Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İran bir daha Ermənistanın yanında olduğunu göstərdi

By Vüsal Rafiqoğlu
17.11.2024 2 Min Read

Pezeşkianın konfransa gəlməməsinin səbəbi “keçi su bulandırması” idi

Bu ölkənin yeni prezidentinin Azərbaycanla münasibətdə ilk jestləri xoşməramlı təsir bağışlasa da məlum oldu ki, bunların hamısı aldadıcı və gözdən pərdə asmaq üçün imiş.  Faktlar belə deyir. İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 Sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış İranın SEPAH-a yaxın mediası Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə məlumat yaymağa başladı.

Məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin də tədbirdə iştirak edəcəyi göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran prezidenti bu tədbirə şəxsən özü gələcəkdi. Lakin bunlar uşaqlar üçün yazılan nağıllara oxşayır. Əslində isə bu, Bakıya gəlməmək üçün bəhanədən başqa bir şey deyildi. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidentinin Bakıya gəlmədiyini bildirdi. Sözçü ona yazılıb verilən mətni tutuquşu kimi təkrar etdi: “Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

Ancaq Fatimə Mühacirani unudur ki, COP29-a ölkələr yalnız öz maraqları deyil, bəşəriyyətin xilası naminə qatılıblar. Digər tərəfdən, “rəsmilərin sammitlərdə iştirak səviyyəsi və əhəmiyyəti”ni təyin etmək sammitə üstdən aşağı baxmaqdır. Bakıda keçirilən COP29-un Liderlər Sammitinə 50 dövlətin  prezidenti, 20 baş nazir, o cümlədən 10 vitse-prezident və 2 vəliəhd qatılmışdı. Məgər bu, yüksək səviyyə sayılmır? Sammitə qatılan prezident və baş nazirlərin hamısı öz dövlətinin birbaşa lideridir. Pezeşkianın isə konstitusion səlahiyyəti “dövlət başçısı” statusuna uyğun gəlmir, hətta hökumət başçısı kimi də geniş səlahiyyətlərə malik deyil. Əgər sammitə qatılmaq “digər ölkələrin iştirak səviyyəsinə” uyğun seçilirsə, Pezeşkian qatılacağı halda səlahiyyət baxımından həmkarları arasında ən səlahiyyətsizi olacaqdı.

İkincisi, həqiqətən də İran İsrailə görə COP28-də iştirakını qalmaqallı şəkildə ləğv etmişdi. Bəlkə də buna haqq qazandırmaq olardı. Lakin Azərbaycanda vəziyyət tamamilə fərqli idi. Rəsmi Bakı cənub qonşusu üçün bütün lazımi şəraiti yaratdı və əvvəlcədən elan edildi ki, İsrail prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək. Yəni, İran nümayəndə heyəti üçün istədikləri rahat şərait yaradılmışdı. Həmçinin  Pezeşkian Azərbaycana gələcəyi halda konfransda İsrail nümayəndəsi ilə qarşılaşmaq məsələsi yox idi. Eyni zamanda, İran Bakının ev sahibliyi etdiyi COP29-a məxsusi dəstək verə bilərdi – ən azı ona görə ki, Qərbdə bəziləri BMT-nin bu konfransının səviyyəsinin pozulması və ya aşağı salınması üçün əllərindən gələni edirdilər. Qərbdən yağdırılan böhtanların, təhdidlərin ardı-arası kəsilmirdi. Sanki növbəyə durmuşdular. Qərb də İranın düşməni deyilmi? Belə bir məqamda İran prezidenti Bakıya gəlməklə ikitərəfli dividend qazana bilərdi. Amma etmədi.

Təəssüf ki, İran Azərbaycanın bu xoş mesajını düzgün qiymətləndirmədi, əksinə, Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin çirkin təbliğatına qoşulub dolayısı ilə COP29-un Liderlər Sammitinin “səviyyəsini qiymətləndirməyə” çalışdı. Buna el arasında “keçi su bulandırması” da deyirlər. Bununla Pezeşkian  özünün qiymətini aşağı salmış oldu. O da məlum oldu ki, İran hələ də bizim düşmənimiz Ermənistanla birgədir. Bu səbəbdən də bizim işimizə dəstək vermədi. Ancaq belə hərəkətlərlə Azərbaycana heç bir təsir etmək mümkün deyil. Məsəl var deyərlər: “Çalış bir işə yara, sənli də olur, sənsiz də olur.”

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Freedom House”un COP29 sancısı

Next

Qərbin ayırıcılıq siyasəti Ermənistanın sonunu yaxınlaşdırır

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv