Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

16 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası

By Vüsal Rafiqoğlu
01.12.2024 4 Min Read

Avstraliya Senatı (parlamentin yuxarı palatası) 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib. 34 senator qadağanın lehinə, 19 senator əleyhinə səs verib.

Qəbul edilən qanun sosial şəbəkələrə sahib olan şirkətlərə 16 yaşdan kiçik istifadəçilərə giriş icazəsi verməyi qadağan edir. Qanun pozuntusu edən şirkətlərə 50 milyon Avstraliya dollarına (32,5 milyon ABŞ dolları) qədər cərimə tətbiq ediləcək. Avstraliyanın rabitə naziri Mişel Rouland bunun TikTok, Instagram, X, Facebook, Reddit, Snapchat-a aid olacağını söyləyib. Nazir bildirib ki, “YouTube” “vacib” maarifləndirici məqsəd daşıdığına görə yasaqlanmış platformalara daxil edilməyəcək.

BBC News qeyd edir ki, hakimiyyətin qərarı bir çox valideyn təşkilatları tərəfindən dəstəklənib. Alimlər, siyasətçilər və insan haqları təşkilatları isə qanunu tənqid ediblər. Onlar deyirlər ki, qadağa indiki formada əks nəticə verə, yeniyetmələri internetdən gizli şəkildə istifadə etməyə sövq edə bilər. Yeniyetmələrin özlərini təcrid olunmuş saya biləcəkləri də güman olunur.

Onu da qeyd edək ki, artıq Avstraliyadan başqa da bəzi ölkələr yeniyetmələrin sosial şəbəkə istifadəsini məhdudlaşdırmaq üçün qanunlar qəbul ediblər. Məsələn: İspaniyada uşaqların 14 yaşından əvvəl sosial şəbəkələrə qoşulması qadağandır. Fransada valideyn icazəsi olmadan 15 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan edilib. Bu məhdudiyyətlərin məqsədi uşaqları onlayn risklərdən qorumaqdır, lakin onların effektivliyi müzakirə mövzusudur.

Bəs Azərbaycanda da bu cür qanuna ehtiyac varmı?

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb:

“İlk növbədə qeyd edim ki, uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrdən istifadənin geniş yayılması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu platformalar uşaqların ünsiyyət bacarıqlarını artırmaqla yanaşı, müəyyən risklər də yaradır. Avstraliya Senatının 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləməsi, eyni zamanda İspaniya və Fransada da oxşar məhdudiyyətlərin tətbiq olunması bu narahatlığın qlobal miqyasda nə qədər ciddi qəbul edildiyini göstərir. Azərbaycanda belə bir qanunun tətbiqi məsələsi həm pedaqoji, həm də sosial baxımdan geniş müzakirə olunmalıdır. Sosial şəbəkələrin uşaqlar və yeniyetmələr üçün yarada biləcəyi risklər bir neçə istiqamətdə özünü göstərir. Bu risklər arasında kiberzorakılıq, onlayn təhdidlər, saxta məlumatlara məruz qalma, şəxsi məlumatların təhlükəsizliyinin pozulması və psixoloji təsirlər əsas yer tutur. Məsələn, Amerikanın Pediatriya Assosiasiyasının məlumatına görə, sosial şəbəkələrdən aktiv istifadə edən yeniyetmələrin 37%-i kiberzorakılığın qurbanı olur. Bu isə onların psixoloji sağlamlığına ciddi təsir göstərir, depressiya və təcrid hisslərini gücləndirir. Fransanın belə bir qanun qəbul etməsi də bu narahatlıqdan irəli gəlir. Onların əsas arqumenti valideyn nəzarətinin gücləndirilməsi ilə uşaqların onlayn təhlükələrdən qorunmasıdır.

Pedaqoji baxımdan yanaşdıqda, sosial şəbəkələrin istifadəsinin məhdudlaşdırılması bir sıra müsbət təsirlərə səbəb ola bilər. İlk növbədə, uşaqların diqqət konsentrasiyası artır. Müasir dövrdə sosial şəbəkələr çox vaxt dərsə fokuslanmağa mane olur. Britaniya Tədqiqat Mərkəzinin 2022-ci ildə apardığı araşdırmaya əsasən, yeniyetmələrin 60%-i sosial şəbəkələrdə vaxt keçirmək səbəbindən dərslərinə lazımi diqqəti ayıra bilmədiklərini etiraf ediblər. Məhdudiyyətlər uşaqların bu texnoloji mühitdən uzaq qalaraq kitab oxumaq, yaradıcı fəaliyyətlərlə məşğul olmaq və daha məhsuldar öyrənmə prosesinə qoşulmasına şərait yarada bilər.

Sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasının digər müsbət tərəfi uşaqlar arasında fiziki fəaliyyətin artmasıdır. Çox vaxt sosial şəbəkələrdə vaxt keçirmək uşaqların oturaq həyat tərzi sürməsinə səbəb olur ki, bu da onların sağlamlığına mənfi təsir göstərir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 5-17 yaş arasında olan uşaqların ən azı gündə bir saat fiziki aktivliklə məşğul olması tövsiyə olunur. Lakin sosial şəbəkələr bu fəaliyyətləri məhdudlaşdırır, uşaqların hərəkətsizliyinə və piylənmə riskinin artmasına səbəb olur”.

Ekspert qeyd edir ki, bununla yanaşı sosial şəbəkələrin tamamilə qadağan edilməsi bəzi problemləri də yarada bilər:

“Məsələn, sosial şəbəkələr uşaqlar üçün yaradıcılıq və özünüifadə mühiti də yaradır. Bir çox uşaq məhz bu platformalar vasitəsilə öz istedadını nümayiş etdirmək və yeni bacarıqlar öyrənmək imkanı əldə edir. Həmçinin, qadağalar uşaqları texnologiyadan tamamilə uzaqlaşdıraraq onların gələcək rəqəmsal dünyaya uyğunlaşmasına mane ola bilər. Bu baxımdan, tam qadağa əvəzinə balanslı yanaşma tətbiq olunmalıdır.

Məhdudiyyətlərin tətbiq olunması zamanı pedaqoji yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Uşaqların texnologiyadan məsuliyyətli istifadə etməsi üçün təhsil proqramlarına “Rəqəmsal Savadlılıq” dərslərinin əlavə edilməsi vacibdir. Bu dərslər uşaqlara sosial şəbəkələrdən təhlükəsiz istifadə etmə qaydalarını öyrədə bilər. Məsələn, Estoniyada məktəb proqramlarına daxil edilən “Rəqəmsal Vətəndaşlıq” dərsləri uşaqları texnologiyanın müsbət tərəflərindən faydalanmağa təşviq edir, eyni zamanda onları onlayn təhlükələrdən qorumaq üçün maarifləndirir.

Azərbaycan kontekstində belə bir qanunun tətbiqi geniş ictimai müzakirəyə çıxarılmalıdır. Ölkəmizdə sosial şəbəkələrdən istifadənin artan tendensiyası müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 10-17 yaş arası uşaqların 72%-i sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm, bir tərəfdən, texnologiyadan istifadə səviyyəsinin artmasını göstərsə də, digər tərəfdən, kiberzorakılıq və asılılıq kimi problemlərin də miqyasını artırır. Belə bir qanunun tətbiqi üçün öncə maarifləndirmə kampaniyaları keçirilməli, valideynlər və müəllimlər arasında bu məsələnin əhəmiyyəti vurğulanmalıdır.

Azərbaycan cəmiyyəti olaraq, sosial şəbəkələrdən istifadəyə dair yanaşmamız uşaqlarımızın təhlükəsizliyini, inkişafını və rifahını təmin etməlidir. Texnologiyanın uşaqların həyatını zənginləşdirmək üçün bir vasitə olması üçün, məhdudiyyətlərdən daha çox, maarifləndirməyə fokuslanmalıyıq.

Yekun olaraq, belə bir qanunun Azərbaycanda tətbiqi uşaqların təhlükəsizliyini təmin etmək baxımından vacib görünə bilər. Lakin bu məhdudiyyətlərin effektivliyi üçün pedaqoji yanaşma, valideyn nəzarəti və texnologiya maarifçiliyi ön planda tutulmalıdır. Sosial şəbəkələrin faydalı və təhlükəsiz istifadə imkanlarını təmin etmək üçün balanslı bir yanaşma tətbiq edilməli, həm dövlət, həm valideynlər, həm də təhsil müəssisələri bu istiqamətdə birgə çalışmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həyatı ilə bağlı elə təsirli faktı açıqladı ki, aparıcı verdiyi sualdan UTANDI – VİDEO

Next

Vergi ödəməyən sahibkarlar cərimələnəcəklər

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv