Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Xan-Yunisdən olan “Qəssab”: HƏMAS-lideri Yəhya Sinvar kimdir?

By Vüsal Rafiqoğlu
18.10.2024 3 Min Read

17 oktyabrda İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən Yəhya Sinvar bioqrafiyasının təfərrüatlarını xarici mediada yer alan materiallara istinadən Musavat.com təqdim edir:

Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza sektorunun cənubundakı Xan-Yunis qaçqın düşərgəsində doğulub. Onun valideynləri 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra əl-Məcdəl (hazırda İsrailin Aşkelon şəhəri) şəhərindən düşərgəyə köçürülüblər. O, BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən təşkil olunan məktəbdə təhsil alıb.

Yəhya Sinvar 1980-ci illərin əvvəllərində  Qəzza İslam Universitetinə daxil olub və orada ərəb dili fakültəsini bitirib. İsrailin xüsusi xidmət orqanları və KİV-ləri İslam Universiteti ilə HƏMAS arasında sıx əlaqələrin olduğunu bildirir, bu təhsil ocağını hərəkatın “beyin mərkəzi” adlandırırdılar. “The Chronicle of Higher Education” nəşri 2008-ci ildə bu universitetin sonradan Yəhya Sinvarı işə götürən HƏMAS-ın mənəvi lideri şeyx Əhməd Yasin tərəfindən təsis edildiyini yazıb.

Yəhya Sinvar ilk dəfə 1982-ci ildə hələ tələbə olarkən, ikinci dəfə 1985-ci ildə İsrail polisi tərəfindən həbs edilib.  Azadlığa buraxıldıqdan sonra 1987-ci ildə birinci fələstin intifadası zamanı HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin rolunu öz üzərinə götürən “Məcd” təşkilatını yaradıb. O, İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinlilərin axtarışı və məhv edilməsi ilə məşğul olub. Yəhya Sinvar şəxsən qətllərdə iştirak edərək “Xan-Yunis qəssabı” ləqəbini alıb.

1988-ci ildə o, iki israilli əsgərinin, dörd fələstinlinin qaçırılması və qətli ilə bağlı həbs edilərək ömürlük həbs cəzasına məhkum edilib. İsrail həbsxanalarında 22 ildən çox vaxt keçirən Yəhya Sinvar hətta kamerada yeraltı keçid qazmaqla bir neçə dəfə həbsxanadan qaçmağa cəhd edib. Özünü “yəhudi tarixinin mütəxəssisi” adlandıran Yəhya Sinvar həbsxanada ivrit dilini öyrənib, İsrailin xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərinin tərcümeyi-hallarını ərəb dilinə tərcümə edib, Fələstin müqaviməti tarixindən kitab yazıb. 2008-ci ildə o, beyin şişinin çıxarılması əməliyyatı keçirib.

2011-ci ildə HƏMAS tərəfindən əsir götürülən israilli əsgər Gilad Şalitin azad olunması müqabilində 1027 fələstinli məhbusla birlikdə Yəhya Sinvar da azadlığa buraxılıb. Tezliklə o, HƏMAS-ın siyasi bürosuna seçilib, 2015-ci ildə ABŞ hökuməti tərəfindən qlobal miqyaslı terrorçu kimi tanınıb. İki il sonra o, İsmayıl Haniyyəni əvəz edərək Qəzza sektorunda HƏMAS qruplaşmasının lideri olub. “Hizbullah” və İranla əməkdaşlığın qurulmasında böyük rolu olan Yəhya Sinvar 2018-ci ilin martında İsrail sərhədində döyüşən qruplaşma döyüşçülərinə rəhbərlik edib.

Yəhya Sinvar, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı hücumunun əsas ilhamvericisi və təşkilatçısı hesab olunur. Nəticədə təxminən 1200 nəfər həlak olub, 240 nəfər isə girov götürülüb. 30 noyabrda o, bu hücumu “yalnız məşq” adlandırıb. Dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu kəşfiyyat xidmətlərinin rəhbərlərinə HƏMAS liderlərini, o cümlədən Yəhya Sinvarı tapıb məhv etməyi tapşırıb. Elə həmin vaxt İsrail Xan-Yunisdə onun yerini göstərən məlumat üçün 400 min dollar mükafat vəd edən vərəqələr yaymağa başlayıb. 2024-cü ilin may ayında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan, insanlığa qarşı hərbi cinayətlərə görə məsul olan Yəhya Sinvarın həbsinə order tələb edib. Eyni ittihamla BCM, İsrailin baş naziri Benyamin Netanyahunun da həbsinə nail olmağa çalışır.

6 avqustda Yəhya Sinvar Tehran şəhərində öldürülmüş İsmayıl Haniyyənin yerinə Qəzza sektorunda HƏMAS-ın siyasi bürosunun rəhbəri vəzifəsinə seçilib. Uzun müddət Yəhya Sinvarın, İsrail ordusunun “Qəzza metrosu” adlandırdığı Xan-Yunis tunellərində döyüşçü qruplaşmaların əksəriyyəti ilə birlikdə gizləndiyi düşünülürdü. Sentyabrın ortalarında İsrailin “Maariv” qəzeti həmin tunellərə IDF zərbəsi barədə məlumat yayıb. Bundan sonra Yəhya Sinvar iki həftə ərzində əlaqəyə çıxmayıb. 8 oktyabrda onun Qətərdəki HƏMAS nümayəndələri ilə əlaqələrini bərpa etdiyi məlum olub.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Next

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır – FAKTİKİ HAVA

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv