Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngilanlıların yaddaşına əbədi həkk olunan gün

By Vüsal Rafiqoğlu
20.10.2024 3 Min Read

“Zəngilan şəhərinin işğaldan azad edilməsinin 4-cü ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edildi. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur. Həmin gün həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Uzun illər idi ki, doğma ata-baba yurduna qovuşmaq həsrətilə yaşayan zəngilanlıların isti ocaqlarına gedən yolları açıldı. Bu şanlı Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qəhrəman Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olundu. Həmin gün Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Xalqımız bu tarixi Qələbəni böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi Zəngilanın ölkələrarası dəhlizlərə malik olmaqla çox mühüm strateji və unikal imkanlara sahib olduğunu bildirərək deyib ki, 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazaraq Zəngilan rayonunu işğaldan azad etdi. 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsi ilə Zəfərimizə gedən yol xəritəsi daha da genişlənməyə başladı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfərləri hər bir soydaşımızda fərəh, qürur hissi, gələcəyə daha böyük inam yaratdı. Bu səfər işğaldan azad edilmiş Zəngilanın tarixində böyük səhifələr açdı. Dövlətimizin başçısı səfər zamanı qeyd etmişdi ki, Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir.

Rayonun infrastrukturundan söhbət açan Ç.Qənizadə deyib ki, Zəngilan respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən, əsasən, kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Rayonun bu inkişafı işğalçı Ermənistanı ciddi narahat etmiş və xarici havadarlarına güvənən düşmən Füzuli və Cəbrayıl rayonlarını işğal etdikdən sonra zəngilanlıları 67 gün tam mühasirə şəraitində saxlamışdı. Bu müddət ərzində zəngilanlılar düşmənə layiqli müqavimət göstərdilər. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin müdrik kəlamlarını xatırladaraq deyib: “Dövlətimizin başçısı işğal altında olan ərazilərimizin azad edilməsini prioritet vəzifə kimi qarşıya qoyaraq demişdir ki, Azərbaycan torpaqları əbədi olaraq işğal altında qala bilməz. Torpaqlarımız nəyin bahasına olursa-olsun, işğaldan azad edilməli, məcburi köçkünlər dədə-baba yurdlarına qayıtmalı, öz el-obalarında yaşamalıdırlar. Prezidentimiz ölkəyə rəhbərlik etdiyi gündən verdiyi bütün vədləri layiqincə yerinə yetirib. İşğal altında olan ərazilərimizin azad edilməsi dövlət başçımızın qarşıya qoyduğu yerinə yetirilmiş növbəti vəd idi.”

Ç.Qənizadə bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mühriban Əliyevanın Zəngilana hər səfəri tarixi hadisələrlə yadda qalıb. “Ağıllı kənd” layihəsinin təməlinin qoyulması da həmin yaddaqalan hadisələrdən biridir. Həmin vaxtdan başlayaraq Zəngilanda yenidənqurma və bərpa işlərinə geniş meydan verildi. Tarixi-mədəni abidələr tədricən bərpa olunur. İlk dəfə “ağıllı kənd” layihəsinin həyata keçirilməsi məhz Zəngilandan başlandı. Zəngilanlıların doğma yurd-yuvalarına qayıtmaları Böyük Qayıdışın ilk addımları idi. Hüquq müdafiəçisi qeyd edib ki, “Ağıllı kənd” layihəsi yeni yanaşmadır, elmi nailiyyətdir. Qarabağ ərazisinin öyrənilməsidir. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır.

Hüquq müdafiəçisi Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən də söhbət açaraq deyib ki, bu tarixi hadisə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük əhəmiyyət kəsb edib.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 min 974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün Zəngilanda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri bu rayonun yaxın gələcəkdə böyük turizm bazasına çevriləcəyindən xəbər verir”-deyə Ç.Qənizadə bildirib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən Zəngilanın azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM – VİDEO

Next

Simonyandan ETİRAF: Azərbaycan BMT qətnamələri əsasında hərəkət etdi, biz isə…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv