Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ağdama görə nə vaxt Nobel verəcəklər?

By Vüsal Rafiqoğlu
12.10.2024 4 Min Read

Nobel Sülh Mükafatı iki şəhərinə atom bombası atılan Yaponiyanın “Nixon Xidanke” təşkilatına bu səbəbdən verildi-”Qafqazın Xirosiması”nın dəhşətlərini görmək əvəzinə, bu işi törədənlərə “hərbi əsir” deyənlərin dünyası elə dağılmalıdır…

2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın “Nixon Xidanke” təşkilatına verildi. 286 namizədlər sırasında Rusiya prezidenti Putinin həbsinə order vermiş Beynəlxalq Ədalət Məhkəməsi də vardı, BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyi də, Zelenski də, İlon Mask da, hətta Azərbaycanda həbsdə olan “Dağlıq Qarabağın keçmiş dövlət naziri” Ruben Vardanyan da… Norveç Nobel İnstitutunun əsnaməsinə uyğun olaraq, mükafata təqdim edilmiş namizədlərin adları ən azı 50 il müddətində məxfi saxlanılır.

Yəni namizədlərin tam siyahısı 50 il sonra ictimaiyyətə açıqlanana qədər heç kimin Nobel Sülh Mükafatına namizədliyini təsdiq və ya təkzib edə bilməz. Vardanyanın adının namizədlər siyahısında olması bu baxımdan dəqiq olmaya da bilər, amma bir neçə mənbə bu barədə yazıb…

Sülh Mükafatı alan təşkilatı 1945-ci ildə Xirosima və Naqasakidə nüvə partlayışlarından sağ çıxan insanlar və nüvə silahlarına qadağanın tərəfdarları təsis edib. Dünyada nüvə müharibəsi təhlükəsinin artdığı bir vaxtda məhz bu təşkilatın adının önə çıxarılmasının səbəbləri bəllidir. Təşkilatın məramında diqqətimi iki məqam çəkdi. “Nixon Xidanke” o dəhşəti yaşayanların şəxsi hekayələrini qələmə alıb, yayıb, hətta bu yöndə təhsil proqramları yaradıb. İkinci məram bombalar nəticəsində dəyən zərərin ödənilməsinə nail olmaqdır. Amma “Nixon Xidanke” bomardmana görə kompensasiyanı ABŞ-dan deyil, Yaponiya hökumətindən istəyir. Çünki atom bombasına səbəb olan müharibənin başlanmasına görə məsuliyyəti Yaponiyanın o vaxtkı hakimiyyətində görürlər.

İki həftə əvvəl Xankəndidən sonra ilk dəfə işğaldan azad Ağdama keçəndə dəhşətə gəldim. Fotolarını görmüşdük, amma bu xarabalıqlar içərisinə qalmaq ayrı bir yaşantıdır.

Şuşadan 37 kilometr aralı bu şəhərlə məni bağlayan köklər vardı- şəhərdə bibim, kənddə xalam yaşayırdı. İndi o şəhər yoxdur, bəlkə də o cür bir daha olmayacaq da. Yalnız bu xarabalıq kifayətdir ki, ABŞ və Avropanın bəzi dairələrinin “hərbi əsir” deyib haray saldığı separatçı rejimin üç terrorçu rəhbərinə -Araik Arutyunyana, Bako Saakyana və Arkadi Qukasyana ömürlük həbs cəzası kəsəsən. Çünki Ağdamı bu cür xarabalığa çevirmək qərarını məhz onlar veriblər.

Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə son qəbul etdiyi qətnamələr, bu ölkənin xarici işlər nazirinin separatçı rejimin Bakıda həbsdə olan keçmiş rəhbərlərini “hərbi əsir” kimi qələmə verərək azad edilməsinə dair çağırışı bu dünyanın hələ də gözünün kor, vicdanın şikəst olduğunu göstərir. Bu Niderlan hökuməti ölkələrində gözəl güllər əkirlər, hər yeri abad və çiçəklər içində görmək istəyirlər, amma gözəlim şəhəri xarabalıqlara çevirənlərə “hərbi əsir” deyirlər, üstəlik azadlıqlarını istəyirlər.

1945-ci il avqustun 6-da ABŞ-ın atdığı atom bombasının partlaması nəticəsində bir anın içində 140 minədək insan həyatını itirmişdisə, ermənilər vaxtilə 200 minədək əhalisi olan bu şəhəri və kəndlərini yer üzündən siliblər. İki Amerika atom bombası nəticəsində sonrakı aylarda və illərdə təxminən eyni sayda yaponiyalı yanıq və şüa xəstəliyindən ölüb.

Təkcə ağdamlıların qaçqın həyatı yaşadığı işğal illərdə dərdən çərləyib ölənlərinin sayını mən öz qohumlarından deyim: 60 yaşına çatmamış bu həyatdan köçüb çoxu…Bir böyük nəsildən indiyə bir ovuc qalmışıq, miqyası özünüz təsəvvür edin…Bu adamların da hekayəsi Xirosimada yanıq xəsarəti alanlardan az təsirli deyil. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rəsmi rəqəmlərə görə, 5897 şəhid, 1871 nəfər uşaq yetim qalmışdı. Minlərlə adam şikəst olmuş, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Kərbəlayi İsmayıl demişkən, “bəs, bunları kimin vicdanına yazaq?”

Ağdamı “Qafqazın Xirosiması” adlandırdıqlarından yəqin ki, uzaq Yaponiyanın təşkilatının xəbəri yoxdur. Xəbərləri olsaydı, siyahıda adlarının Vardanyan kimi cani ilə yanaşı olmasına görə bəlkə də etiraz edərdilər. Vardanyan da Qarabağa “atılmış bir bomba” idi, amma “öz əlində partladı”.

Biz o şəhərləri quracağıq da, dünyanın bəzi kor gözləri də açılacaq Ağdamla bərabər, Cəbrayılın da, Zəngilanın da xarabalıqlarını görəcəklər, amma işğalın Azərbaycana vurduğu fiziki-mənəvi yaralarını sağaltmağa bəlkə də 50 il bəs etməz…
Bəlkə 50 il sonra “Qafqazın Xirosiması-Ağdam” təşkilatı da Nobel aldı.

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanda NATO bazası – Azərbaycana qarşı qısamüddətli müharibə?

Next

Rusiya Türküstana qarşı?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv