Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Döyüşə “diplomat”lar gedir…

By Vüsal Rafiqoğlu
28.11.2024 3 Min Read

Fransa bir avantüristin yedəyində qalıb, Makron hara dartırsa ora yorğalayır

Fransa prezidenti Emmanuel Makron və komandası Azərbaycana patoloji nifrətini gizlədə bilmir. Əsasən 2020-ci ildən bəri işi-peşəsi Azərbaycana hədə mesajları göndərməkdən, qərəzli yalanları ilə nüfuzdan salmağa cəhd etməkdən ibarət olan müsyö Makron addımbaşı bildirirdi ki, onun ölkəsi daim Ermənistanın yanındadır və onu heç vaxt tək qoymayacaq. Dediyi kimi də edirdi. Ermənistana bir tərəfdən hərbi texnika və atıcı silahlar, digər tərəfdən karvanbaşı Paris meri, xanım Ann İdalqo olmaqla humanitar yardımlar göndərirdi. Onlar İrəvanda haylara xoş gəlsin deyə erməni qəbiristanlığına gedərək orada terrorçular üçün saxta göz yaşı tökürdülər. Digər iyrənc hərəkətləri və qərəzli bəyanatları da unudulmayıb. Fransa daim anti-Azərbaycan mövqedə duraraq beynəlxalq tədbirlərdə  Ermənistanı müdafiə edib. Bütün bunların ən ədalətsiz və açıq düşmənçilik “nümunəsi” isə Fransa Senatında “erməni soyqırımı”nın tanınması oldu. Orada senatorlar həyasızcasına tərəf tutaraq islamofob, türkofob və anti-Azərbaycan mövqelərini ortaya qoydular. Heç şübhəsiz, bu qərar prezident Makronun diktəsi ilə qəbul olunub. Nəhayət, səbir kasası daşan Azərbaycan hakimiyyəti Fransa avantürizminə qarşı əks tədbirlərə əl atmalı oldu. Azərbaycan Fransanın müstəmləkələrində əzilən xalqlara kömək əlini uzatdı, Bakıda onların nümayəndələrinə öz cəlladlarına qarşı yığıncaq keçirib mübarizə planı tərtib etmək üçün şərait yaratdı. Nəticə belə oldu ki, ada dövlətləri müstəmləkəçilərə qarşı etiraz aksiyaları keçirməyə başladılar. Əlbəttə, bu, illərlə Azərbaycana qarşı murdar siyasət yeridən və erməni işğalçılarına dəstək verən Emmanuel Makrona xoş gəlmədi.

Bir müddət öncə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə dəvət olunub. Məlumata görə, bunun səbəbi Azərbaycan hakimiyyətinin guya Fransanın ünvanına “qəbuledilməz iradlar bildirməsi” və nəticədə fransız nazir xanım Anyes Pannye-Runaşenin COP29-da iştirakını ləğv etmək məcburiyyətində qalması olub. Ardınca isə buna cavab olaraq noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə COP29 ərəfəsində və sonrakı günlərdə Fransanın Azərbaycanın sədrliyini hədəf almasına, qərəzli təbliğat aparmasına etiraz bildirilib.

Diplomatların qarşılıqlı şəkildə XİN-ə çağırılması nədən xəbər verir? Növbəti addımlar iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına aparıb çıxara bilərmi?

Daha əvvəl də Fransa səfiri Azərbaycan XİN-ə çağırılmış, onun ölkəsinə lazımi xəbərdarlıqlar edilmişdi. Son bir neçə il ərzində Fransanın Azərbaycana qarşı həyata keçirdiyi ləyaqətsiz təbliğat bu neokolonist dövlətin ədalətsiz, qərəzli, ikili standartlara dayanan siyasətindən irəli gəlir. Xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı Fransa utanmadan rəsmi Bakını təcavüzdə günahlandırırdı. Qarabağ müharibəsindən bir ay keçməmiş Fransa Milli Asambleyasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edildi. Sonrakı müddətdə Parisin İrəvanla imzaladığı hərbi-texniki müqavilələr, silah, texnika dəstəyi, eləcə də Fransa prezidenti Emmanuel Makronun bəyanatlarında ermənipərəst fikirlərin qabardılması  fonunda belə mənzərə yaranır ki, rəsmi Paris işğalçı Ermənistanın yanını kəsdirib durub. Olsun. Azərbaycan heç nə itirməyəcək. Ancaq bütün dünya Fransanın Afrikanın məzlum ada dövlətlərində törətdiyi bəşəri cinayətlərdən geniş məlumatlar alacaq, onun yalançı demokratiyasına tüpürəcək. Hər şey bununla da bitməyəcək. Dəstək qazanmış həmin xalqlar bir gün ayağa qalxacaq, qollarındakı əsarət buxovlarını qırıb atacaq, öz taleyinin sahibi olacaq. Onda Fransanın yüz illər boyu talayıb daşıdığı sərvətlər əlindən çıxacaq. O sərvətlərin dəyəri artıq trilyonları çoxdan keçib. Fransanı yandıran və özündən çıxaran da budur. Deməli, yağlı tikə ağzından çıxacaq. İndi Azərbaycana irad tuta bilmir ki, niyə onun müstəmləkələrini müdafiə edir? Bilir ki, Azərbaycandan bu sualın cavabını artıqlaması ilə eşidəcəkdir. Ona görə də acizlikdən boğularaq bəhanə üçün heç ona dəxli olmayan başqa məsələləri də ortaya ataraq aranı qarışdırmağa məcbur qalıb. Xəstə təfəkkürlü Makronun ağlının gətirdiyi bu qədərdir.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsassız böhtanlar, uydurma iddialar

Next

Odun üstünə benzin tökənlər

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv