Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Geyim əxlaq norması kimi dəyərləndirilə bilərmi?

By Vüsal Rafiqoğlu
18.10.2024 4 Min Read

Elvüsal Məmmədov: “Geyiminə görə qadının ismətinə şübhə etmək günahdır”

Zaman-zaman ictimaiyyət arasında qadınların geyimi ilə bağlı müzakirələr aparılır, bu müzakirələr də çox zaman mübahisələrlə bitir. Geyimi əxlaq meyarı hesab edənlər əsasən bu cür polemikaların yaranmasına səbəb olurlar. Onlar çox zaman din faktorunu önə çəkərək açıq-saçıq geyinənləri tənqid edirlər, bəzən onlara əxlaqsız deyərək təhqir edirlər, bu isə əks tərəfin narazılığına səbəb olur. Bəs görəsən, geyim əxlaq norması kimi dəyərləndirilə bilərmi? Şisanı geyiminə görə qınamaq doğrudurmu?  

Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov |  Hafta.az

Elvüsal Məmmədov 

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyildir, həm də əxlaqın qiymətləndirilməsi kimi  mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir. Əvvəla, geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd İslam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edilir. Üstəlik, geyiminə görə bir qadına əxlaqsız demək, onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki, belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək İslam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır”.

İlahiyyatçı deyib ki, İslam dini mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər’i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir: “O ki qaldı əxlaqi kimliyin qiymətləndirilməsinə, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşma tələb edir. Geyim tək bir parametrdir, odur ki, birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti…) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır. Fikrimizcə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır. Üstəlik, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir.

Geyim nə əxlaqın, nə də əxlaqsızlığın  birbaşa göstəricisidir. Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir. Dediklərimdə əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimi müzakirə olunmur. Söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir”.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli deyir ki, İslam dini əxlaqın gözəlliyinə üstünlük verən din və ya düşüncə sistemidir: “Həzrət Məhəmmədin (s) əxlaq barədə buyurduqlarını bir yerə toplasaq, bir kitaba sığmayacaq qədər geniş kəlamlar ortaya çıxar: “”Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Bir müsəlmanın dəyəri əxlaqının gözəl olması ilə ölçülür. Bu barədə Həzrət Peyğəmbər (s) ona ən sevimli olanların gözəl əxlaq sahibləri olduğunu buyurmuş, “Allah qatında ən sevimli qullar kimlərdir” sualına da “Əxlaqı ən gözəl olanlardır” cavabını verib.

Allah-Təala insanlığı inancsızlığın zülmətindən çıxarıb iman və gözəl əxlaqın işığına qovuşdurmaq üçün peyğəmbərlər və səmavi kitablar göndərib. Allah insanları heç zaman rəhbərsiz buraxmamış və sonuncu kitab olaraq Qurani-Kərimi və sonuncu peyğəmbər Həzrət Məhəmmədi (s) göndərib. İslam dininin əsas məqsədi Tovhid inancını bütün insanların konüllərinə həkk etməsi və onların gözəl əxlaq sahibi fərdlər olmalarıdır. Allah-Təala Qurani-Kərimdə buyurur: “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbərlər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (“Maidə” surəsi, ayə 15-16).

“İman baxımından möminlərin ən kamili ailəsinə şəfqət və mərhəmət göstərən, əxlaqı gözəl olandır”.

Gözəl əxlaqı qorumaq Allah-Təalanın əmridir. Eyni zamanda ictimai davranışın və insanlıq qürurunun ucalmasının vacib cəhətidir. Bir insanın elədiyi pis hərəkətlərin ailədən başlayaraq bütün cəmiyyətə qədər zərəri vardır. Bunun üçün əxlaqa zidd hərəkətləri görüb, onun yanından etinasızlıqla ötmək bu çatışmazlıqların yayılmasına şərait yaratmaq deməkdir. Gözəl əxlaq zidd davranışları nəsihət və təsirli sözlərlə düzəltməyə çalışmaq, yaxşı xarakterli olmağa təşviq etmək cəmiyyət üçün önəmli bir vəzifədir.

İnsan dünyaya tərtəmiz halda gəlir. Əgər ata-ana tərəfindən gözəl tərbiyə edilib, gözəl xasiyyətlər aşılanırsa, gözəl əxlaqlı olaraq yetişir. Düzgün tərbiyə olunmayan və ruhunu çirkin xasiyyətlər örtərsə, ondan gözəl əxlaq gözləməyə də dəyməz. Necə ki, bədənimiz xəstəliklərdən müalicə oluna bildiyi kimi, ruhumuz da pis vərdişlərdən müalicə oluna bilir. Sevimli Peyğəmbərimizi (s) də insanlara “Əxlaqınızı gözəlləşdirin” buyurmuşdur.

Qurani-Kərimdən bəzi ayələri misal göstərməklə onların işığında qeyd etmək istədiyimiz əsas məsələ odur ki, biz bu dünyada müvəqqəti zaman içərisində yaşayırıq. Əxlaqı gözəlləşdirməklə insan Yaradanın sevimli bəndəsinə çevrilə bilir. Gəldiyimiz qaynağa geri dönəcəyimiz bir gün vardır. İnsanın insana göstərdiyi sayğı və sevgi müqəddəs Kitabımızın bizə öyrətdiklərindəndir. Bu sevginin qazanılması isə gözəl əxlaq sahib olmaqdan keçir”.

Yazını hazırladı: Afaq MİRAYİQ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? – RƏSMİ CAVAB

Next

Bakıdan qayıdan fəalları Makron həbs etdirir

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv