Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Makron indi də başqa sifətdə Azərbaycana sarı boylanır…

By Vüsal Rafiqoğlu
01.11.2024 3 Min Read

Əsl reallıqları qiymətləndirə bilməyən Ermənistan hələ də regionumuzdan çox uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayır

Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyması birinci hal deyil. Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidentinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. Vətən müharibəsindən artıq dörd ilə yaxın vaxt  keçməsinə baxmayaraq, Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini   bu gün də həyasızcasına nümayiş etdirir.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, “suları bulandırmq” cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək direktivlərini icra etdirməyə çalışır. Halbuki əslində irqi, dini ayrı- seçkilik, o cümlədən islamofobiya Fransanın özündə tüğyan edir.  Bundan başqa, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, daha çox kolonialist siyasəti, müstəmləkəçiliyi ilə seçilir. Fransanın Azərbaycana qarşı bu ritorikası əslində həm də mövcud Emmanuel Makron hökumətinin səriştəsizliyini göstərir. Bu ölkə Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Belə ki, oktyabr ayının əvvəlindən Avropa İttifaqının Ermənistandakı “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Oktyabrın 29-da daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda,  Azərbaycanla Ermənistan arasında şərti sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Onların Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna edilmir. Ermənistanla Fransa arasında hərbi əməkdaşlığa dair anlaşma mövcuddur. Həmin razılaşmada Ermənistanın müəyyən olunmayan dövlət sərhədinə Fransa elementlərinin gətirilməsi, müşahidə aparması nəzərdə tutulmayıb. Bu isə onların əraziyə soxulması kimi dəyərləndirilə bilər. Çünki bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə delimitasiya və demarkasiya işləri başa çatmayıb. Başqa sözlə, Fransa “müşahidəçilərinin” göründüyü ərazi iki ölkə arasında sərhədlərin razılaşması nəticəsində Azərbaycanın da ola bilər. Bu, o deməkdir ki, Fransa hərbçiləri Azərbaycanın mümkün ərazisinə qanunsuz daxil olub.

Göründüyü kimi, Makron hakimiyyətinin bölgədə bu sayaq oyunbazlığı, Fransanın şərti sərhəddə peyda olması beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla yanaşı, həm də rəsmi Bakı ilə İrəvan arasında başlayacaq normallaşma prosesinə zərbədir.

Bildiyimiz kimi, Azərbaycanla Ermənistanın sərhəd ərazisində Avropa İttifaqının Mülki Müşahidə Missiyası iki ilə yaxındır fəaliyyət göstərir. Missiya üzvlərinin sayının 138-dən 209-a çatdırılması regionda vəziyyətin gərginləşməsinə təsir göstərir. Bu ilin fevralında Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Avropa İttifaqının (Aİ) şərti sərhəddəki mülki missiyaya baş çəkmişdi. Onun Azərbaycan mövqelərini durbinlə müşahidə edəndən on gün sonra bu sərhəddə Azərbaycan hərbçilərinin atəşə tutulması da təsadüfi sayılmır. Bu gün kəşfiyyatın bölgədə yerləşdirilməsi Ermənistanın və Fransanın üzərinə daha böyük məsuliyyət qoyur. ATƏT-in Minsk qrupunda Fransanın həmsədr kimi tutduğu anti-Azərbaycan, ermənipərəst, riyakar, qərəzli mövqe o vaxtkı problemin həllini 30 ilə yaxın gecikdirib. İndi başqa sifətdə onun Ermənistandan Azərbaycana sarı boylanması razılaşmalara, sülh sazişinə  böyük ziyan vurur. Belə çıxır ki, Fransa regionu qarışdırmaqla özünə rol hazırlamaq niyyətindədir. Bunun üçün əvvəl həmsədr, sonra binokl, indi isə kəşfiyyatla Azərbaycanı görməyə səy edir.

Çox təəssüf ki, əsl reallıqları qiymətləndirə bilməyən Ermənistan hələ də regionumuzdan çox uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayır. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ona görə də Ermənistan səhv addım atmamalıdır. Rəsmi İrəvan, eləcə də ayrı-ayrı qüvvələr yaddan çıxarmamalıdırlar ki, regional məsələlər yalnız bölgə ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Qeyri-regional ölkələrin bu məsələlərə müdaxiləsi qəbuledilməzdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Makron Fransasının Azərbaycana yönəlik siyasətinin məğzi! – Aqressiya və düşmənçilik

Next

Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır – TƏHLİL

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv