbaycanda Xəzər dənizinin suyunun geri çəkilməsi ilə limanlarda yaranan problemlərdir: “Azərbaycan regional yükdaşıma mərkəzi olmaq istəyir. Ölkəmizdə suyun geri çəkilməsi iritutumlu gəmilərin limanlara yer almasını çətinləşdirir. Dənizdə limanlara yaxın yerlərdə əlavə torpaq sahələri yaradaraq, daha dərin qatlarda gəmiləri qəbul etmək mümkün olacaq. Digər səbəb isə süni adaların yaradılması ilə Xəzərdə yeni turizm mərkəzlərinin yaradılması ilə bağlıdır. Hökumətin buna aid bir proqramı var. Layihənin nə dərəcədə uğurlu olacağını söyləmək çətindir. Çünki Azərbaycanda turizmlə bağlı həddindən çox problemlər var. Elə quru sərhədlərin bağlı olması turizmə ən böyük zərbə vuran amillərdən biridir.  Lakin hər halda, hökumətin belə planları var. Xarici investorların cəlb ediləcəyi də ehtimal olunur.

Amma bu günə qədər digər turist obyektlərində xarici investorların o qədər də aktiv olmadığını görürük. Məhz bu sahəyə böyük yatırımların olacağını indidən söyləmək çətindir. Məsələn, Dubayda olduğu kimi Bakıda, Xəzər dənizində adalar kompleksi inşa etmək istəyən xarici şirkət görməmişik. Ən azından mənim belə bir plan haqqında məlumatım yoxdur.

Qərarın verilməsinin səbəbi həm logistikanın, həm də turizmin inkişafı ilə bağlı olsa da, həyata keçirilmə mexanizmləri haqqında ictimaiyyətə və biznes çevrələrinə əlavə informasiya verilməyib. Qanunvericiliklə necə tənzimlənəcəyi açıqlanmır. İstənilən özəl investor bundan istifadə edə biləcəkmi? Yoxsa hansısa formada dövlət lisenziyası ilə olacaq? Bu sualların cavabı hələ ki açıqdır.

Əgər bu layihədə xarici və ya özəl investorlar fəaliyyət göstərəcəklərsə, turizm inkişaf edəcəksə, gəmi limanlarının dəyişdirilməsi Azərbaycanda logistik gəlirlərin artmasına səbəb olacaqsa və normal bir sistem qurulacaqsa, iqtisadi cəhətdən sərfəli olacaq. Amma hələ ki bununla bağlı hansısa əlamət görmürük.

Azərbaycanda turizm neçə ildir prioritet elan olunmasına baxmayaraq, turizmin qəbulunda Gürcüstandan 4 dəfə geridəyik. Deməli, turizmin inkişafı üçün digər istiqamətlərdə də irəliləyə doğru pozitiv addımlara ehtiyac var.

Dünyada əsasən ərəb ölkələrində belə təcrübə var. Orada Böyük Britaniya şirkətləri həmin planı hazırlayıb həyata keçirməsinə kömək etdilər. Dünyada ən məşhur süni adalar Dubaydadır. Orada tikilən villaların qiyməti həddindən artıq bahadır və Devid Bekhem kimi məşhur insanlar oradan evlər alıblar”.

Maraqlıdır, Azərbaycanda belə qlobal layihələr olacaqmı? Belə bir investisiya mühiti yaranacaqmı?

Ekspert deyir ki, bu məsələ ciddi sual doğurur. Bundan öncə də belə səs-küylü layihələr olub: “Xatırlayırsınızsa, “Xəzər adaları” adlı layihə də olmuşdu. İş adamlardan biri deyirdi ki, 100 milyardlarla vəsait qoyulacaq, böyük bir şəhərcik salınacaq, amma heç nə olmadı. Beynəlxalq Bankdan götürülən kreditin qaytarılması ilə bağlı böyük bir problem yarandı. Azərbaycanda belə layihələrin elanını çox görmüşük. Lakin realizə olunmasında problemlər var. Problemlər varsa, deməli, yanaşma, vergi siyasəti dəyişməlidir. Xarici investorlar Azərbaycana can atmalıdır. Bütün bunlar təşkil olunmalıdır ki, verilən qərarlar da sonradan effekt versin. İstənilən xarici investor ölkəyə gələrkən bir neçə sualına cavab axtarır. İlk olaraq onu qoyduğu investisiyaların qorunması maraqlandırır. Bunun üçün məhkəmə sistemində yeniliklərə ehtiyac var.  Məhkəmə sistemi daha ədalətli və sürətli çalışmalıdır. Daha sonra investorların gedəcəkləri ölkədə beynəlxalq müqavilələrdə iştirakçılıq nə səviyyədədir. Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatına hələ də üzv deyil.  İnvestorlar  üçün bu çox vacibdir.  Bu təşkilat investisiyaların qorunmasında çox ciddi rol oynayır. Xarici şirkətlər həmçinin vergi və gömrük qanunvericiliyinə nəzər salırlar.  Azərbaycanda Vergi Məcəlləsinə son 6 ildə 1000-dən çox əlavə və dəyişikliklər edilib. Bunlar bütöv halda deyil, məntiqsizliklərlə doludur. Bütün bunlar düzəlməlidir ki, sonradan investor daha rahat şəkildə Azərbaycana investisiya qoysun. Gürcüstan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan və vergiləri aşağı saldıqdan sonra xarici investorları cəlb edə bildi”.

Şahanə RƏHİMLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan əhalisinə SEVİNDİRİCİ XƏBƏR: Maaş və pensiyalar bu tarixdən artacaq

Next

Külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv