Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Zəfər tarixinin igidi – kapitan Şamil Babayev

By Vüsal Rafiqoğlu
08.11.2024 4 Min Read

Şəhidlik müqəddəs bir iş üçün canını fəda etməkdir. Bizim üçün din, vətən, torpaq, namus kimi məfhumlar müqəddəsdir və bu müqəddəs dəyərlərə hər hansı səbəbdən zərər vuran və ya tənqid edənlərə qarşı çəkinmədən mübarizə aparacaq, lazım gələrsə canımızı da verəcəyik. Şəhidlik dinimizdə ən yüksək dərəcələrdəndir. Bu səviyyəyə çatan şəxs
cənnətlə mükafatlandırılar. Bu səbəbdən də İslam inancına malik insanlar şəhadət şərbətini içməkdən heç vaxt çəkinməmiş, müqəddəs bildikləri dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar. Bu müqəddəs vətəni bizə qoyub gedənlər ya şəhid olub, cənnətlə mükafatlandırılıb, ya da veteran adını qazanıblar. Yaşadığımız bu torpaqlar şəhidlərimizin qanı ilə yuyulur. Bu gün bu torpaqlarda sərbəst hərəkət edib, xoşbəxt yaşaya biliriksə, bu, bizim üçün qorxmadan canından keçən şəhidlərimizin sayəsindədir.
Şəhidlik… Həmin zirvəyə yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Bu adla ölümsüzləşən igid oğullarımız göstərdikləri şücaətlə sübut ediblər ki, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Qəhrəmanlıq xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan bir keyfiyyətdir. Azərbaycan xalqının oğul və qızları hər zaman bu keyfiyyətə sahib olublar. Həmçinin tarixboyu xalq olaraq şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçündür ki, bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da,
var olmaq haqqını itirməyib. Məhz bu qətiyyət və cəsarət Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğul və qızlarımızın sayı çox olub.

Bu Vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.

26 yanvar 1988-ci ildə anadan olmuş Camaldın kənd sakini Şamil Babayevi uşaqlıqdan tanıyırdım. Bir məktəbdə oxumuşduq. Onunla olan xatirələrimi yazmaq mənim üçün çox çətindir. Ancaq həm də qürurvericidir. Hələ uşaqlıqdan vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilirdi. Hamının sevimlisi, əzizi idi. Orta məktəbi bitirdikdən sonra Şamillə yollarımız ayrıldı. Universitet illəri, ardınca hərbi xidmət. Kəndimizə qayıtdıqdan sonra öyrəndim ki, Şamil hərbçi olub.Onunla ancaq telefonla danışırdıq. Daxili qoşunların
Lənkəranda yerləşən Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri kimi xidmət edirdi. Hərdən soruşurdum: – Şamil “Hərbçi olmaq necə hissdir?” O deyirdi: – “İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb, Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın… Çətin və məsuliyyətlidir, şərəflidir Vətənə xidmət. Bax budur hərbçi olmaq”. Sonuncu dəfə məzuniyyəti vaxtı kəndimizdə görüşdük onunla. Söhbətimiz əsnasında dediyi bir cümlə hələ də yadımdadır: “Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırıb. Mülki həyatdan fərqli olaraq, hərbi xidmətdə bu və ya digər hadisəyə, Vətənə “bir köynək yaxınlar” kimi baxırıq. Vətənlə bağlı hadisələrə daha məntiqli düşüncələrlə yanaşırıq”. O vaxt o qədər də fikir vermədiyim sözlərini indi başa düşürəm. Onun haqqında fikirlərimi qələmə
aldıqca düşünürəm ki, Şamil ölmədi, qəhrəmancasına şəhid oldu. Heç Cavanşirlər, Babəklər, Fəridlər, Mübarizlər, Poladlar ölərmi? Sanki dostum yanımdadır. Onunla bir anlığa söhbətləşirəm… Qəribədir, soyuq havadan əsər-əlamət qalmayıb… Sənin qəlbinin hərarətidir, bu soyuğu yox edən, başıqarlı uca dağlardan üz tutan soyuq küləyi mülayimləşdirən…

Zəfər tarixinin igidi – kapitan Şamil BabayevŞamil Vətən müharibəsinin ilk günündən komandir kimi rəhbərlik etdiyi heyətlə döyüşlərə qatılıb, Füzuli şəhəri və rayonun tam şəkildə düşməndən azad olunmasında fəal iştirak edib. Şamilin komandiri olduğu əsgərlərindən onunla bağlı döyüş xatirələrini dinləyirəm. Kapitan Şamil Babayev Füzuli ətrafında gedən döyüşlərin birində qrupu ilə mühasirəyə düşür. Say baxımından düşməndən xeyli az olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstərirlər. Hər biri şəhid olmağı gözə alsa da, sonda onlar
mühasirəni yara bilirlər. Həmin döyüşdə Şamil öz məharəti ilə əsgərlərini düşmən pusqusundan bir şəhid və bir yaralı olmaqla çıxara bilir. Mühasirəni yararaq əsgərlərini xilas edən kapitan Babayev döyüş bacarığı ilə Lənkəran Xüsusi Təyinatlı birliyin rəhbər heyətini heyran qoyur. Necə olur ki, belə bir pusqudan siz bir şəhid və bir yaralı ilə çıxırsınız…

Vaxtdır, qisasını, alasan gərək,
Zəfər nəğməsini, çalasan gərək,
Zalımı taxtından salasan gərək,
Düşmənin bağrını dələn əsgərim.
Müjdəsi Şuşadan gələn əsgərim.

Son nəfəsinə kimi əsgərləri ilə maraqlanan, döyüş yoldaşlarına “qardaş” deyə müraciət edən Şamilin ən böyük arzusu Şuşanı azad etmək idi. Məhz Şuşa qalası uğrunda gedən döyüşlərdə Şamilin rəhbərlik etdiyi qrup düşmənin üç dəfə cəhd etdiyi hücumun qarşısını qətiyyətlə alır. Qala ətrafında gedən döyüşlərdə düşmənə ağır zərbələr vuran Şamil və əsgərləri onları qaçmağa məcbur edirlər. Sonuncu döyüş onun keçirdiyi ən ağır döyüşlərdən biri olur. Müharibədən qazandığı dostlarının bir neçəsini elə döyüş meydanında da itirən qəhrəmanımız 7 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə ağır yaralanır. 8 noyabr. Şuşa şəhərində şanlı Azərbaycan bayrağı dalğalanır. Ağır yaralı olan kapitan Babayev sonuncu dəfə ay-ulduzlu bayrağa baxır. Tabeçiliyində olan əsgərləri: – Komandir arzunuza çatdınız, Şuşa bizimdir, deyir. Onun üçün torpağı, el-obası hər zaman müqəddəs idi. İndi başa düşürəm ki, belə ruha malik olanların qarşısında tab gətirmək mümkünsüzdür. Kapitan Şamil Babayev kimi bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil..!

Zəfər tarixinin igidi – kapitan Şamil BabayevCamaldın kənd qəbiristanlığında torpağa tapşırılan igidimiz Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəli olan qəhrəman şəhidimizin Yusif adında bir oğlu Vətənə əmanət qalmışdır.
P.S. Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olmasına, onlara tibbi-psixoloji dəstəyin göstərilməsinə dövlət səviyyəsində nəzarət edilir.
2021-ci il noyabr ayınının 5-də – Zəfər Günü ərəfəsində mənzillə təmin olunan ailələrdən biri də şəhid kapitan Şamil Babayevin ailəsi olmuşdur. Biz hamımız şəhidlərə ehtiram göstərməli, onların qoyub getdikləri torpaqları son damla qanımıza qədər qorumalıyıq. Şəhidlərə borcumuzu ödəməyin yeganə yolu onların irsini qorumaq və bu ölkəni gələcək nəsillərə buraxmaqdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ordumuzun yanında olan sənətçilərimiz: “Mikrofonu qoyub cəbhəyə getdim”

Next

Şuşa alınan gün şəhid olan “Zəfər” ordenli kapitan: “Yoldaşları dedi ki, o olmasaydı, biz yox idik”

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv