Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gürcüstanda Qərbin “dişləri sındırıldı”…

By Vüsal Rafiqoğlu
30.10.2024 3 Min Read

Qonşu ölkədə seçki prosesinin gərginləşdirməsində kimlərin barmağı var?

Qonşu Gürcüstanda əsəbi şəraitdə keçən parlament seçkiləri və gərginliyin davam etməsi istər-istəməz bizi də maraqlandırır. Hələ seçkidən əvvəl müəyyən xarici dairələr seçki ab-havasını tundləşdirmişdilər. Orada yaşayan soydaşlarımızın seçkidə necə iştirak edəcəkləri, kimə səs verəcəkləri dediyimiz kimi, bizim də marağımız daxilində idi. Qeyd etməliyik ki,  bu kiçik ölkədə yüz minlərlə soydaşımız yaşayır və seçkilərdə iştirak edir. Yəni, onların verdikləri səslər həlledici ola bilər.  Bundan əlavə, başqa nüanslar da var ki, gürcülər qədər bizim üçün də önəm kəsb edir. Bu, ABŞ-ın, Fransanın və Avropa İttifaqının Gürcüstanda məğlubiyyətidir. Çünki bilirik ki, Gürcüstanda da xarici dairələrin gözlə görünməyən və sözlə ifadə olunmayan nüfuz savaşı gedir. Cənubi Qafqazda hegemonlıq niyyətində olanlar parlamentdə tərəfdar toplamaq şansı qazanmaq istəyirdilər. Artıq seçkilər başa çatsa da onların müdafiə etdikləri məğlub narazı tərəf-4 müxalifət partiyası nəticələri tanımaqdan imtina edir. Seçkilər bitər-bitməz Qərb Gürcüstandakı parlament seçkilərindəki hansısa pozuntulardan danışmağa başlayıb. Hiss olunur ki, Tbilisidə gərginliyin pik həddə çatmasında “dirijor çubuqlarının” da əlaqəsi var.

Azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsinin əhalisinin 80 faizdən çoxu  “Gürcü Arzusu” Partiyasına səs verib. Ermənilər yaşayan Cavaxetiya əhalisinin 90 faizindən çoxu “Gürcü Arzusu”na səs verməyib. Ona görə ki, müxalifətin arxasında ermənilərin himayədarı olan Qərb dairələri durur. Onlar da Qərbin maraqlarına xidmət edirlər.

Başqaları ilə bərabər, Ermənistanın siyasi dairələri də Gürcüstan seçkilərindən məyusluq keçirirlər. Belə ki, rəsmi İrəvan Gürcüstanın da Qərbə inteqrasiya prosesində Ermənistana qoşulmasında maraqlı idi. Çünki bu halda hər iki ölkəyə Qərbin dəstəyi daha da güclənə bilərdi. Digər tərəfədən, Ermənistan Qərbə intqerasiya kursu götürmüş ölkə kimi Rusiyadan gələn təzyiqləri Gürcüstanla bölüşmək imkanı qazanmış olardı. Puç olmuş xəyallar onu göstərir ki, indi Ermənistan yenidən təklənmiş ölkə vəziyyətində qalmaqda davam edəcək və Rusiyadan gələn təzyiqlərə özü məruz qalacaq.

Amma hazırda məsələ heç bunda da deyil. Məlumdur ki, bir çox ölkələrdə keçirilən seçkilərdə pozuntular olub və bunlara əhəmiyyət verilməyib. Hətta özünü “demokratiyanın beşiyi” adlandıran ölkələrdə də belə pozuntular baş verib. Ancaq o pozuntular seçkilərin legitimliyinə ciddi təsir etməyib. Açıq söyləmək lazımdır ki, seçkilərin nəticələri Azərbaycanın strateji maraqlarına tam uyğun gəlir. Gürcüstanın iqtidar partiyası olan “Gürcü Arzusu” Partiyasının qələbəsi regiondakı siyasi güc balansını qorumaq baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticəsi isə Qərbin gözləntilərinə uyğun gəlmədiyi üçün Gürcüstan daxilindəki rıçaqlar işə salınıb və gərginlik yaradılaraq qalib gəlmiş iqtidarı devirmək təşəbbüsü göstərilir. Bu işdə Fransa vətəndaşı, Qərbin bölgədəki ən nüfuzlu adamı proseslərin başına keçirilib. Bu şəxs Gürcüstan Prezidenti Salome Zurabişvilidir. Onun prezident kimi səlahiyyətləri məhdud olsa da ( konstitusiya əsasında), nüfuzu və toxunulmazlığı vardır. Məhz onun çağırışı ilə hazırda Tbilisinin küçələrində vətəndaş qarşıdurması yaşanmaqdadır.

Şübhə yoxdur ki, Gürcüstanın hakim partiyası bu hücum dalğasına da davam gətirəcək və bu ilin sonlarına doğru  ölkədə siyasi vəziyyət sabitləşəcək. Bu versiyanı üstün götürərək Azərbaycan Gürcüstan ilə daha sıx əməkdaşlıq edəcək, strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Olduqca gərgin keçən seçkilərə ciddi etiraz edənlər seçkinin ilkin nəticəsi elan olunandan bir qədər sonra etiraz mitinqi keçiriblər. Axşam saat 10-da mitinqi idarə edənlər “yeni mitinqin vaxtı müəyyən olunacaq” deyərək mitinqçilərdən dağılışıb getməyi xahiş ediblər. Gürcülər üçün bunların heç biri maraqlı deyil. ATƏT, Avropa İttifaqı və ya başqaları nə fikirləşir, nə deyir.

İlkin məlumata görə, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-demokratik Gürcüstan” Partiyası 53,93 faiz səslə  qalib gəlib. Bu, həm də o deməkdir ki, Tbilisidə ABŞ-ın, Fransanın və Avropa İttifaqının “dişləri sındırıldı.” Lakin parlamentə düşməyi bacaran 4 müxalifət partiyası, o cümlədən Prezident Zurabişvili nəticələri tanımaqdan  imtina edib. Açıq görünür ki, onlar öz məğlubiyyətləri ilə barışmaq fikrində deyillər. Qarşıdakı günlər hadisələrin axarının istiqamətini göstərəcək. Şübhəsiz ki, Ermənistandakı kimi, Gürcüstanda da narazı kütlələr nəhayət, bir gün reallıqla barışmalı olacaq və mitinq dalğaları getdikcə öləziyib sönəcək, ölkənin ictimai-siyasi həyatı öz əvvəlki axarına düşəcək.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Siyasi təzyiq şousu

Next

Zaman hakim, tarix isə yaddaşdır

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv