Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda sayı artan silahlı insidentlərin səbəbi? Qanunsuz silah əldə etməyin cəzası nədir?

By Vüsal Rafiqoğlu
04.11.2024 3 Min Read

Son günlər Azərbaycanda geniş müzakirələrə səbəb olan məsələlərdən biri silahlı insidentlərin geniş vüsət almasıdır. Tez-tez KİV-də qanunsuz silah gəzdirənlərin yaratdığı problemlərlə qarşılaşırıq.
Bəs qanunsuz silah əldə etməyin ya da insident yaratmağın cəzası nədir? Cinayət törədilən bu silahlar canilər tərəfindən necə əldə edilir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə yazmalıdır. Mülki şəxs bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşı olduğuna dair şəxsiyyət vəsiqəsini təqdim etməlidir:

Azərbaycanda sayı artan silahlı insidentlərin səbəbi? Qanunsuz silah əldə etməyin cəzası nədir?“Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasında xidməti silah əldə etmək hüququ olanlar bunlardır: xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər; xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr ( “təchiz edən müəssisələr”); idman və ovçuluq cəmiyyətləri; təhsil müəssisələri. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ var”.

Azərbaycanda sayı artan silahlı insidentlərin səbəbi? Qanunsuz silah əldə etməyin cəzası nədir?Turan Abdullazadə qeyd etdi ki, bəzi hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:
“Həmin hallar bunlardır: Mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olduqda; o, ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; ov qaydalarının pozulması ilə bağlı hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində); polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə; bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda; silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda…. Ümumiyyətlə, mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.
Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur. Bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zaqatalada körpə doğuş vaxtı öldü

Next

Zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir. Nə edək?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv