Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cəbrayılda minaya düşən sürücü baş prokurordan kömək istəyir – FOTOLAR

By Vüsal Rafiqoğlu
27.11.2024 2 Min Read

Ermənilər tərəfindən Azərbaycan ərazisində basdırılan minaların sayı 1 milyondan çoxdur. Bu məlumat 2024-cü ilin əvvəlində Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada yer alıb. 2020-ci ildən bu yana ermənilərin Qarabağ ərazisində basdırdıqları minalarda 300-dən çox Azərbaycan vətəndaşı ya həlak olub, ya da yaralanıb.

Azərbaycan vətəndaşı Raqif Nuriyevin idarə etdiyi yük maşını bu il iyunun 20-də Cəbrayıl rayonunun Horovlu kəndində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində Raqif Nuriyev bir ayağını itirib, yük maşını isə tamamilə yararsız hala düşüb.

Musavat.com-a müraciət edən Raqif Nuriyev deyib ki, hadisə nəticəsində həm ayağını itirib, həm də kreditlə aldığı yük maşını tamamilə yararsız hala düşüb.

Deyir ki, 5 aydır maşın özü olmasa da, ailə borc edib, krediti ödəmək məcburiyyətindədir. Raqif Nuriyev taxıl biçini mövsümündə maşını ilə məhsul daşımaqla ailəsini dolandırıb. Elə hadisə vaxtı Cəbrayıla getməsinin səbəbi də bu olub.

WhatsApp Image 2024-11-27 at 17.37.48 (1).jpeg (54 KB)

Raqif Nuriyev bildirir ki, əlində Cəbrayıl rayonunun Horovlu kəndində taxıl əkilən ərazilərin minalardan tam təmizlənməsi barədə Minatəmizləmə Agentliyinin (ANAMA) sertifikatı var.

O da həmin sənədə güvənərək, taxılı daşımaq barədə sifarişi qəbul edib və Cəbrayıla gedib:

“Orada Vüqar müəllimə məxsus hektarlarla taxıl sahələri var. Fərhad müəllim də biçilən taxılı alan adamdır. Mən isə sadəcə, sürücüyəm. Dövlət orqanının verdiyi sertifikata inanmışam ki, oralar minadan təmizlənib, ona görə getmişəm. 2 gün də orada işləmişəm. 3-cü gün maşınla tank əleyhinə minaya düşmüşəm”.

1991-ci il təvəllüdlü Raqif Nuriyev Füzuli rayonunda xəstəxanaya çatdırılıb, orada sol ayağı amputasiya edilib. Sonra Bakıya – Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: “Bakıda xəstəxanada da 1 ay yatdım. Çünki sümüklərim qırıq-qırıq idi. Ayağım topuqdan 20 santimetr yuxarı kəsildi. Üstəlik mil də qoydular. İndi də yataqdayam. Arabir evin içində gəzirəm. Harasa gedəndə də ancaq kimlərinsə köməyilə… Köməyə möhtac olub qaldım”.

Daxili İşlər naziri Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşəndə Raqif Nuriyev də onun qəbuluna gedib.

WhatsApp Image 2024-11-27 at 17.37.48.jpeg (89 KB)

Deyir ki, nazir onunla görüşüb, şikayətinin araşdırılacağına söz verib. Bir neçə gün sonra nazirlikdən ona zəng gəlib: “Dediyi kimi də oldu. Nazirlikdən zəng gəldi ki, qardaş, sizin işiniz polisdə deyil, prokurorluqdadır. Sonra eşitdim ki, prokurorluq da mənim işimlə bağlı araşdırmanı dayandırıb. Əvvəl heç olmasa, zəng eləyəndə müstəntiq cavab verib, “yaxşı olacaq” deyirdi. İndi telefonlarıma cavab da verilmir. Özləri də görürlər ki, yaman günə qalmışam”.

Raqif Nuriyev deyir ki, başına gələn mina müsibəti həyatını alt-üst edib: “Taxılını daşıdığı Vüqar müəllimlə Fərhad müəllimin təsiri ilə mənə belə münasibət sərgilənir. Ona görə daha mənim başıma gələnlər, dəyən ziyan prokurorluğu maraqlandırmır”.
Raqif Nuriyev baş prokuror Kamran Əliyevə müraciət edərək üzləşdiyi qanunsuzluğun qarşısının alınmasını xahiş edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qurban Qurbanov “Lion”la oyundan danışdı

Next

SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv