Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

TikTok-da əxlaqlı mühit yaratmaqmümkün olacaqmı – nə etməli…

By Vüsal Rafiqoğlu
26.12.2024 3 Min Read

Ekspert: “Cəmiyyətdə maarifləndirici, sosial layihələri artırmaq lazımdır”

TikTok sosial şəbəkəsi bütün dünyada cəmiyyətlərin narazılıq etdiyi platformadır. Bir çox ölkələr bu platformada heç bir dəyərin qorunması mexanizminin olmaması səbəbindən onu bloklayıblar. Azərbaycanda da TikTok-dan ciddi narazılıqlar var. Xüsusilə əxlaqi dəyərlərə zidd səhifələrin günbəgün artması müşahidə edilir. Təbii ki, hüquq-mühafizə orqanları məsələyə biganə deyil. 

Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla TikTok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edənlər saxlanılıb.

Rəsmi məlumata görə, tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı TikTok səhifəsinin idarəçiləri Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966″ adlı səhifənin idarəçisi Azər İsmayılov, İlhamə Elşadqızı və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, narazılıqlara səbəb olan canlı yayımların sponsorları da müzakirələrə səbəb olub. Sponsorlar arasında məşhur restoranlar, tibb müəssisələri və digər şirkətlər var.

Məsələnin maraqlı tərəflərindən biri də hüquqi baxımdan onların necə cəzalandırılacağıdır. Hüquqşünaslar bununla bağlı müxtəlif fikirlər söyləyir. Hüquqşünas Əkrəm Həsənov bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik etmək lazımdır: “Əxlaqsızlıq geniş məfhumdur. Nəinki internetdə, sosial şəbəkələrdə, hətta mənim fikrimcə, televiziyalarda da əxlaqsızlıq təbliğ olunur. Hərənin məsələyə öz baxışı var. Mənə görə orada göstərilənlərin də xeyli hissəsi əxlaqsızlıqdır. Buna görə konkret meyarlar olmalıdır. Yaxşı olardı ki, qanunvericiliyimizdə dəyişiklik edib, məsələni dəqiqləşdirək ki, sabah belə hadisələrin qarşısını alaq”.

Hüquqşünas sözügedən tiktokerlərin vergidən yayınma ehtimalını da istisna etməyib.

Şübhəsiz ki, gələcəkdə də əxlaqsızlığı təbliğ edənlər tapılacaq. Bu baxımdan onları kifayət qədər sərt cəzalandırmaq üçün qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var?

İnzibati metodlar istənilən effekti verəcəkmi? TikTok-da əxlaqlı mühit yaratmaq üçün hansı maarifləndirici tədbirlər, yaxud məhdudiyyətlər həyata keçirmək olar?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, son vaxtlar TikTok sosial şəbəkəsi üzərindən əxlaqsızlığın təbliği ilə bağlı görüntülər həddən artıq çoxalıb.

Çingiz Qənizadə təltif edildi - FOTO - GlobalInfo.az

Çingiz Qənizadə

“Artıq o həddə çatıb ki, tiktokerlər telekanallar kimi studiya açırlar və oradan əxlaqsızlığı təqdim edirlər. Gənclərin tərbiyəsini pozurlar və gələcəyimizə zərbə vururlar. Olduqca ciddi məsələdir. Əxlaqsızlığı təbliğ etmək cinayətin ağır formasıdır. Tiktokerlər qanunvericilikdə olan boşluqdan peşəkarcasına yararlanırlar. Düşünürlər ki, ən pis halda inzibati metodlarla: cərimə və ya qısa müddətli həbslə canlarını qurtaracaqlar və bundan sonra çirkin əməllərini davam etdirəcəklər. O cür canlılara çıxan qadınlar və kişilər bu xalqın övladları deyil.  Bəlkə də Avropada da bu cür ləyaqətsiz hərəkətlər edilmir. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir. Cinayət məsuliyyəti yaradan hal olmalıdır. Dırnaqarası kişiciklər, əxlaqsız qadınlar bir neçə gün sonra azad olunacaqlar və davam edəcəklər. Onların fəaliyyəti qanunla məhdudlaşdırılmalıdır. Milli Məclisin deputatları, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri təcili Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik etsinlər və əxlaqsızlığı bu cür təbliğ edənləri cinayət məsuliyyətinə cəlb edən yeni maddəni təklif etsinlər. Bunu çox operativ şəkildə, yaxın iki ayda qanunvericiliyə bu maddəni gətirib yaramaz, ləyaqəsiz, əxlaqsız qadın və kişiləri cinayət məsuliyyətinin müvafiq maddələri ilə cəzalandırmağa ehtiyac var. Əks halda, bu insanlar hansısa inzibati tədbirlə əməllərindən çəkinməyəcəklər”.

Vüsal Yusifli - Elmi-kütləvi blogger | TMF

 Vüsal Yusifli 

Sosial bloger, tiktoker Vüsal Yusifli də mövzu ilə əlaqədar fikirlərini bölüşüb: “Bu şəxslərə qarşı inzibati tədbirləri tətbiq etməyin ciddi faydası yoxdur. Əfsuslar olsun ki, bizdə intellektual səviyyəsi aşağı olanların canlı yayımlarına daha çox tələbat var. Çünki onların hamısı şou xarakterlidir. Bizim cəmiyyət isə şouya düşkündür. Mənim kimi elmi bilgilər paylaşan tiktokerlərin canlı yayımlarında 300-400 nəfər olur, amma bayağı şou edənlərin 4-5-10 min izləyicisi var və minlərlə hədiyyə göndərirlər. Bunu görən gənc də deyir ki, oxumaq nəyə lazımdır ki, tiktokerlik edib pul qazanaram da. Hoppanıb qışqıracağam və hədiyyə alacağam.

Bu şəxslər törətdikləri əməllərin gələcək nəsillərə vurduğu ziyandan xəbərdar deyillər.  Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində əxlaq normaları ilə bağlı konkret maddələr yoxdur. Tiktokerlərin əksəriyyətinin qeyri-etik ifadələrə, əxlaqsız və təhqiramiz davranışlara görə həbs olunduğu xəbərlərini oxuyuruq. Bu cür hallara görə Cinayət Məcəlləsi dəyişməli və yenilənməlidir.

Ən yaxşı çıxış yolu bu insanlara dəstəyi azaltmaq, əvəzində isə cəmiyyətdə maarifləndirici, sosial layihələri artırmaq lazımdır. Təəssüf ki, biz belə tiktokerlərdən danışmaqla da onları trendə salırıq. Onlar uşaqlarımız üçün nümunəvi obraza çevrilirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünya ölkələri Azərbaycana başsağlığı verib

Next

Təyyarə qəzası ilə bağlı VACİB AÇIQLAMA: yaxın günlərdə…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv