Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya Türküstana qarşı?

By Vüsal Rafiqoğlu
12.10.2024 3 Min Read

Türkiyənin Milli Təhsil Nazirliyinin dərsliklərdə “Mərkəzi Asiya” ifadəsinin “Türküstan”la əvəz olunması qərar Rusiya mediasında təşvişə səbəb olub

Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Təhsil Nazirliyi tarix kurikulumunda əsaslı dəyişikliklərin edildiyini açıqlayıb. Belə ki, dərsliklərdə “Mərkəzi Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq.

Mütəxəssislər hesab edirlər ki, bu qərar gələcək nəsillərdə milli özünüdərk və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlib.

“Qarşıdan gələn dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq, “Türkiyə əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıracağıq”, – deyə qeyd olunub.

c60c0c9e1098676c0fafd17e98c212e3_original.461193.jpg (450 KB)

Professor Ahmet Taşağıl “Türküstan” ifadəsinin tarixi əhəmiyyətini açıqlayıb. “Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir. 19-cu əsrin ikinci yarısında Rusiyanın işğalı nəticəsində Türküstan adı əvəzinə Orta Asiya anlayışı ortaya atılıb və yayılıb”, – deyə alim vurğulayıb.

Türkiyənin bu qərarı, ümumiyyətlə son zamanlar Mərkəzi Asiyada nəzərəçarpacaq dərəcədə fəallaşması xüsusilə Rusiya mediasında ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşri də bu barədə geniş məqalə dərc edib.

“Türkiyə Təhsil Nazirliyi dərsliklərində dəyişiklik etmək qərarına gəlib. Dərsliklərdən “Mərkəzi Asiya” ifadəsi çıxarılacaq, əvəzində Rusiya ilə sərhəddə yerləşən bölgə Türküstan adlandırılacaq. Yeniliyin bu tədris ilində tətbiq ediləcəyi vurğulanır. Bu qərar Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib. “Maraqlıdır ki, Orta Asiya ölkələr rəsmilərdən heç biri Türkiyənin yeniliyinə münasibət bildirməsə də, sosial şəbəkələrdə bu, qızğın müzakirə olunmağa başlayıb. Bəziləri türk birliyi ideyasını dəstəkləyib, bəziləri buna qarşı çıxıb. Sovet İttifaqının dağılmasından əvvəl Türkiyə dünyada türklərin üstünlük təşkil etdiyi yeganə dövlət idi. 1991-ci ildən sonra belə ölkələrin sayı altı oldu – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan. Ankara yeni cümhuriyyətlərin müstəqilliyini ilk tanıyanlardan biri oldu və dərhal aktiv fəaliyyət göstərdi.

Məlumdur ki, hələ 90-cı illərin əvvəllərində türk elitaları ya hansısa vahid dövlət yaratmaq, ya da Türkiyənin himayəsi altında ölkələri birləşdirmək arzusunda idilər. Bu son illər nəzərəçarpacaq dərəcədə intensivləşdi və 2021-ci ildə İstanbulda keçirilən sammit taleyüklü oldu. Tədbir zamanı tərəflər Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması barədə razılığa gəldilər, həmçinin ümumi “2040-cı ilə qədər İnkişaf Konsepsiyası” qəbul ediblər. Bu sənəd, digər məsələlərlə yanaşı, malların, xidmətlərin, kapitalın sərbəst hərəkətini təmin etmək istəyindən, eləcə də təhsil və mədəniyyət siyasətinin unifikasiyasından bəhs edir” deyə, yazıda bildirilir.

Politoloq, Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski nəşrə deyib ki, Türkiyə Rusiyanın Mərkəzi Asiyadakı maraqlarını təhdid edir: “Rusiya rəhbərliyi ənənəvi olaraq iqtisadi əməkdaşlığa və iri infrastruktur layihələrinin həyata keçirilməsinə arxalanır. Hesab edilir ki, bu, qonşu ölkələrin və regionların dostluq şəraitində qalmasını təmin etmək üçün kifayətdir. Türkiyə fərqli davranır, insanların özünü qavrayışını yenidən formatlayır”.

Ekspert iddia edir ki, Ankara getdikcə daha çox “türk dünyası” ideyalarını təbliğ edəcək, “sonra dilin birləşməsi başlayacaq və nə vaxtsa geosiyasi oriyentasiya məsələsi ortaya çıxacaq”. Ekspert əlavə edir ki, Türkiyə təkcə Orta Asiya ölkələrində deyil, Rusiyanın türkdilli regionlarında da bu istiqamətdə fəal işləyəcək.

esas-t.jpg (96 KB)

Şərqşünas, Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Knyazev isə əksinə hesab edir ki, Türkiyə Rusiyanın maraqları üçün təhlükə yaratmır: “İki vacib məqamı qeyd edirəm. Birincisi, Rusiya hələ də Mərkəzi Asiya iqtisadiyyatında daha mühüm rol oynayır və böyük layihələr həyata keçirməyə hazırdır, Türkiyə isə yalnız kiçik və orta biznesə sərmayə qoyur. İkincisi, Moskva regionda təhlükəsizliyin əsas təminatçısı olaraq qalır, bu, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar zamanı bir daha təsdiqləndi. Türkiyə isə heç bir reaksiya vermədi. Ümumiyyətlə, mənə elə gəlir ki, Rusiya Türk Dövlətləri Təşkilatının işinə qoşulmaq barədə düşünməlidir, bu, ona birləşmə siyasətinə təsir göstərməyə imkan verər ”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdama görə nə vaxt Nobel verəcəklər?

Next

Sumqayıtda toya gələn qonaq ÖLDÜ

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv