Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putin generalın qətlinə niyə susur?

By Vüsal Rafiqoğlu
18.12.2024 3 Min Read

ABŞ neçə gündür xəbərdarlıq edirdi ki, Rusiya yenidən Ukraynaya “Oreşnik” ata bilər, indi bunun üçün bəhanə verilib-ortada general- leytenantın cəsədi var…

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun sui-qəsd nəticəsində öldürülməsi Ukrayna müharibəsi başlayandan bəri ilk bu səviyyədə qətldir. Müharibədə generallar ölüb, amma Kirillov savaş meydanından uzaq, necə deyərlər, kabinet generalı idi. Buna baxmayaraq, son illər Müdafiə Nazirliyi generalları sırasında ortada ən çox görünənlərdən biri idi. Adamın rəhbərlik etdiyi sahə bu gün dünyada ordu strukturlarında ən vaciblərdən biridir. Məsələn, əgər Rusiyaya atom bombası(kimyəvi və s) atılsa, əhalinin təhlükəsizliyi məhz həm də onun dünənədək rəhbərlik etdiyi qoşunların məsuliyyət sahəsidir. 2017-ci ildən rəhbərlik etdiyi qoşunların sayı, dislokasiya yerləri, ümumiyyətlə geniş fəaliyyəti haqda məlumatlar məxfidir. Eləcə də generalın ailəsi haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Belə yerdə azərbaycanlılar adətən, “yetimin biri idi” deyir. Belə anlaşılır ki, ailəsi ya yoxmuş, ya təhlükə səbəbindən bunu indi gizlətmək ağıllarına gəlib.

Screenshot_2.png (644 KB)

General ona qarşı “ov” başladığı haqda yaxın dostu olan qubernatorlardan birini xəbərdar edibmiş. Buna baxmayaraq, generalın xüsusi mühafizəçisi olmayıb. Görünür ki, onun yaşadığı yeri, iş qrafini öyrəndikdən sonra generalın hazır “yem olduğu” bəlli olub. Qalıb bomba yüklü skuteri binanın qarşısına gətirmək və generalın işə getməsini gözləmək…

Putinin baş verənlərə reaksiyasının ləngiməsi, Kremlin saytında bu saatadək başsağlığı belə yerləşdirilməməsi düşündürücüdür. Yeri gəlmişkən, sui-qəsdən bir neçə saat əvvəl general Müdafiə Nazirliyində Putinin keçirdiyi geniş toplantısında iştirak edibmiş.

Dekabrın 19-da Rusiya prezidenti illin yekunlarına həsr olunan ənənəvi mətbuat konfransı keçirəcək, ola bilsin ki, dövlət başçısı bir neçə saat canlı davam edəcək mətbuat konfransından əvvəl qısa istirahət götürüb. Şübhəsiz ki, Rusiya rəhbəri mətbuatla təmasda sui-qəsd haqda danışacaq, amma bu hadisə də ilin yekunu ilə bağlı mətbuat konfransına hazırlaşan Putinə mesaj kimi də yozula bilər.

Screenshot_4.png (667 KB)

Yozmalara(versiyalara) gəlincə, gün ərzində bu barədə çox yazıldı, onları təkrar etməyə ehtiyac yoxdur. Əlbəttə ki, bir olkədə qeyri-sabitlik yaratmaq üçün terror hədəfləri bəllidir. Bu cür terror aktlarının məqsədi cəmiyyətdə güclü qorxu və panika mühiti yaratmaqdır. Məhz buna görə də terrorçular hədəf kimi ciddi ictimai rezonans doğuran və əhalini qorxudan məşhur insanları seçirlər. Rusiya ekspertləri daha da irəli gedərək, terror hədəfində indi kimlərin ola biləcəyi haqda yazırlar.

Məsələn, ekspertlərə görə, növbəti hədəf Rusiyada hipersəs texnologiyalarının inkişafında əsas rol oynayan alimlər ola bilər. Hədəflər arasında Qərb ölkələrini fəal şəkildə tənqid edən tanınmış siyasi və dövlət xadimləri də daxildir. Daha bir təhlükə hədəfi tanınmış jurnalistlər, siyasi ekspertlər ola bilər…

ria-8829757.mr.jpg (354 KB)

Moskvada baş verən terror aktına bir az fərqli nöqteyi-nəzərdən yanaşanlar da var. Bunu CIA və MI5-in Ukrayna üçün danışıqlar masası qurmaq iddiasında olan Trampın işini zora soxmaq kimi izah edənlər də var. Çünki Kremlin sükutuna baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin ali hərbi rəhbərlərindən birinin Moskvada öldürülməsi əslində bir dövlətə müharibə elan etmək üçün əsl səbəbdir. Rusiyanın Ukraynaya “ikinci dəfə” hücum etmək kimi niyyəti yoxdur, orada zatən müharibə gedir. Rusiya ictimai rəyində generalın qətlinə görə intiqam çağırışları edilir. ABŞ neçə gündür xəbərdarlıq edirdi ki, Rusiya yenidən Ukraynaya “Oreşnik” ata bilər. Rusiyanın belə bir niyyəti görünmürdü, amma indi “Oreşnik”i atmaq üçün bəhanə verilib-ortada general- leytenatın cəsədi var…

Screenshot_3.png (415 KB)

Ukrayna masası haqda çox danışılır, amma ortada hələ ki, cəsədlər var, razılaşmaya oxşar nəsə yoxdur. Amma görünür ki, bu savaşın bir an belə durmasını istəməyən güclər var. Yadınıza Rusiya səfiri Andrey Karlovun 2016-cı ilin 19 dekabrında Ankarada qətlini salın. Bu o zamanlar idi ki, Suriya məsələsinə görə bir-birlərinə girən Rusiya və Türkiyə bir neçə aylıq gərginlikdən sonra barışmaq ərfəsində idilər. Rusiya- Ukrayna müharibəsi fərqli hadisədir, Karlovun qətlini də Kirillovun sui-qəsdinə bağlamayaq, amma istəsək, Trampa baş tutmayan sui-qəsdlə də generalın qətli arasında əlaqə tapmaq olar…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhidin atası partlayış zamanı HƏLAK OLDU – TƏFƏRRÜATVİDEO

Next

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilibFOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv