Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qarabağda elektromobil və şarj cihazları istehsalı mümkündürmü – fərqli rəylər

By Vüsal Rafiqoğlu
17.10.2024 4 Min Read

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əks olunub.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə, yəni 2025-ci il yanvarın 1-dək ƏDV-dən azad idi.

Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 2 il müddətinə uzadılıb.

Müasir dünyanın trendlərindən biri də elektromobillər və onların şarj cihazlarının kütləvi şəkildə satışıdır.

Elektromobil istehsalı mühərrikli maşın istehsalından xeyli asandır. Qarabağda Türkiyə və ya digər dost ölkələrdən biri ilə elektromobil və onun şarj cihazlarının istehsalı müəssisələrini qurmaq olarmı?

Yeri gəlmişkən, Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, elektrik avtomobillərinin qlobal satışları 2024-cü ildə 20 faizdən çox artaraq 17 milyon ədədə çata bilər. Bu proqnoz IEA-nın illik sənaye hesabatında əksini tapıb. Hesabatda deyilir ki, birinci rübdə elektrik avtomobillərinin satışları illik müqayisədə təxminən 25 faiz artıb. 2024-cü ildə elektrik avtomobillərinin ümumi avtomobil satışlarında payı təxminən 20 faiz təşkil edəcək və 2035-ci ilə qədər üçdə ikiyə qədər arta bilər. Üstəlik, bu il Çində artım 45 faizə, Avropada 25 faizə, ABŞ-da 11 faizə çata bilər. Agentlik həm tam elektrik modelləri, həm də hibridləri elektrik avtomobilləri kimi təsnif edir.

“Financial Times” yazır ki, avtomobil istehsalçılarının özləri isə yüksək qiymətlər və enerjidoldurma stansiyalarının olmaması səbəbindən tam elektriklə işləyən modellərə geniş istehlakçı marağının azalmasına işarə edirlər.

Ölkəmizdə bir neçə ildir ki, elektromobil istehsalı haqda müzakirələr aparılır, hətta bu sahədə dünya avtomobil nəhənglərinə meydan oxuyan Çin şirkətləri ilə danışıqlar da aparılıb. Bundan əvvəl, 2022-ci ilin yayında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov və Çinin “Lifan” şirkətinin baş icraçı direktoru Danfer Deng və Çin “Lifan” şirkətinin Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirib. Naxçıvan Avtomobil Zavodunda ilk elektrikli avtomobillər istehsal olunacaq” başlığı ilə təqdim olunub.

Bu ilin martında Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması ehtimalından söz açıb: “Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.

12 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur. 2021-ci ildən Rusiyanın “QAZ” şirkətlər qrupu ilə “Azərmaş Park” məhdud məsuliyyətli cəmiyyəti (MMC) Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.

Bu arada, Türkiyədə ilk elektromobil istehsalı zavodu 2022-ci ildən fəaliyyət göstərir. Müəssisənin istismara verilməsi ilə bağlı təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. TOGG avtomobillərinin dizaynı İtaliyanın “Pininfarina SpA” şirkətinin məhsuludur.

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Eldəniz Cəfərov

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: “Qardaş Türkiyə təcrübəsindən deyə bilərik ki, elektrik mühərrikli avtomobillərin istehsalı bizdə də mümkündür. Azərbaycanda il ərzində cəmi iki min daxili yanma mühərriki ilə çalışan avtomobil istehsal olunur. 2025-ci ildə yeni zavodun işə başlaması ilə bu say təqribən 10 min olacaq. Yaxın perspektivdə elektromobillərin istehsalı nəzərdə tutula bilər. Həm elektromobillərin istehsalı, həm enerjidoldurma cihazlarının istehsalı mümkündür. Məsələ ondadır ki, gərək bizim öz ölkəmizdə ilk olaraq elektromobillər çox populyarlaşsınlar. Enerjidoldurma məntəqələrinin sayı çoxalsın ki, insanlar elektromobillərə üstünlük versinlər. Elektromobillərin servis mərkəzləri təşkil olunsun və s. bu bir qədər vaxt aparacaq. Bizim ölkəmizdə artıq elektrik mühərrikli avtobusların istehsalı, yığılması prosesi gedəcək. 2025-ci ildən Çinin məşhur “BYD” şirkəti var, Azərbaycana bir neçə yüz avtobus ixrac edəcək. Bu ilin noyabrında 160 ədəd avtobus gətiriləcək. Gələn ildən isə burada zavodun tikilməsi nəzərdə tutulur. Azərbaycanda elektrobusların istehsalı da nəzərdə tutulur. Əgər bu proses gedirsə, əlbəttə, Qarabağda elektrik mühərrikləri, elektromobillərin də istehsalı, onların şarj avadanlıqlarının istehsalı mümkündür”.

Təklif edirəm ki, məktəblər ləğv edilsin. Çünki..." - Elçin Bayramlı -  32gun.az

Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı isə hesab edir ki, elektromobillərin, elektrik avtobuslarının istehsalı çox baha başa gəlir və ətraf mühitə, insanlara xeyli zərəri var: “Bu, istehsal deyil, sadəcə, yığımdır. Yəni elektrikli avtobuslar ölkəmizdə istehsal olunmayacaq, yalnız yığılacaq. Bu da çox baha başa gəlir. Onlara xidmət, servis xərcləri də çox bahadır. Elektrik mühərriklərini çalışdıran batareyalar da çox bahadır. Üstəlik, bu batareyalar xarab olub tullandıqda ətraf mühitə də böyük ziyan vurur.  İnsan sağlamlığına da ziyandır. Bir neçə ölkədə vətəndaşlar dəymiş zərərin qarşılanması – kompensasiya tələbi ilə məhkəməyə müraciət ediblər. Elektrik avtobuslarının ekologiyaya ilk dövrdə müsbət təsiri ola bilər. Amma sonra bunun zərərli olduğunu görəcəklər. Ümumiyyətlə,  dünyada elektromobil erası başlamamış bitib. Məlum olub ki, elektromobillər ekologiyaya daha çox zərər vurur. Elektrik avtobusların ictimai nəqliyyatda tələbatı ödəmək imkanı olmayacaq, həm çox baha başa gəlir. Batareyalar güclü maqnit sahəsi yaradır, mənfi tərəfləri var, insan sağlamlığına ziyandır. Hazırda dünyada hidrogenlə işləyən maşınların istehsalı prioritetdir. Bu avtomobillərin potensialı güclüdür. Elektromobillərə bu qədər vəsait qoymaqdansa daha çox sərnişin daşıya bilən, tutumu daha  geniş, sərfəli nəqliyyat vasitələri –  tramvay, trolleybus, elektrik qatarlarına üstünlük verilməlidir. Təəssüf ki, tramvay, trolleybusları ictimai nəqliyyatdan çıxardılar, bununla da ölkə iqtisadiyyatına və nəqliyyat sektoruna böyük zərər vurdular”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xarici ticarətimizdə kəsir yarandı – səbəblər

Next

Prezidentdən Füzuli ilə bağlı PAYLAŞIM – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv