Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanda neytrallıq statusu referendumu

By Vüsal Rafiqoğlu
07.12.2024 4 Min Read

İrəvan KTMT-dən çıxmalı, Gümrüdəki hərbi baza da bağlanmalıdır, amma bu addımları  hansısa hərbi bloka “peşka”lıq etmək üçün atarlarsa, bu böyük qanmazlıqdır…

Ermənistanın baş naziri Nikol Paşinyan iki həqiqəti anlamaqda ya çətinlik çəkir, ya da özünü qanmazlığa qoyur. Birincisi, o mənsub olduğu xalqın nə mal olduğunu yaxşı bilsə də,  özünü elə aparır ki, guya ermənilər Qafqazda kafa etibarilə çox fərqlidirlər, yüksək mədəniyyət və əxlaq daşıyıcılarıdırlar, demokratik cəmiyyətdə yaşamaq istəyi babalarının  genetikalarından gəlir və sairə.  Əlbəttə, hər ölkənin lideri dövləti  üçün çalışmalıdır, xalqı haqda da yüksək fikirdə olmlıdır. Amma söhbət ermənidən gedirsə, yüksək dəyərlər  ifadəsi artıqdır, çünki bu millətin əskikləri çoxdur.

scale_1200 (3).jpg (111 KB)

Paşinyan həmişə erməni cəmiyyətinin içində olub, hətta həbsə də düşüb,  2018-ci ildən də hakimyyətdədir. Bu müddətdə baş verən hadisələr, 44 günlük müharibə Paşinyana erməni xalqını bir daha yaxından tanımaq imkanı verib. Paşinyan isə o gerçəkləri görmək əvəzinə, Ermənistanı məsələn, Avropa İttifaqına qoşmaq kimi mənasız işin arxasına düşüb. Ermənistanın iqtisadi potensialı bir kənara, ermənilərin o ittifaqda nə işləri ola bilər? Aİ-ni qətiyyən ideallaşdırmırıq, bu təşkilat xüsusilə Brtianiyanın “Brexsit”indən  və son illərki siyasətindən sonra  özünü çox yıpradıb, bütün dəyərləri gözdən salıb.  Bu ittifaq məkanda insan haqları az qala “kişiliyi gözdən salmaq” statusu qazanıb, iqtisadi geriləmə sürətlənib, sosial bərabərsizlik, milli zəmində ayrı-seçkilik artıb. Türkiyə kimi dövləti 50 ildir qapı arxasında saxlayırlar ki, bu da milli ayrı-seçkiliyinin başqa bir təzahürüdür.  Ermənistan Ukrayna, Moldova, Gürcüstan və Belarus üçün düşünülmüş  “Şərq Tərəfdaşlığı     tələsi”ndə çox vurnuxdu, Qarabağ problemini hətta bu əməkdaşlıqdan yararlanaraq öz xeyrinə həllinə cəhd  etdi. Bu əməkdaşlığa cəlb edilən heç bir ölkə hələ də Aİ-nin üzvü deyil, hələ də bu məsələ dartışma və gərginlik mövzusudur. Paşinyan bunları əlbəttə ki, bilir. Amma erməni həyasızlığı burda da özünü göstərir.   Özlərini  Avropa ailəsinə üzvlüyü haqq edən ölkə və millət kimi gostərməyə çalışırlar. Vaxtilə Amerikada, Avropaya köç edən ermənilərə baxmayın, onların da bəziləri “Böyük Ermənistan” kimi xəstə ideyanın arxasına düşsələr də, bir çoxu cəmiyyətə inteqrasiya edə bilib. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan, bütün mədəni-tarixi abidələrini dağıdan, üstəlik hələ də  revanşist hislərlə yaşayan ermənin Avropa İttifaqında nə işi ola bilər?

Məlumata görə, Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Avropa Partiyasının  rəhbəri Tiqran Xzmalyan bildirib ki,  referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyası yekunlaşıb  və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq. Layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan da baş tuta  bilər.

Bu həmin Xzmalyandır ki, bugünlərdə     “Krımın müvəqqəti ilhaqı müqabilində Ukraynanın NATO və Aİ-yə üzvlük” sxemi  Qarabağla bağlı da tətbiq edilə bilər”  kimi sərsəm açıqlama vermişdi.  Deməli,  Aİ-yə üzvlük arzusunun arxasında da  erməni hiyləsi və məkri dayınır.

o4gmkakpzch4e6ej3h8823n44ywdv2ne.jpg (164 KB)

Paşinyanın görmək istəmədiyi ikinci gerçək Ermənistan dövlətinin yanlış kurs götürməsi ilə bağlıdır. Rusiyanın himayəçiliyinindən imtina etmək öz seçimləridir, yüz illərlə Qafqazda Rusiyanın jandarmı rolunu oynayan, hər cür şeytanlığa təhrik edilən Ermənistan, indi Rusiyanın  təbəəliyindən çıxmaq istəməsi anlaşılandır. Amma Paşinyanın Ermənistanın bir  dövlət kimi gələcəkdə Fransa daxil bir neçə ölkənin də əlaltısına çevirmək istəyi dövlətin süqutu ilə nəticələnə bilər. Ermənistan indi də onların ağıllarına uyub Qafqazda yenə də sifarişlər yerinə yetirmək istəkləri, onları birdəfəlik məhv edə bilər. İrəvan Qərbin hərbi-siyasi “müşahidəçi”lərini Ermənistan sərhədinə gətirir və üstəlik, gizlətmir ki, Rusiyanın qoltuğundan çıxmaq üçün Qərbdən ona təzyiq edirlər. Ermənistan o qədər xırda və  Qafqazda çox da strateji mövqeyi olmayan ölkədir ki, onun üstündən xətt çəkə bilərlər. Ermənilərin siyasi mənada istifadəsi davam edə bilər, amma dövlət kimi məhvi mümkündür. Paşinyan düz edir- Ermənistan KTMT-dən çıxmalıdır.Gümrüdəki hərbi bazanın mövcudluq müddəti 2044-cü ildə başa çatacaq. Rusiya qoşunlarını da bundan daha tez Gümrüdən çıxarmaq olsa, lap yaxşı. Amma bu addımları gedib hansısa hərbi bloka “peşka”lıq etmək üçün atırlarsa, bu böyük qanmazlıqdır. Ermənistanın NATO üzvlüyü Aİ kimi bir arzudur. Lap tutaq ki, NATO-da üzvlüklə bağlı qərarlar konsensus yolu ilə verilmir, yəni Türkiyə Ermənistanın bu arzusunu əngəlləmədir. Bəs, sonra? Sonrası da  suallar…  Ona görə Ermənistanın bir   yolu qalır-tərəfsizliyini, neytrallıını elan etməlidir. Bu, Ermənistan  düşdüyü vəziyyətdən yeganə çıxış yolu kimi görünür.

Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə, indi isə Rusiya ilə ciddi problemləri var, İranla da olacaq, Gürcüstanla da.  Paşinyan ləngimədən bu iki problemi həll etmək üçün ciddi addım ata, yeni konstitusiya ilə Bakı və Ankara ilə problemləri aradan qaldıra bilər. Rusiya və İranın təzyiqlərindən qorunmaq üçün iki yox, 12 stulda otursan da, günlərin birində ilişəsən… Ona  görə beyməlxalq qarantiya olmaq şərti ilə Ermınistan neytral ölkə statusu almaq yolunda fəaliyyətə başlamalıdır. Bütün bunlar Ermənistanın yeni konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilən fundament rolunu oynaya bilər.Heç olmasa bundan sonra Ermənistan dövləti müstəqil yaşamaın dadını bəlkə çıxara bilər.  Digər yollar Ermənistanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dohada Rusiya, Türkiyə və İran XİN başçılarının görüşü olubFOTO

Next

Xatirədən həyat yoldaşı və oğlu ilə bağlı paylaşım – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv