Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Virtual cəsarət, real xəsarət

By Vüsal Rafiqoğlu
14.10.2024 3 Min Read

Bilmirəm, bu, virtaul aləmin minusudur, yoxsa plyusu, amma fakt budur ki, adamlar real dünyadansa, burada daha cəsarətlidirlər.

Hələ buna cəsarət deyək, yoxsa məsuliyyətsizlik, o da mübahisəlidir.

Fakt budur ki, real həyatda adi gizirin, çavuşun qarşısıında oxlov udmuş kimi mil duran əsgər burada polkovniki, rus demişkən, “neprav” çıxara bilər, hətta generalın profili olsa, onu da danlayar. O, bunu, əlbəttə ki, hərbi hissədə, lap elə küçədə edə bilməz, çavuş onu başa salar ki, düz eləmir. Burada isə qəti qorxusu yoxdur.

Bura belədir: yarısı kopi-peystdən ibarət olan iki yazısının altında öz imzasını görmüş gənc tələbə-jurnalist bu peşənin professoruna irad tuta, yazı yazmaq öyrədə, hətta “indiyəcən nə yazmısız e” kimi sual ünvanlaya bilər. Universitetin dəhlizində və ya auditoriyada rastlaşanda isə həmin tələbə-jurnalist professora yaxınlaşmağa cürət edə bilməz.

İki kuplet şeiri olmayan biri virtual aləmdə 40 ilin şairini ələ sala, bütün yaradıcılığını heç-puç edə bilər, üz-üzə gələndə isə utandığından kiminsə arxasında gizlənər ki, gözə dəyməsin.

Bir dəfə bir populyar imza sahibi olan həmkarımla redaksiyadan çıxıb metroya tərəf gedirdik, qəfildən önümüzə adımızı yerli-yersiz hallandıran, sataşan bir gənc həmkarımız çıxdı. Yanımızdan keçəndə “bir dayan” dedik, dayandı, startda qorxdu ki, bunu şapalaqlayacağıq. Amma biz mehribancasına soruşduq ki, o xroniki sataşmalarının məqsədi nədir. Gənc arxayınlaşıb gülümsədi və dedi ki, ərkim sizə ötür, amma qələt eləmişəm. Salam-səfa ilə aralaşdıq. Bir halda ki, üz-üzə gələndə qorxacaqsan, ta kompüterin qarşısında nə əjdahaya dönürsən, yaramaz?

Burada hamı cəsarətdlidir. Burada hətta adı çıxmış kriminal avtoritetlərə, özləri demişkən, söz soxanlar olur. Ağılları gedir başqa, humanitar sahənin avtoritetlərinə, ziyalılara, elə bilirlər, söhbət elə sosial şəbəkə səhifələrində qalacaq. Amma elə olmur, o aləmin adamları uzun-uzadı polemikanı sevmirlər, sözləri çəpləşən adam, türkün sözü, dilinin altındakı paxlanı çıxaran kimi hərəkətə gəlirlər. Ona görə də bir də görürsən ki, kriminal avtoritetə sataşan birinə gəlinlik geydirilməsi barədə xəbər çıxır, yaxud başqa birinin pis formada (məsələn, ağlamsınaraq) üzr istəməsini göstərən video yayılır. Baxırsan ki, bir gün əvvəl kamera-monitor arxasında şir-pələng kimi nərildəyən oğlanı pişiyə döndəriblər.

Üzr videosu demişkən, yadınısdadırsa, bir ara dəb idi, cayıl oğlanlar avtomobillə hoqqa çıxarırdılar, ona-buna sataşırdılar, öz aləmlərində cəmiyyətə “bomba oğlan” olduqlarını göstərirdilər. Belə hallarda cəmiyyət hiddətlənirdi, bu cür qanacaqsızlıq edənlərə cəza tələb edirdi. Çox çəkmirdi, yeni video yayılırdı: həmin “bomba oğlan” hansısa polis bölməsindəki otaqda kamera qarşısında məhzun görkəmdə durub xalqdan üzr istəyir, hətta nə yediyini etiraf etməyə də hazırdır. Bir dəfə birinin fəxrlə gözünün üstünə tökdüyü saçını da sırf profilaktika üçün qırxıb dazlaq etmişdilər. Çöməltmə oturaraq üzr istəyənlər də olub. (Hərçənd burada mesaj nə idi, anlaşılmadı).

Yeri gəlmişkən, son vaxtlar o cür tərbiyəvi videolar yoxdur və bu, “bomba oğlanlar”ın baş sayının artmasına rəvac verir – yenə cürətləniblər. Baxmayın, pis gündə-görkəmdə üzr istəyən “bomba oğlan”ın vəziyyəti digər o qafada olanları çəkindirirdi, o günə düşmək istəmirdilər. Xalq video tələb edir.

Bir çoxlarına elə gəlir ki, göz görmür, üz utanmırsa, virtual aləmdə kimə gəldi, sataşmaq, hamını ələ salmaq, hər kəsə dirəşmək, hətta qabağa gedib təhqir etmək də olar. Amma bu virtual aləmdən real dünyaya bir addımdır. Noutbukun displeyini qatlayıb, küçəyə çıxırsan, real aləmə düşürsən, görürsən, yaxşı halda səni “Fiat Dobla”, pis halda isə “peysər” dediyin kəlpeysər oğlanlar gözləyir.

Heç bilirsiniz, indiyədək nə qədər virtual aləmdə cəsarət göstərən oğlan real həyatda döyülüb? Dəqiq statisitika yoxdur, amma yayğındır. Sosial şəbəkədə sözləri çəpləşir, bu yazır, o yazır, üçüncü cümlədən sonra söyüşlər o tərəf-bu tərəfə uçuşur, axırda münasibətləri ayırdetmə görüşü təyin edilir, son nəticədə kiminsə ağzı və köynəyi cırılır. Virtual cəsarətin axırı real xəsarətlə bitir.

Dediyim odur ki, qoy istənilən adam real həyatda necə təmkinli, məsuliyyəlidirsə, burada da elə olsun. Bir də qanacaqlı olmaq, böyük-kiçik yeri bilmək lazımdır, atası yaşda professora “ala, sən nə bilirsən e” demək cürətli olmaq deyil, eşşəklikdir.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda hava kəskin dəyişir – XƏBƏRDARLIQ

Next

“Real Madrid”də ŞOK İTKİ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv