Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xəzərin suyu azalıb: Bakını bu TƏHLÜKƏ gözləyir

By Vüsal Rafiqoğlu
19.11.2024 2 Min Read

Bir gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verərək deyib ki, son onilliklərdə Xəzər ciddi ekoloji problemlərlə üzləşib.

“Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır”, – U. Tağıyeva bildirib.

ARANTV.AZ  xəbər verir ki, Xəzər dənizinin suyunun azalması ilə bağlı ekspertlər uzun illərdir narahatlıqlarını bildirirlər.

Belə ki, dəniz suyunun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb ola bilər. İlk olaraq Xəzər dənizində yaşayan unikal flora və fauna növləri üçün yaşayış mühiti daralar, bəzi növlər isə məhv ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması ehtimalı yüksəkdir.

Suyun azalması ilə duzluluq səviyyəsi arta bilər, bu da şirin su orqanizmlərinin məhv olmasına səbəb ola bilər. Dəniz suyunun azalması ilə ətraf regionların mikroiqlimi dəyişə bilər. Quraqlıq və səhralaşma prosesləri sürətlənər. Eləcə də balıqçılıq və sənaye zərərləri də burada xüsusi qeyd edilir. Balıq ehtiyatlarının azalması balıqçılıq sənayesinə böyük zərbə vura bilər. Sahil boyu turizm obyektləri və xidmətlərə tələbat azala bilər, iqtisadi fəaliyyət zəifləyər.

Dəniz yolu ilə yük daşımaları çətinləşə və ya mümkünsüz ola bilər, bu da regiondakı ölkələr arasında ticarətə mənfi təsir göstərə bilər. Su mənbələrinin azalması regionda yaşayan əhalinin kütləvi köç etməsinə səbəb ola bilər.

Bəzi mütəxəssislər deyir ki, su ehtiyatlarına və torpaqlara çıxışla bağlı qonşu ölkələr arasında münaqişələr də arta bilər. Münaqişələrə dair bu cür narahatlıqlar xüsusilə Xəzər dənizi və ona qonşu ölkələr arasında su və torpaq resurslarına dair razılaşmaların olmaması səbəbindən sıx səslənir.

ROVSEN.jpg (62 KB)

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Xəzər suyunun azalması əsasən iqlim dəyişikliyi ilə əlaqədardır:

“Havanın temperaturunun uzun müddət istiləşməsi həm Xəzərə tökülən çayların suyunu azaldıb, həm də Xəzər dənizi səthində buxarlanmanı çoxaldıb. Məhz buna görə də Xəzərdə suyun azalması baş verir. Bu, Azərbaycanın sahil infrastrukturuna ciddi ziyan vurur. Xüsusilə gəmiçilik sektorunda problemlər yaşanır. Balıqların ekomühitinin getdikcə zəifləməsi baş verir. Çünki suyun temperaturunun yüksəlməsi və suyun dayazlaşması oksigen miqdarını azaldır. Bu da balıqçılığa ciddi təsir edir”.

Ekspert bir sıra önləyici tədbirlərin görülməsini vacib sayır. Belə ki, su resurslarının düzgün idarə edilməsi, Xəzər hövzəsi ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, alternativ su mənbələrindən istifadə və ekoloji maarifləndirməyə ehtiyacın olduğunu bildirir. Belə hallar Xəzər hövzəsində yaşayan ölkələr üçün birgə fəaliyyət və tədbir planı tələb edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir

Next

Orta məktəblərdə istiliyin verilməsi vaxtı dəyişə bilər

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv