Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatıdır

By Vüsal Rafiqoğlu
24.12.2024 4 Min Read

2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə və vacib daxili məsələləri həll etməklə mühüm siyasi uğurlar nümayiş etdirib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Pakistanın “The Gulf Observer” nəşrində dərc olunan “İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatı kimi” sərlövhəli məqalədə deyilir.

2023-cü ilin ən mühüm uğurlarından biri ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisə sayəsində 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşması prosesi yeni səviyyəyə çıxdı: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı.

Azərbaycanın müasir tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda prezident və parlament seçkiləri keçirildi. Həmin seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.

Fransa, Hindistan və hətta ABŞ-ın regionda öz geosiyasi maraqlarına görə Ermənistanı silahlandırmağa davam etmələrinə baxmayaraq, Azərbaycan hərbi üstünlüyünü qoruyub saxlayır. Ölkə silahlı qüvvələrini fəal şəkildə modernləşdirir, ən son sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini tətbiq edir ki, bu da ordunun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırır. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildən etibarən Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirərək texnikanı geniş miqyasda yeniləyir və müntəzəm təlimlər həyata keçirir. Bu tədbirlər, eləcə də Türkiyə ilə strateji əməkdaşlıq Azərbaycanın sabit hərbi üstünlüyünü təmin edir və regionda təhlükəsizlik təhdidlərinə effektiv cavab vermək imkan yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda bildirdiyi kimi, ölkənin 2025-ci il üçün növbəti hərbi büdcəsi rekord səviyyədə olacaq və təxminən beş milyard dollar təşkil edəcək.

Bakı çox yaxşı bilir ki, bəzi ölkələr Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir. Paris, Vaşinqton, Brüssel və dünya siyasətinin bir sıra digər oyunçularının Qafqazın iki respublikası arasında sülhü dəstəkləmək barədə rəsmi bəyanatları bəzən onların hərəkətləri ilə üst-üstə düşmür. Buna birbaşa nümunə – iki il əvvəl “Aİ-nin mülki missiyası” adı altında Ermənistandakı xarici nümayəndələrin Azərbaycanla sərhəddə yerləşdirilməsi, hazırda isə ondan hərbi mövcudluğun genişləndirilməsi üçün istifadə olunmasıdır. Məlum olduğu kimi, qondarma avropalı müşahidəçilərin pərdəsi altında “mülki missiya” Kanada nümayəndələrinin də ona qoşulmasından sonra NATO missiyasına çevrilib və hazırda iki ölkə arasındakı sərhəddə infrastruktur yaradır.

Buna baxmayaraq, İlham Əliyevin qonşularla, o cümlədən Ermənistanla danışıqlara peşəkar yanaşması, eləcə də regionda sülhün qorunması istiqamətində aktiv fəaliyyəti Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edib. Dövlət başçısının 2024-cü ildəki siyasi strategiyası da, bəzən meydana çıxan siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq tərəfdaşlarla əlaqələrin fəal şəkildə möhkəmləndirilməsini özündə ehtiva edib. İqtisadi və enerji layihələrinin genişləndirilməsi mühüm addım olub, bunlar iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanın Avropanın enerji xəritəsində mühüm oyunçu kimi mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Bu proses işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərpasında mühüm mərhələ olub. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar infrastrukturun fəal inkişafına, yolların, məktəblərin, xəstəxanaların və digər sosial-mədəni obyektlərin bərpasına və yenilərin tikintisinə yönəlib. 2024-cü ildə yeni yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin, həmçinin iş yerlərinin yaradılması və kənd təsərrüfatının bərpası layihələri çox vaxt yaşıl enerji keçidinə uyğun olaraq tamamlanıb.

Ölkənin bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində uğurlarından danışarkən qeyd etmək lazımdır ki, COP29 iqlim konfransı Azərbaycanda uğurla keçirilib və bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə mühüm addım olub. Tədbir dünyanın aparıcı ekspertlərini, alimlərini, ekoloqlarını, siyasətçiləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsi və davamlı inkişaf strategiyalarının hazırlanması üçün platforma təqdim edib. Azərbaycan konfransın ev sahibi kimi Cənubi Qafqazda ekoloji təhlükəsizliyin və iqlim dəyişikliyinə uyğunlaşmanın vacibliyinə diqqət yetirərək qlobal iqlim təşəbbüslərində fəal rolunu nümayiş etdirdi.

2024-cü ildə Bakı azərbaycanlıların müasir Ermənistan ərazisini təşkil edən torpaqlarına, xüsusən də Qərbi Azərbaycana qayıtması məsələsinin həllinin vacibliyini dünya ictimaiyyətinə çatdırmaq prosesində də uğur qazanıb. Bunun üçün Azərbaycan beynəlxalq platformalardan, o cümlədən BMT və digər təşkilatlardan fəal istifadə edib. Bu, müvafiq məsələdə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artmasına səbəb olub və beləliklə, tarixi ədalətin bərpası istiqamətində mühüm addım olub. Həmin ərazilər XX əsrdə həyata keçirilən zorakılıq və etnik təmizləmə nəticəsində oraları tərk etməyə məcbur olmuş bir çox azərbaycanlı üçün tarixi vətəndir.

Müstəmləkəçiliyə qarşı mübarizədə fəal iştirakını da əminliklə Azərbaycan dövləti başçısının mühüm uğuru adlandırmaq olar. Fransa ən böyük müstəmləkəçi dövlətlərdən biri kimi dünyanın müxtəlif yerlərində bir çox xalqların istismarına və sıxışdırılmasına görə məsuliyyət daşıyırdı. Son onilliklərdə Fransanın xarici siyasətinin dəyişməsinə baxmayaraq, bir çox ölkələr hələ də bu müstəmləkə mirasının nəticələrindən əziyyət çəkir və bu, narazılıq və müqavimətə səbəb olur. Azərbaycan neokolonializmə qarşı çıxmaqda bərabərlik, müstəqillik və suverenliyin vacibliyini vurğulayır.

Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi: “Sülh sadəcə müqaviləni imzalamaq demək deyil”. Azərbaycan regionun bütün ölkələrinin və qlobal sabitliyin rifahı naminə Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün əlindən gələni edir. 2024-cü il bu zəncirin mühüm halqası oldu. Bakının nüfuzu qlobal miqyasda artmaqda davam edir, İlham Əliyev isə öz xalqının mənafeyi uğrunda qələbəyədək getməyə hazır olan, ədalət uğrunda mübarizə aparan bir lider kimi tanınır!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İnanırdıq ki, bu gün gələcək

Next

Müdrik Lider, qalib Sərkərdə

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv