Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

ABŞ xaos yaradacaq – Ermənistanın revanş hazırlığı, PREZİDENTİN XƏBƏRDARLIĞI!

By Vüsal Rafiqoğlu
25.09.2024 4 Min Read

Polkovnik: “Erməni ordusu Azərbaycana qarşı təxribat törədəcəksə, elə cavab alacaq ki, dirçəlməsi və hücum ordusuna çevrilməsi bir daha mümkün olmayacaq”

ABŞ-ın Güney Qafqaz siyasətini sülhməramlı saymaq mümkün deyil. Vaşinqtonun məramının bədniyyətli olduğunu onun Ermənistana münasibətindən qabarıq şəkildə görmək olar. Sözdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış etməyi xoşlayan Amerika gerçəkdə sülhə ciddi əngəllər yaratmaqla, hətta bölgəyə yönəlik böyük xaos planı ilə məşğuldur. Ki, həmin xaosu idarə edib regionu öz nəzarətində saxlaya bilsin.

Revanşist ovqatın güclü olduğu kapitulyant ölkəyə ordu qurmağa kömək etməyin, sentyabrın 19-da Konqresdə dinləmələr keçirib keçmiş xunta rejiminin nümayəndəsini ora çıxış üçün dəvət etməyin ayrı hansı adı ola bilər ki? Ermənistan Müdafiə Nazirliyində Pentaqon təlimatçılarının oturması, vaxtaşırı keçirilən ortaq təlimlər, Azərbaycanla sərhədə Amerika istehsalı olan silahların və erməni əsilli Amerika  hərbçilərinin yerləşdirilməsi təbii ki, Vaşinqtonun heç də barışıq planlarının xəbərçisi sayılmaz. Bu da növbəti fakt.

“Yeni Müsavat” xəbər verir ki, 9-20 sentyabr tarixlərində ABŞ-ın Kanzas Milli Qvardiyasının əsgərləri Ermənistan Silahlı Qüvvələri ilə “kiçik zabitlərin ixtisaslarının artırılması üzrə təcrübə mübadiləsi” üçün Ermənistanda olublar. “Təlimlər peşəkar serjant korpusu formalaşdırmaq və inkişaf etdirmək, qabaqcıl təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb”, – məlumatda bildirilir.

ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, “Phoenix Platoon” (“Feniks taqımı”) proqramı artıq 8 ildir ki, həyata keçirilir. Əsas diqqət peşəkar serjant heyətinin hazırlığına yönəldilib.

Bu qəbildən hərbi hazırlıqlar əlbəttə ki, rəsmilər də daxil, erməni tərəfində revanşizmi bir az da körükləyir, İrəvanı sülh müqaviləsi imzalamaq istəyindən uzaqlaşdırır. Nə barədə ki, Prezident İlham Əliyev sentyabrın 24-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında açıq xəbərdarlıq edib.

“Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır”, – deyə dövlət başçısı qeyd edib.

Onların 2-ci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan Prezident ardınca vurğulayıb: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.

Prezident həmçinin Ermənistanın silahlandırılması məsələsinə də toxunub: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”.

İlham Əliyev habelə bildirib ki, Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır, ona görə bu, ciddi məsələdir. Bakının şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı həmçinin qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidir ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu ləğv olunmalıdır”.

Qərb, əsasən də Fransa və ABŞ Ermənistana eyni zamanda müasir silahlar göndərir. Yəni bir tərəfdən silahlandırma, o biri tərəfdən təlim-tədris həyata keçirilir. Bəs ABŞ başda olmaqla, Qərb marionet Ermənistana hücum ordusu qura biləcəkmi?

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Cənubi Qafqazda gərginliyin gün-gündən artması müşahidə olunur. Bu gərginliyin artmasında isə Fransa və ABŞ-ın daha çox maraqlı olduğu görünür. Gərginliyin əsas səbəbləri Ermənistanın silahlandırılması, Ermənistan hakimiyyətinin nümayəndələrinin sərsəm bəyanatlar verməsi, revanşist meyllərin artması, Fransa, ABŞ və digər ölkələrin erməni revanşizmini həvəsləndirən siyasət yürütməsidir: “ABŞ-ın Ermənistana həm silahlar göndərməsi, həm də birgə təlimlər keçməsi, hərbçilərini təcrübə mübadiləsi üçün Ermənistana göndərməsi ondan xəbər verir ki, Ermənistanı bütün istiqamətlərdə müharibəyə hazırlayırlar. Yəni hazırlıq təkcə silahlandırma istiqamətində aparılmır, paralel olaraq təlimlər, təcrübə mübadiləsi istiqamətində həyata keçirilir. Bu proses Cənubi Qafqaz üçün təhlükə yaranması və təhlükəsinin get-gedə güclənməsi deməkdir. Prezident İlham Əliyevin Milli Məclisdə çıxışında dediyi bir sıra fikirlər, xəbərdarlıqlar da təsadüfi deyil. Prezidentin ordumuzun bundan sonra daha da gücləndiriləcəyinin prioritet məsələlərdən olduğunu deməsi o deməkdir ki, ölkəmizin lideri müharibə təhlükəsinin get-gedə artdığını dəqiq bilir. Çünki Prezident bizlərdən, hamıdan daha çox informasiyaya malikdir.

Ermənistanın hücum ordusu qura biləcəyi sualına isə belə cavab verə bilərəm ki, 2020-ci ildə 44 gün ərzində dağılmış və aradan keçən 4 il müddətində də başına bir neçə dəfə ağır zərbə vurulmuş ordunun yaxın illərdə mükəmməl orduya çevrilməsi mümkünsüzdür”.

Ekspertin sözlərinə görə, Ermənistan ordusu o dərəcədə darmadağın vəziyyətə salınıb ki, onun özünə gəlməsi asan deyil: “Düzdür, onlara müasir silahlar verilir, ancaq şəxsi heyətin yüksək səviyyədə hazırlanması elə də asan deyil. Buna müddət lazımdır. Bundan sonra ən azı iki il bu marionet ordunu hücuma hazır ordu səviyyəsinə qaldırmaq mümkün deyil. Ermənistanın sülh müqaviləsi danışıqlarını uzatmaqla vaxt udmaq məqsədi də bunun üçündür ki, ordusunu qeyd olunan səviyyəyə gətirib çatdırsınlar. Bununla belə, qarşıdakı yaxın dövrlərdə, həmişə olduğu kimi, Ermənistan Azərbaycana qarşı müəyyən hərbi təxribatlar həyata keçirə bilər. Gərginliyi artırmaq üçün müxtəlif təxribatlar ola bilər. Məqsəd də bu ola bilər ki, bu təxribatlarla Qərb dövlətlərinin və beynəlxalq təşkilatların əlinə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək bəhanəsi düşsün. Şübhəsiz ki, Azərbaycan Ordusu istənilən təxribata sərt cavab verəcək və bərpa olunmaq istəyən erməni ordusunu təzədən tamamilə məhv edəcək. Azərbaycan Ordusu 44 günlük müharibədən sonra daha da güclənib. Ən müasir silahlarla təmin olunub. Ermənistan ordusunun aldığı silahlara alternativ silahlara malik güclü Azərbaycan Ordusu mövcuddur. Ermənistan ordusu Azərbaycana qarşı təxribat törədəcəksə, elə cavab alacaq ki, dirçəlməsi və hücum ordusuna çevrilməsi bir daha mümkün olmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərdi, polis atəş açdı

Next

“Üç ağa”ya qulluq edən İrəvan

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv