Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanın “kadastr” sənədi, Paşinyanın nikah kağızı və sərhədi keçən Avropa diplomatları

By Vüsal Rafiqoğlu
17.12.2024 4 Min Read

Bu dəfə də Niderland səfiri Marike Monroy Vinter Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının ofisində olub.

Bu barədə missiyanın “X” səhifəsində yayılan məlumatda bildirilir.

“Niderlandın Ermənistandakı səfiri Marike Monroy Vinteri Aİ missiyasının ofisində qəbul etmək şərəfdir. Səfir missiyanın yerlərdə fəaliyyəti ilə bağlı məlumatlandırılıb, Niderland heyəti ilə görüşüb və Xaçık kəndi ərazisində patrul xidmətinə qoşulub”, – məlumatda deyilir.

MARİKE.jpg (217 KB)

Qeyd edək ki, Xaçik kəndi qədim İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində yerləşir.

Hazırda 7 hollandiyalı nümayəndənin çalışdığı 209 nəfərlik Aİ missiyasına baş çəkən Niderland səfiri sözsüz ki, oraya xoşməramlı səfər etməyib. Niderlandın Azərbaycana münasibətini, daha doğrusu, gerçək sifətini COP29 zamanı gördük. Heç bir lüzum olmadan Ermənistandakı casus şəbəkəsinə təmsilçilərini yollayan bu ölkənin hakimiyyəti bəşəri problemlərin həllində nəinki iştirak etmədi, hətta Bakıya gələnləri də şantaj etməyə cəhd göstərdi. Bu mənada niderlandlı səfirin Xaçik kəndində nə axtardığını xüsusi araşdırmağa ehtiyac qalmır.

Diqqət edin, əsasən avropalı, amerikalı səfirlər sanki növbələşiblər, şərti sərhədlərdə postda dayanırlar. “Binokl diplomatiyası”nı davam etdirən Qərb paytaxtları var gücləri ilə çalışırlar ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə başlasın. Bölgəyə daha iri kontingentlə girmək lazımdır, əsas məqsəd budur. 2022-ci ildə 40 nəfərlik heyətin iki aylıq Ermənistana göndərilməsinə qərar verən Avropa İttifaqı sonradan casus şəbəkəsinin ömrünü daha iki illik artırdı və sayı 209-a qaldırdı.

Azərbaycanın razılığı olmadan, birtərəfli qaydada şərti sərhədlərimizdə belə bir qərarın verilməsi heç şübhəsiz ki, gərginliyə xidmət edir. Ermənistana səfər edən rəsmilər üçün Aİ-nin casus şəbəkəsinin ofisi və şərti sərhədlər sanki Erablur qəbiristanlığıdır, ziyarət etməsələr, geri dönmürlər.

Ötən ay Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olmuşdu, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüşmüşdü. Nə ehtiyac var idi? Bəlkə heç özü də bilmirdi.

Amma sual verən olmadı ki, ay cənab Duda, sən get Rusiya ilə sərhəddə səngərlər qazdır, sığınacaqlar düzəltdir, Arazdəyəndə nə işin var?!

DUDA.jpg (57 KB)

Fransanın İrəvandakı səfiri “postda durmaq” üzrə  “çempion”dur. Diqqət edin, cari ilin 22 aprelində Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Azərbaycanla sərhəd zonasında yerləşən Tavuş vilayətinə səfər edib. Bura həmin bölgədir ki, 2020-ci ilin iyulunda Ermənistan məhz oradan Tovuz rayonuna xain hücum etmişdi, generalımız Polad Həşimov, qiymətli zabitlərimiz və əsgərlərimiz şəhid olmuşdu. Cənab Ərdoğan əbəs yerə “bu, Ermənistanın boyunu aşan hücumdur”, demirdi. Bəli, bu hücum planı həm də Olivyenin ölkəsində hazırlanmışdı. İndi yenə də “qaşınmayan yerdən qan çıxartmağa” çalışırlar. Həm də Tavuş vilayəti istiqamətində Qazaxın 4 kəndinin işğaldan azad edilməsi, daha 3 kəndinin azad olunması tələbinin gündəmdə olması Fransanı ciddi narahat edirdi.

18 oktyabrda Dekotini buradakı Avropa İttifaqı (Aİ) missiyası ilə birlikdə Azərbaycanla sərhəd bölgəyə gəlmişdi. Hətta bu sırtıq diplomat sosial şəbəkə hesabında yazaraq Azərbaycanı Ermənistan ərazilərini “işğal altında saxlamaqda” ittiham etmişdi. Yenə rahat olmadı və 9 dekabrda da Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhədinə gəldi. Beləcə, gecə-gündüzü yoxdur, Azərbaycanın qətiyyətli tələbləri nəticəsində delimitasiya və demarkasiya prosesinin ikitərəfli qaydada, Fransa və digərlərinin iştirakı olmadan dəqiqləşdirilməsi dekotinilərin yuxusunu qaçırıb. Təbii ki, o, təlimatı Makron və digərlərindən alır.

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabr ayında həm ABŞ-də, həm də Fransada oldu. Pentaqonun rəhbəri Lloyd Ostin ilə rəsmi görüşdə Papikyanın səfəri “tarixi” adlandırılmışdı. Ola bilsin amerikalı general Ermənistanı rus təbəəliyindən qurtarmağa yönəlik səfəri nəzərdə tutaraq belə ifadə işlətmişdi. Amma istənilən halda söhbət işğalçı ölkənin nazirindən gedir və hazırda Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması guya Baydenin də marağındadır. Məntiqlə bu ərəfədə Ermənistanın əlini gücləndirən səfərlərə yaşıl işıq yandırılmamalı idi. Amma nəinki yaşıl işıq yandırırlar, hətta Ermənistana öldürücü silahlar verirlər, ən azı Fransanın, Hindistanın əli ilə…

Almaniyanın Gürcüstan və Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Andreas Sebald və Almaniyanın Tiflisdəki səfirliyinin hərbi attaşe idarəsinin rəhbəri Ziqfrid Ştaydlın bu ay Azərbaycan mövqelərində kəşfiyyat müşahidələri aparmaları da növbəti təxribat idi.

Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən “binokl diplomatiyası”nın təmsilçilərinə xəbərdarlıq etmişdi.

JULYEN.jpg (106 KB)

Belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı əlavə etmişdi ki, “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb.

Avropalı diplomatlar meymunluq eləməklə 2025-ci ildə missiyanın uzadılmasına nail olmaq istəyirlər. O da istisna deyil ki, tez-tez şərti sərhədlərdə görünməklə qarşı tərəfin əsəblərini tarıma çəkməyə və hansısa gərginliyə nail olmaq istəyirlər. Ermənistanda qalmaq üçün “əsas” lazımdır axı. Şərti sərhəd təxribatlarında bu diplomatlar artıq çoxdan “sərhəd”i keçiblər!

İndi də xəbər yayılıb ki, Ermənistan Azərbaycanla hərbi qarşıdurmalarda İlon Maskın “Starlink” peyk şirkətindən istifadə etməyi planlaşdırır. Hətta “Forbes” nəşrinin yayımladığı məqalədə də bu təxribatdan bəhs olunur. Nəşr yazır ki, oktyabr ayında Ermənistanda keçirilən Ümumdünya İnnovasiya və Texnologiya Konqresinin (WCIT) bağlanış mərasimində İlon Maskın çıxışı gözlənilsə də, onun əvəzinə amerikalı erməni biznesmen Razmik Hovaqimyan çıxış edib və Maskın müraciətini oxuyub. Mask müraciətində bildirib ki, növbəti dəfə Ermənistana gəlməyə çalışacaq. Üstəlik, o, “Starlink”i Ermənistana gətirməkdən məmnun olduğunu deyib. Yəni Azərbaycan Ermənistana barış əlini uzatdığı anda, kommunikasiyaların açılmasını təklif etdiyi məqamda İrəvandan davamlı təxribatçı addımlar atılır.

Bu arada, məlum olub ki, “kadastr sənədi olmayan” (ifadə Paşinyana məxsusdur) ölkənin baş nazirinin heç özünün həyat yoldaşı Anna Akopyanla nikah kağızı yox imiş.

“Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik” – Paşinyan etiraf edib.

Anna 17 yaşından Paşinyanın yanında olsa da, onun da yadına sənəd-sünəd düşməyib. Ər vaxtilə “Qarabağ Ermənistandır. Nöqtə”, deyirdi, arvad da Qarabağda döyüşmək üçün “Erato” qadın dəstəsi “yaradırdı”, təlimlər keçirirdi. Başları qonşuların ərazilərini qəsb etməyə qarışıb, nə ölkələrinə, nə də özlərinə sənəd ala biliblər…

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Məclis 11 məsələni müzakirə edəcək

Next

Qurban Qurbanov Ramosa “elçi düşdü” – “Qarabağ” ulduz futbolçunu gətirir?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv