Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İraqda siyahıyaalmanın ortaya çıxardığı SENSASİON FAKTLAR

By Vüsal Rafiqoğlu
21.11.2024 3 Min Read

Kərkükdə demoqrafik vəziyyəti kimlər və niyə dəyişməyə çalışır?

İraqda 27 ildən sonra ilk dəfə siyahıyaalma həyata keçirilir. Bu ölkədə sonuncu dəfə 1997-ci ildə ölkənin şimalındakı kürd muxtariyyəti ərazisi istisna olmaqla siyahıyaalma həyata keçirilib. Aradan ötən 27 il ərzində işğal, müharibələr və terror ölkədə əhalinin ümumi siyahıyaalmasına mane olub.

Üstəlik, son illərdə mərkəzi hökumətlə əyalətlər arasında fikir ayrılığı, neft gəlirlərinin bölüşdürülməsi ilə bağlı narazılıq kimi mövzular hökuməti siyahıyaalmaya getməyə vadar edib.

Maraqlıdır ki, budəfəki siyahıyaalmada vətəndaşların məzhəbi və etnik mənsubiyyəti ilə bağlı suallar olmayacaq. 70 sualdan ibarət anketdə yalnız vətəndaşın mənsub olduğu dini haqda sual var. Həmçinin anketdə vətəndaşın yaşadığı evdəki sakinlərin sayı, səhhəti, təhsili, işi, avtomobili və evdəki əşyaları haqda suallar soruşulur.

İraqda əhalinin siyahıyaalınması üçün 130 min tabletə ehtiyac var | Hafta.az

Bu gün sorğunun ikinci günüdür. Ölkədə fövqəladə vəziyyət elan olunub, 120 min məmur bu günlərdə evləri gəzərək sorğunu həyata keçirəcək.

Gözlənildiyi kimi, əsas mübahisəli vəziyyət türkmənlərin yaşadığı Kərkük şəhərində baş verib. İraqın şimalında yerləşən türkmən şəhəri Kərkükdə həm də ölkə neft ehtiyatlarının böyük hissəsi yerləşir. Digər tərəfdən, şəhərdə xüsusən də son 50 ildə kürd və ərəblərin sayı sürətlə artdığı üçün türkmənlər say etibarı ilə çoxluğu itiriblər. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində 16 üzvü olan Kərkük bələdiyyə məclisinə İraq Türkmən Cəbhəsinin sadəcə 2 nümayəndəsi seçilib. Kərkükün bələdiyyə sədri də Kürdüstan Vətənpərvərlər İttifaqı üzvü seçilib.

Son siyahıyaalma zamanı isə İraq Türkmən Cəbhəsi bəyan edib ki, siyahıyaalmadan əvvəl Kərkükə İraqın şimal rayonlarından 260 min nəfər əhali gətirilib. Məqsəd Kərkükdə kürd əhalinin sayını daha artıq göstərməkdir. Hətta İTC Kərkükdə siyahıyaalmanı dayandırmaq tələbi irəli sürüb.

Qeyd edək ki, kürd partiyaları, o cümlədən, Şimali İraq Kürd Administrasiyası Kərkükün muxtariyyət ərazisinə daxil edilməsini tələb edir. Bununla bağlı 2005-ci ildə qəbul olunmuş İraq Konstitusiyasında göstərilən yerli referendum hüququnun tətbiq olunmasını, Kərkük sakinlərinin İraq ərazisində, yoxsa kürd muxtariyyəti ərazisində qalmasına özlərinin qərar verməsini istəyir. Hətta 2014-2017-ci illərdə Kərkük kürd qüvvələrinin nəzarəti altında olub. Ancaq 2017-ci ildə referendumdan sonra İraq qüvvələri Kərkükə nəzarəti ələ keçirib.

İraq Kürdüstanında parlament seçkiləri keçirilir

Son seçkilərin nəticələri göstərir ki, Kərkükdə siyasi üstünlük kürdlərə məxsusdur. Ancaq şəhərin tarixi sahibləri olan türkmənlər və ölkənin əsas etnik çoxluğu olan ərəblər Kərkükü kürdlərə verməmək üçün müqavimət göstərir.

Ancaq İraq reallığında vəziyyət göründüyündən də xeyli dərəcədə mürəkkəbdir. Çünki türkmənlərin siyasi olaraq vahid mövqedən çıxış etməməsi onların güclərini bölür. Çünki türkmənlərin bir qismi öz gələcəklərini mərkəzi Ərbil olan İraq kürd muxtariyyəti ilə görür, bir qismi isə Bağdadın idarəsini dəstəkləyir. Eyni zamanda seçkilərdə də türkmənlər vahid bir təşkilat olaraq deyil, adətən fərqli siyasi qrupların siyahısından iştirak edir və nəticədə türkmən səsləri parçalanır. Son olaraq ötən ay İraq kürd muxtariyyəti ərazisində keçirilən yerli parlament seçkilərində İTC-nin namizədi və dəstəklədiyi namizədlərin seçilə bilməməsi bunun nəticəsi oldu.

Görünür ki, Bağdad yeni siyahıyaalmada məhz bu səbəbdən etnik və məzhəbi mənsubiyyət suallarını anketə daxil etməyib. Çünki yuxarıda da qeyd etdiyim kimi, məzhəb və etnik kimlik mövzusu artıq uzun illərdir ki, İraqda spekulyasiyalara səbəb olur və ölkədə milli birliyə mane olur. Kərkük hadisələri göstərir ki, türkmənlər İraqın sosial, iqtisadi və siyasi həyatında fəal şəkildə iştirak etməli, dövlət və ictimai sektorda aktiv təmsilçiliklərini artırmalıdır. Eyni zamanda son 20 ildə baş verən müharibə və terror zamanı evlərini tərk etmiş türkmənlərin yenidən tarixi torpaqlarına geri dönməsinə ehtiyac var. Əks təqdirdə İraqda tarixi türkmən ərazilərində demoqrafik vəziyyət sürətlə dəyişməkdə davam edəcək.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Erməni deputat dilə gəldi: Qarabağ Azərbaycan torpağıdır

Next

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv