Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Zəfərə gedən yolun başlanğıcı

By Vüsal Rafiqoğlu
27.09.2024 4 Min Read

2012-ci ildə oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim. “Biz Qarabağa qayıdacağıq”. 2020-ci ilin payızından isə şərəflə Azərbaycan xalqı “Qarabağ, biz qayıtdıq!”, “Qarabağ, sən artıq azadsan!” deyə bilir.

Ataların yaxşı bir sözü var. Deyir: “Özgə atına minən tez düşər. Özgənin torpağında hökmdarlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan iş deyil.” İşğalçı siyasətlə başqalarının torpağını mənimsəmək, başqalarının Vətənində bayram etmək istəyənlərin aqibəti hər zaman bəlli olub. Belələrini hər zaman tarix özü ifşa edib.

Məhz 27 setyabr da tarixin başqalarının torpağını mənimsəmək istəyənlərə verəcəyi dərsin başlanğıc günü oldu. Abır-həyalarını, vicdanlarını yox olacaq qədər itirmiş, qan gözlərini örtmüş mənfur qonşularımız işğal etdikləri torpaqlarla yetinməyib, təxribat hücümuna keçir və şanlı ordumuz tərəfindən layiqli cavabını alır.

Ölkə Prezidenti cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan öncə öz çıxışlarının birində deyirdi: “Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələnin sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”. Cənab Prezidentin bu humanist fikirləri Azərbaycan xalqının da sülhün tərəfdarı olduğunu göstərirdi. Lakin erməni qəsbkarlarının 27 sentyabr 2020-ci ildə təxribat xarakterli hücumu xalqımızın səbr kasasını aşırdı.

Cənab Prezidentin, Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatları Qarabağ torpaqlarında miladın başlanmasına vəsilə oldu. 44 günlük müharibədə xalqın “Dəmir yumruğu” mənfur düşmənin başına endirildi. 27 ildən artıq bir müddətdə düşmən tapdağına məruz qalan torpaqlar azadlığa qovuşdu. Üç rəngli bayraq dalğalandı Qarabağın hər bir kiçik kənd, qəsəbə və şəhərində. Qalib Ordu, Qalib Dövlət, Qalib Xalq anlayışı yarandı.

Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün sanki daha çox göz önündədir və ölkəmizin hər guşəsini bəzəyir. Təbii ki, bunun da əsas səbəbi yaşadığımız mühüm tarixi zəfərdir. Çünki bu gün hamımız bu tarixi zəfərin iştirakçısına və şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını bərpa edir. Keçən 27 ildən çox müddət tarixi zəfərin şərt olduğunu göstərdi. Məhz buna görə də Azərbaycan dövləti öz Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin yeni təxribatına qarşı əks-hücuma keçməklə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycan xalqının haqq işidir.

Vurğulamaq yerinə düşər ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20faizini işğalı xalqımızın yaddaşında ağır izlər qoyub, məğlubiyyət psixologiyasının formalaşmasına səbəb olub. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi xalqımızın bu psixologiyadan qurtulmasının, həmçinin işıqlı günlərə çıxmasının başlanğıcı oldu. Dahi rəhbər ilk öncə siyasi, iqtisadi və ən səas da hərbi sahədə islahatların aparılmasına dair siyasi fəaliyyət həyata keçirdi. Məhz düzgün aparılan siyasi fəaliyyətin nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoydu. Hərbi sahədə həyata keçirilən düzgün siyasətin nəticəsi isə göz qabağındadır. Artıq Azərbaycan torpaqları işğal edilmiş bir ölkə deyil. Azərbaycan qalib ordunun, qalib xalqın ölkəsidir.
Azərbaycan İkinci Qarabağ müharibəsi ilə dünyaya, həm də xalq və dövlət birliyinin nümunəsini göstərdi. Artıq dünya dövlətləri anladılar ki, apardıqları siyasətdə yanlış qərarlar verəcəkləri təqdirdə Azərbaycanla hesablaşmalı olacaqlar.

İndi isə Azərbaycan üçün quruculuq mərhələsi-postmünaqişə dövrü başlayıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi birtərəfli qaydada öz əksini tapıb. Cənab Prezidentin bildirdiyi kimi, bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir: “Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq. Ermənistan-Azərbaycan sərhədini nəzarətə alımışıq. Biz artıq quruculuq işlərinə başlamışıq”.

Bəli, bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası diqqətdə saxlanılır. Həm Qarabağda, həm də Zəngəzurda yeni elektirik xəttləri, ötürücü xəttlər bir sözlə texniki vasitələrin yüksək səviyyədə idarəsi üçün hər cür şərait yaradılır. Bütün bunlarla yanaşı yol infrastrukturunun bərpasına xüsusi önəm verilir.
Qarabağda bərpa-quruculuq işlərində diqqət çəkən məqamlardan biri də odur ki, hazırda düşmən minalarından təmizlənmiş ərazilərdə üç aeroport tikilir. Bunlardan biri artıq istifadəyə də verilib. Bu hava limanlarının tikilməsində əsas məqsəd isə turistlərlə bərabər qaçqın və köçkünlərin rahat şəkildə evlərinə, yurd-yuvalarına dönmələrinə şərait yaratmaqdır.

Zəfərə gedən yolun başlanğıcıXüsusilə onu da qeyd etməliyik ki, bu müharibədə Azərbaycan Ordusu təkcə işğal olunmuş əraziləri geri qaytarmadı, həmçinin blokada şəraitində inkişaf edən Muxtar Respublikamızın da gələcək inkişafı üçün yeni yollar açdı. 44 günlük müharibənin sonunda bağlanan üç tərəfli kaputilasya aktında Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasında nəqliyyat komunikasiyasının yaradılmasının qeyd edilməsi vurğuladığımız məsələyə bariz nümunədir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021- ci il tarixli Fərmanında ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü fərqləndirən bir neçə məqam öz əksini tapıb. Belə ki, bu fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.

Ümumilikdə götürsək bu yeni təsnifat imzalanan Fərmanla Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusilə nəzərə almalıyıq ki, Şərqi Zəngəzur vasitəsilə açılacaq yol vasitəsilə muxtar republikamız iqtisadi və sosial cəhətdən inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır.

Torpaqlarımızın işğaldan azad edilməsində öz qanından, canından keçən şəhidlərimizin də xatirəsi diqqətdə saxlanılır. Müharibədən sonra qazilərin sosial şəraitinin artırılması üçün xüsusi layihələr hazırlanıb, həmçinin müharibədə qəhrəmanlıq və şücaət göstərənlər orden və medallarla təltif edilib.
Unutmamalıyıq ki, Azərbaycan xalqının bu Şanlı qələbəyə gedən yolunu bizə Ulu Öndər Heydər Əliyev açdısa, bu yolda inamla irəliləməyə, zəfərə çatmağa, “Dəmir yumruq” kimi birləşməyə Ümummilli liderin layiqli davamçısı Cənab Prezident İlham Əliyev imza atdı, onun səyi və bacarığı sayəsində bunu bacardıq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fələyin yazdığını mən poza bilsəydim əgər…

Next

“Gəldi, amma dostlarının çiynində”

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv