Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Sabirabadın nar bağlarında bol məhsul var, fermerlər ixrac barədə düşünürlər – reportaj

By Vüsal Rafiqoğlu
26.09.2024 3 Min Read

Sabirabadın nar bağlarında bu il bol məhsul yetişib. Təsərrüfatçılar hər ağacdan 30-50 kiloqram məhsul yığmağı planlaşdırırlar. Bağlarda əsasən yerli iqlimə uyğun olan “Öküzburnu” narları becərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunda bir neçə kənddə nar bağları mövcuddur. Onların bir hissəsi Əsgərbəyli kəndindədir. Burada narçılıqla məşğul olan təcrübəli təsərrüfatçılar var və artıq bu işin sirlərinə yiyələniblər.

Bağlarında bol məhsul yetişdirən bağbanlar məhsul yığımına başlayıblar. Onlardan biri də Nahid Soltanzadədir. O, uzun illərdir nar bağlarından qazanc əldə edir və bu sahənin gəlirli olduğunu deyir: “Nar bağı 2010-cu ildə salınıb, sahəsi 1 hektardır. Əsasən “Öküzburnu” əkilib. Çünki bu sort nar satışı üçün daha əlverişlidir. Ötən il məhsul az olsa da, bu il ağaclar yaxşı nar gətirib. Bağda 700 ağac var, hər ağac 30-50 kiloqram məhsul vermək gücündədir. İlk yığım sentyabr ayında başlayır və noyabra qədər davam edir”.

Nar satışından da danışan fermer bildirir ki, hazırda məhsul pərakəndə formada əsasən yerli bazara çıxarılır. “Əvvəllər məhsulu daha çox Rusiya bazarına göndərirdik, həmçinin yerli bazarda da satırdıq. 2019-cu ildən sonra pandemiyaya görə xarici bazara çıxarmaqda çətinliklə üzləşdik və satışımız azaldı. Hazırda məhsulu daxili bazara kiloqramı 1-2 manat arasında satırıq. İstərdik ki, Avropa bazarına çıxış əldə edək”.

Sabirabad rayonunun Qasımbəyli kənd sakini Mirbağır Həşimzadənin isə 3 hektar nar bağı var. Onun təsərrüfatının əsas hissəsini 10 illik ağaclar təşkil edir. Ümumilikdə bağda 2 minə yaxın ağac var. “Adətən, nar bağları bir il daha çox məhsul verir, növbəti il isə nisbətən az olur. Son illərdə ən çox məhsulu 2021-ci ildə götürmüşəm və 40 ton nar tədarük etmişəm. Bu il də məhsul boldur, təxminən 35 ton nar götürəcəyimizi gözləyirəm. Bu il məhsuldarlıq yaxşıdır, lakin qiymət sərfəli deyil. Hazırda məhsulu yerli bazara çıxarırıq. Əvvəlki illərdə məhsulu Rusiyaya göndərirdik, satışımız da yaxşı olardı”, – deyə Mirbağır Həşimzadə bildirir.

Fermerlərin məhsullarını xarici bazara çıxarması ilə bağlı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan münasibət öyrəndik. Bildirildi ki, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmi vasitəsilə Azərbaycanda ixracatçılara daim dəstək göstərilir. Bu mexanizm vasitəsilə yerli ixracatçılara bazar araşdırmalarının keçirilməsində, beynəlxalq sərgi-yarmarkalarda vahid stend və digər üsullar vasitəsilə satış yollarının axtarışında kömək göstərilir. Fermerlər bundan yararlanaraq öz məhsullarını satmaq imkanı əldə edə bilərlər.

Sabirabad Rayon Dövlət Statistika İdarəsindən verilən məlumata görə, Sabirabad rayonu üzrə 1379,3 hektar nar bağı mövcuddur. Təkcə 2023-ci ildə bağlardan 14 min ton məhsul yığılıb və orta hesabla hər hektara 105,3 sentner məhsuldarlıq düşüb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

Next

Xocalı bulvarına əlvan çiçəkli iri dibçəklər qoyulub

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv