Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əhməd bəy Ağaoğlu: məfkurə mücahidi

By Vüsal Rafiqoğlu
08.12.2024 3 Min Read

Böyük tarixi şəxsiyyətlər xalqın bu günü ilə yaşamır, xalqın sabahları ilə yaşayır, xalqın sa­bah­larını düşünür, onun müstəqilliyinin, dövlətçiliyinin mübarizlərindən olur, bu mübarizənin nəzəri əsaslarını da hazırlayır, istiqamətlərini də müəyyən­ləş­di­rir, onun hərəkətverici qüvvələ­ri­nin vəzifələrini də. Ötən əsrdə xalqımızın belə siyasi mü­ca­hidlərindən biri görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərq­şü­nas-islamşünas alim Əhməd bəy  Ağaoğlu oldu.

Əhməd bəy Pənahəli xanın nəslinə mənsub ziyalıdır. 1869-cu ildə Şuşa şəhərində anadan ol­muşdu. Şuşada rus məktəbində təhsil almişdı, Tiflis gimnaziyasını bitirmişdi, Peterburq Mü­hən­diz-Texniki İnsti­tu­tunda oxumuşdu, buranı bitirmədən Parisə getmişdi. Böyük niyyətlərlə yaşa­yırdı Əhməd bəy. Bilirdi ki, böyük niyyətlərin gerçəkləş­mə­si üçün böyük təhsil gərəkdir. Parisdə hüquq məktəbini, sonra Sorbonna Universitetini bitirdi. Fəlsəfəyə marağı vardı, bu ma­raq ötəri maraq deyildi, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiy­ya­tına aid tədqiqatlarını ye­kun­laşdırdı, ilk elmi məqaləsini yazdı…

Əhməd bəy Ağaoğlunun ömrünün Avropa illəri onun məfkurəvi düşüncələrinin formalaş­ma­sında mühüm rol oynadı. Bu, vətənsevərliyin nəticəsi idi. Böyük ürək sahibləri üçün bir ger­çək­lik var: Vətən. Əhməd bəy Ağaoğlu 1894-cü ildə Vətənə qayıtdı. Bilirdi ki, cəmiyyətin düşün­cə­lə­rini mətbuat (qəzet) formalaşdıra bilər, qəzet dünyagörüşün genişlənməsində başlıca rol oy­na­ya bilər. Bu qənaətə əsaslanaraq Azərbaycan dilində  “Məşriq” qəzeti çıxarmaq istədi, höku­mət onun istəyini gerçəkləşdirməyə imkan vermədi. 1896-cı ildə Şuşaya qayıtdı. Realnı məktəbdə fra­sız dilindən dərs dedi. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya qayıtdi, real­nı məktəbdə fransız dili müəllimi işlədi, «Kaspi» qəzeti ilə əmək­daşlıq etdi, 1898-1907-ci illərdə qəzetin ədəbi şöbəsinin müdiri oldu…

1906-cı il fevralın 20-də Qafqaz canişininin Tiflisdə çağırdığı «barışdırıcı qurultay»da Əlimərdan bəy Topçu­ba­şov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə Bakı şə­hə­rinin ali sosial təbə­qə­lərinin nümayəndəsi kimi iştirak etdi, Azərbaycanın proqramını bildirdi. Bu, milli mücadilənin təşkilatçılarından biri olmaq idi və bu mücadilə Azərbaycanın sabahla­rın­da müba­ri­zəaparma metodologiyası kimi öyrəniləcəkdi. Əməd bəy Ağaoğlu qurul­tay­dakı çıxı­şın­da xalq­la­rın hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün «Daşnaksutyun» partiyasının və digər erməni təşki­lat­larının buraxıl­ma­sını, belə olmasa Azərbaycana da müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb etdi, təkzibedilməz faktlarla milli qırğınlara səbəb olan erməni liderlərini susdur­­du.

Əhməd bəy Ağaoğlu Azərbaycan xalqının hüquqlarnı qorumaq üçün 1906-cı ildə «Difai» partiyasını yaratdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getdi, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataq­la­rına sahib olmasına mane olmağa çalışdı…

Əhməd bəy Ağaoğlu milli mübarizə mücahidlərindən idi. Azərbaycan Demokratik Res­pub­li­ka­sı onun ideallarının dövləti idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçil­mişdi. 1918-ci ildə general Tomsonla danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərki­bində Ənzəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində o da vardı, lakin İstanbulda “türk jurnalisti və Tür­kiyə parlamentinin deputatı“ kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, “İttihad və tərəqqi“ partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunmuşdu. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdiriləndə Əhməd bəy də 26 aylıq sürgündən sonra, 1921-ci il mayın 28-də İstanbula qayıtmışdı, yenidən milli hərəkata qoşulmuşdu, qurtuluş savaşının fəal iştirakçılarından olmuşdu. 20-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna mü­dir təyin edilən Əhməd bəy Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə de­putat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, “Hakimiyyəti-milliyyə“ qə­ze­tinin redaktoru olmuşdur…

“Sərbəst insanlar ölkəsində”, “Hüquq tarixi”, “Dövlət və fərd”, “Mən nəyəm?”,  “İran və in­qilabı”, “İxtilalmı, inqilab­mı?”, “Müsəlman dünyasının avropalaşması manifesti”, “Üç mə­dəniyyət” və s. kimi dəyərli əsərlərin müəllifi olan Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat edib.

Azərbaycanın məkfurə, mübarizə tarixində bir ad-soyad da əbədiyyən anılacaq: Əhməd bəy Ağaoğlu…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Suriyanın baş naziri Əsədin harada olduğunu bilmir

Next

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv