Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Saxta diplom bəlası – çıxış yolu nədir…

By Vüsal Rafiqoğlu
26.12.2024 5 Min Read

Gələcəkdə diplomlar əhəmiyyətli olmayacaq; qanunvericiliyin sərtliyi problemi həll etmək üçün kifayət deyil

Ölkənin bitməyən problemlərindən biri də saxta diplom məsələsidir. Əgər əvvəllər belə diplomları ölkədə fəaliyyət göstərən özəl universitetlər (ABU, Təşəkkür və s.) verirdisə, indi xaricdən “idxal olunur”.

Hər il yüzlərlə orta məktəb məzunu “xaricdə təhsil” şirkətləri tərəfindən, yaxud özü birbaşa əlaqə quraraq müxtəlif ölkələrdə fəaliyyət göstərən universitetlərə  üz tutur və bir çoxu da sonda saxta diplomla qayıdırlar.

“Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv ediblər: “Bunun aşkarlanması necə baş verdi? Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddi şübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik”.

Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib: “Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik”.

Ceyhun Məmmədov: "Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq" |  innews.media

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, yenə də bəzi vətəndaşlar yanlış yola baş vururlar və saxta diplomlarla işə düzəlməyə və ya saxta diplomları dövlət qurumlarında işə düzəlmək üçün istifadəyə və ya dövlət qurumlarında tanıtmağa cəhd edirlər: “Hər kəs anlamalıdır ki, əvvəlki dövrlərlə müqayisədə bu gün texnologiya və imkanlar xeyli inkişaf edib. Əvvəllər belə halları müəyyənləşdirmək daha çox vaxt alırdısa, artıq bu proses xeyli asanlaşıb. Artıq aidiyyəti qurumların platformalarına daxil olaraq, məlumatları dərhal təsdiqləmək mümkündür. Sistemin olmadığı, prosesin tam təkmilləşmədiyi dövrdə bu kimi addımlar atmaq mümkün idi. İndi isə qeyri-mümkündür, yəni çox çətin bir prosesə çevrilib. Artıq Azərbaycanda Elm və Təhsil Nazirliyi yanında agentlik fəaliyyət göstərir ki, xüsusi bir baza yaradıb. Buna görə də hər hansı bir saxtalaşdırma etmək və ya saxta diplomları tanıtmaq olduqca çətin və mürəkkəb bir prosesə çevrilib. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, belə yanlış yollara baş vurmasınlar. Təəssüf ki, hələ də cəmiyyətdə bir qrup vətəndaş var ki, onlar məqsəd və hədəflərinə qeyri-qanuni yollarla çatmağa çalışırlar. Onlar düşünürlər ki, bu yolla nəyəsə nail ola və harasa işə düzələ bilərlər. İndiki dövrdə əsas məsələ bilik və bacarıqdır. Əgər kimsə düşünürsə ki, diplom yetərlidir, bu yanlış yanaşmadır. Gələcəkdə diplomlar o qədər də əhəmiyyət daşımayacaq. Bu fikir o qədər də yaxşı səslənməsə də, bilik və savad əsas meyardır”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, saxta diplomların mövcudluğu cəmiyyətin təhsil sisteminə olan inamını sarsıdır, iş bazarında keyfiyyət standartlarını aşağı salır və dövlət qurumlarının şəffaflığına dair ciddi suallar yaradır: “Bu problemin dərin kökləri, həlli yolları və dünya təcrübəsindən öyrənilən dərslər məsələyə daha geniş baxmağı tələb edir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində təhsilin əlçatanlığı, keyfiyyəti və şəffaflığı prinsipləri əsas götürülür. Bununla yanaşı, saxta diplomların geniş yayıldığı mühitlərdə bu prinsiplərin pozulduğu müşahidə olunur. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənədlərin hazırlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Lakin qanunvericiliyin sərtliyi problemi həll etmək üçün kifayət deyil. Praktikada icra mexanizmləri, institusional nəzarət və ictimai maarifləndirmə çox zəif qalır.

Azərbaycan üzrə dəqiq statistik məlumatlar məhduddur, lakin beynəlxalq tədqiqatlar göstərir ki, dünya üzrə saxta diplomlardan istifadə edənlərin sayı hər il artır. Məsələn, 2020-ci ildə Avropa Təhsil Fondu (ETF) tərəfindən aparılan tədqiqatda qeyd edilir ki, bəzi ölkələrdə iş bazarına təqdim edilən sənədlərin 5-10%-i saxta ola bilər. Azərbaycanda da zaman-zaman saxta diplom qalmaqalları geniş ictimaiyyətin diqqətinə səbəb olmuşdur. Bu hallar təkcə fərdi fırıldaqçılıq aktları kimi deyil, həm də institusional nəzarətin zəifliyinin göstəricisi kimi qəbul edilir”.

İnsanların saxta diplomlara müraciət etmələrinin səbəblərini şərh edən ekspert bildirdi ki, birinci səbəb təhsil müəssisələrinin məzunları iş bazarının real tələblərinə uyğun hazırlaya bilməməsidir: “Təhsil müəssisələri ilə işəgötürənlər arasında zəif əlaqələr bir çox insanda “diplom yalnız formal tələbdir” təəssüratını yaradır. Bununla yanaşı, yüksək təhsil haqqı, sosial bərabərsizlik və təhsilin əlçatan olmaması da bəzi fərdləri alternativ yollar axtarmağa vadar edir.

Dünya təcrübəsinə baxdıqda, bəzi ölkələrdə bu problemlə uğurla mübarizə aparıldığını görürük. Məsələn, Finlandiyada bütün təhsil müəssisələrinin məzunlarının diplomları vahid milli qeydiyyat bazasında saxlanılır. Bu sistem işəgötürənlərə verilən diplomların orijinallığını saniyələr ərzində yoxlamaq imkanı verir. ABŞ-da “National Student Clearinghouse” adlı platforma ali təhsil müəssisələrinin məlumatlarını işəgötürənlər və dövlət qurumları üçün əlçatan edir. Bu yanaşma yalnız saxta diplomların qarşısını almaqla kifayətlənmir, həm də diplomların keyfiyyətini təsdiqləyir.

İnkişaf etməkdə olan ölkələrdə isə bu problemlə mübarizə üçün daha sistemli yanaşmalar tətbiq olunur. Hindistanda “National Academic Depository” sistemi vasitəsilə diplomlar elektron şəkildə saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən əldə edilə bilər. Bu, həm saxtakarlığın qarşısını alır, həm də sənədlərin təhlükəsizliyini təmin edir.

Azərbaycan təhsil sistemi üçün də belə bir inteqrasiya olunmuş yanaşma zəruridir. Bütün təhsil müəssisələrinin diplomları, qiymət cədvəlləri və digər akademik sənədləri elektron bazada saxlanmalı və dövlət qurumları ilə özəl sektorun istifadəsi üçün əlçatan olmalıdır. Bu baza yalnız yerli deyil, beynəlxalq səviyyədə də təsdiq oluna bilən bir sistem olmalıdır. Belə bir yanaşma həm yerli, həm də xarici işəgötürənlər üçün Azərbaycan diplomlarının etibarlılığını təmin edərdi.

Maarifləndirmə də bu problemin həllində mühüm rol oynayır. Cəmiyyət arasında “diplom yox, bacarıq əhəmiyyətlidir” mesajı daha geniş yayılmalıdır. Təhsil sistemi bacarıqlara əsaslanan yanaşmaya keçid etməli, işəgötürənlər isə işə qəbul prosesində yalnız diplom deyil, eyni zamanda praktiki bacarıqları və təcrübəni əsas götürməlidir. Bununla yanaşı, saxta diplom hazırlayanlara qarşı hüquqi tədbirlər sərtləşdirilməli, ictimaiyyət arasında bu cür əməllərin qanunsuzluğu barədə məlumatlandırma kampaniyaları aparılmalıdır.

Saxta diplomlar yalnız fərdi bir məsələ deyil, bu, cəmiyyətin təhsil sisteminə və dövlət idarəçiliyinə olan inamını sarsıdır. Problemin həlli üçün qanunvericiliyin təkmilləşdirilməsi, elektron sistemlərin yaradılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və təhsilin keyfiyyətinin artırılması zəruridir. Yalnız bu cür kompleks yanaşma nəticəsində saxta diplomlarla mübarizədə uğur əldə etmək mümkündür”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həlak olan pilotlardan biri Bakı Avropa Liseyinin məzunu olub

Next

Gənclər niyə maşın sevdalısı olub? – ictimai nəqliyyatdan bezginlik, yoxsa…

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv