Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Əhalinin rifah halının yüksəldilməsi prioritetdir

By Vüsal Rafiqoğlu
28.11.2024 3 Min Read

2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 16,9 milyard manat məbləğində vəsait ayrılıb ki, bu da 2024-cü ildəkindən xeyli çoxdur

Azərbaycan iqtisadiyyatının inkişafı cari ildə də  davam edib. Belə ki, 2024-cü ilin 8 ayında ümumi daxili məhsul (ÜDM) 4.3 faiz artmış, o cümlədən qeyri-neft sektorunda 7,0 faiz artım olmuşdur. Qeyri-neft sənayesində isə 7.8 faiz artım qeydə alınmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötmüşdür. Bu göstərici isə cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. Yəni, 1 sentyabr tarixinə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7.5 faizini təşkil edir.

Təbii ki, 2024-cü ilin iqtisadi uğurları 2025-ci ilin dövlət büdcəsinin artımına da öz müsbət təsirini göstərəcəkdir. Belə ki, Milli Məclisdə müzakirəsi başa çataraq birinci oxunuşda qəbul olunan yeni  büdcənin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır.  Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcəkdir. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43%-ni təşkil edəcəkdir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcəkdir.

Xüsusilə Dövlət Sosial Müdafiə Fondunun  2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü il ilə müqayisədə 727 milyon manat və ya 10,5 faiz çoxdur. Fondun maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini qurumun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edəcək. Bundan başqa, Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faiz və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı onu demək olar ki,  Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52 faizini və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 7 milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud 10,5 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 535 manat olacağı, yaşa görə pensiyanın orta aylıq məbləğinin 571 manata yüksəlməsi proqnozlaşdırılır.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3 faiz, yaxud 16,83 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər 25 milyon manat olacaq.

Gələn il İşsizlikdən Sığorta Fonduna dövlət büdcəsindən 260 milyon 700 min manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2024-cü ildəkindən 22,7 milyon manat, yaxud 9,5 faiz çoxdur.  Yeni ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 29,5 faizi özünüməşğulluq tədbirlərinin, 13,4 faizi peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55 faizi vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub.

Ümumiyyətlə, dövlət büdcəsində növbəti il üçün sosialyönümlü xərclərə 16,9 milyard manat məbləğində vəsait ayrılıb. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə növbəti ilin büdcəsi 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat vəsait nəzərdə tutulub. Həmçinin 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat ehtiyac meyarının həddi isə 285 manat məbləğində müəyyən edilib.

Bütün bu rəqəmlərdən də göründüyü kimi, 2025-ci ilin dövlət büdcəsi də əvvəlki illərin büdcəsi kimi sosialyönümlüdür və bu istiqamətdə ciddi artımlar mövcuddur.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Ordumuzda modernləşmə işləri sürətlənir

Next

Bu dərmanlardan kortəbii istifadə yeni xəstəliklər yarada bilər

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv