Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Xocalı canilərinə qarşı “Qarabağ cəbhəsi”

By Vüsal Rafiqoğlu
28.12.2024 3 Min Read

Paşinyanın atdığı “əlcəyi” cütlük niyə götürmədi?

Ermənistan baş naziri Nikol Paşinyan özündən əvvəlki rəhbərlərə qarşı yeni “Qarabağ cəbhəsi” açıb. Baş nazir sosial şəbəkə hesabında yazıb ki, həm Levon Ter-Petrosyanın, həm də 1998-ci ildə onu zorla devirib hakimiyyətə gəlmiş Xocalı hərbi caniləri – Robert Köçəryan və Serj Sərkisyan cütlüyün iqtidarı dövründə sülh danışıqları faktiki Dağlıq Qarabağın Azərbaycana qaytarılması yönündə olub.

Ardınca o, sələflərini canlı debata çağırıb. Lakin sonuncular bundan imtina ediblər. Hərçənd öz sözçüləri vasitəsilə Paşinyanın dediklərini təkzib edib, onu yalançılıqda ittiham ediblər, hətta aşağılayıblar. Onların əvəzində isə Köçəryan-Sərkisyan xunta rejimi dönəmində XİN başçısı işləmiş Suriya ermənisi Vardan Oskanyan Paşinyana “əlcək” atıb, onu debata çağırıb. Bir şərtlə ki, “o, sonda yalanını etiraf edib xalqdan üzr istəsin”.

Nə baş verir? Paşinyan sabiqlərə qarşı niyə “Qarabağ cəbhə”si açıb? Sələfləri niyə debatı qəbul edib onun “yalanını” çıxarmadılar?

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Mütəllim Rəhimli

Siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan bacarıqlı və təcrübəli natiqdir, insanları lazım olanda hətta yalanlara da inandırmaq qabiliyyətinə malikdir. Debatlarda öz mövqeyini müdafiə etmək, ictimai fikri yönəltmək və xalqı inandırmaq keyfiyyəti Robert Köçəryan, Serj Sərkisyanı və digər rəqiblərini üstələyir: “Paşinyanın nəzərdə tutduğu debat olduqca qeyri-ənənəvi bir polemikadır. Çünki orada nəyisə faktlarla sübut etmək mümkün deyil. Bir çox məsələlər dövlət sirri kimi qorunur və onları açmaq olmaz. Ümumi olanlara istinad etməklə işə Paşinyana qalıb gəlmək çətindir. Dialoq təklifi ilə Paşinyan sabiq prezidentlər olan rəqiblərinə son zərbəni vurur. Debata gəlsələr də Qarabağın itirilməsini Paşinyan onların üzərinə qoyacaqdı, gəlməsələr də bu məsuliyyəti onlara yükləyəcək. Paşinyan bununla da onları Ermənistanın siyasi səhnəsindən tamamilə silib çıxarmaq hədəfini götürüb. Nikol xalqa göstərmək istəyir ki, bütün fəlakətlərin başında bu sabiqlər dayanır. Ölkədə iqtisadi problemlər, Ermənistanın beynəlxalq birlikdən təcridinin məsuliyyətini Paşinyan onların üzərinə qoymaqdadır. Bununla öz komandasını qorumaqla  hakimiyyətinin ömrünü uzatmağa çalışır. Onun ikinci məqsədi Rusiya ilə bağlılığı qırmaqdır. Paşinyan Rusiyapərəst qüvvələri birdəfəlik Ermənistanın siyasi səhnəsindən silmək istəyir. Xocalı caniləri kimi tanınan keçmiş prezidentlər Rusiyanın bu ölkədə əsas dayaqlarıdır. Ermənistanın Avropaya inteqrasiyası yolunda bütün əngəlləri aradan qaldırmaq üçün ilk növbədə həmin şəxslər neytrallaşdırılmalıdir. Bundan sonra Ermənistan Avropaya inteqrasiya yolunda daha ciddi addımlar atacaq. Paşinyan əmindir ki, istənilən debatda Köçəryan-Sərkisyan cütlüyünü çökdürəcək. Bu cani cütlük də buna əmindir. Debatdan qaçmalarının da səbəbi məhz budur”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan özünə arxayın olduğu üçün belə bir debate təklif edib. Robert Köçəryan və Serj Sərkisyan isə əslində belə bir debatda məğlub olacaqlarını bildikləri üçün imtina elədilər. Sadəcə olaraq özlərini elə aparırlar ki, sanki Nikol Paşinyanı saymırlar, ciddiyə almırlar, boykot edirlər: “Adətən müxalifət liderləri dövlətə rəhbərlik edənləri debata dəvət edirlər, Ermənistanda isə tərsinədir. Baş nazir Nikol Paşinyan Qarabağı ”itirdiklərinə” görə məsuliyyətin daha çox Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sərkisyanın üzərində olduğunu bildirib. Paşinyan sələflərini debata çağırıb, hər ikisi imtina edib. Paşinyanın sözlərinə görə, həm Köçəryan, həm də Sərkisyan beynəlxalq vasitəçilərlə Qarabağın Azərbaycana tabe etdirilməsi mövzusunu müzakirə ediblər. Köçəryan və Sərkisyan bunu inkar ediblər. Paşinyan isə ermənilərə reallığı izah etmədiyinə görə, özünü günahkar bilir. Halbuki, Paşinyan “Qarabağ Ermənistandır” dedikdə müharibənin başlama tarixini tezləşdirdi. Ancaq əgər Paşinyan rəqiblərini debata çağırırsa, deməli özünə arxayındır. Digər tərəfdən Paşinyan Ermənistan iqtisadiyyatının da Köçəryan və Sərkisyan dövründəkindən daha yaxşı olduğu qənaətindədir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yağış, qar və külək… – FAKTİKİ HAVA

Next

ABİF sahibkarlığın inkişafına necə dəstək olacaq – fərmanın tələbi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv