Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb…” – Bakı daha “xilas kəməri” atmayacaq

By Vüsal Rafiqoğlu
03.01.2025 3 Min Read

2025-ci ilin Paşinyan Ermənistanı üçün böyük ölçüdə seçim ili olacağını yazsaq, yəqin ki, yanılmarıq. Söhbət yalnız qonşu Azərbaycan və Türkiyə ilə barışıq yolunda, nəhayət, real addımlar atmaqdan getmir. Eyni zamanda ABŞ başda olmaqla Qərb və Rusiya arasında düzgün strateji seçim etməkdən gedir.

“Cənubi Qafqaza və Ermənistana təhdidlər artır. 2025-ci il İrəvan üçün daha təhlükəli olacaq”.

Bu sözləri təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində söyləyib (Axar.az).

Onun iddiasına görə, kollektiv Qərb, ABŞ, Türkiyə və İsrail İrana qarşı müharibəyə hazırlaşır. “Bizim dövlət olaraq varlığımızı davam etdirmək üçün 3-4 ay vaxtımız var. Bilirəm ki, Ermənistan hökuməti üçün bu addımı atmaq çətindir. Lakin İrəvan KTMT və Rusiya ilə münasibətlərini çox tez bərpa etməlidir. Bunun ardınca Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllindən ötrü Ermənistan 10 noyabr 2020-ci il tarixli və digər üçtərəfli bəyanatlara istinad etməlidir. Daha sonra 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndini gündəmə gətirmək (Zəngəzur dəhlizini Rusiyanın nəzarətində açmaq – red.), Rusiyanın Qafanda baş konsulluğunu açmaq, həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmaq lazımdır”, – Nahapetyan bildirib və əlavə edib ki, bu addımların atılmayacağı təqdirdə Ermənistan yox ola bilər…

Ermənistanın dünyanın siyasi xəritəsində qalması üçün isə onun sürətlə silahlanması, bahalı hücum silahlar alması yox, öncə qonşularla anlaşması lazımdır. O halda kapitulyant tərəfin nəinki silahlanmasına, hətta ordu saxlamasına da ehtiyac qalmayacaq. Kimdən qorunacaq ki? Bu xüsusda Paşinyan hökumətinin, ümumiyyətlə erməni xalqının ən hiyləgər, ən pis məsləhətçisi və müttəfiqi elə Qərb, özəlliklə Fransa, ABŞ və Avropa Parlamentidir.

Rusiyanın İrəvana, ermənilərə hansı məsləhətləri verəcəyi isə Ukraynaya qarşı işğalçı müharibə bitəndən sonra dəqiqləşəcək. Hərçənd tapmaca tapmağa lüzum yox. Aydındır ki, Moskva regionda, xüsusilə də özünün hələ SSRİ dönəmindən hərbi bazalarının olduğu Ermənistanda ABŞ-ın və ya NATO-nun hər hansı şəkildə varlığına dözməyəcək. Zatən Ukraynaya hərbi müdaxilənin birinci səbəbi bu – alyansın Rusiya sərhədlərinə yaxınlaşması…

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sənıədinin imzalanmasına gəlincə, bu xüsusda da Rusiyanın mövqeyi aşağı-yuxarı məlumdur. Rəsmi Kreml Moskva Putinin imzası duran üçtərəfli sənədlər əsasında sülh, barışıq istədiyini bir neçə dəfə bəyan edib. Bunlar 2-ci Qarabağ savaşından dərhal sonra imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il Moskva, 26 noyabr 2021-ci il Soçi və 31 oktyabr 2022-ci il Soçi sənədləridir.

Bu isə o anlama gəlir ki, Zəngəzur dəhlizi də Rusiyanın nəzarətində olmalıdır (9-cu bənd, üçtərəfli kapitulyasiya sənədi). Məxsusi qeyd edək ki, Moskva dəhliz anlayışının əleyhinədir. Bunu XIN sözçüsü Mariya Zaxarova və Rusiya tərəfdən ortaq üçtərəfli komissiyanın həmsədri Aleksey Overçuk keçən il dəfələrlə bəyan ediblər…

Başqa sözlə, şimal qonşumuz Bakı və İrəvan arasında imzalanacaq sülh müqaviləsinə də Güney Qafqazda daha da möhkəmlənmək vasitəsi kimi baxır. O zaman Qərb, Türkiyə buna necə baxacaq? Nəzərə alsaq ki, Ukrayna müharibəsindən sonra Rusiyanın Qərblə münasibətləri hələ uzun illər gərgin olacaq (Moskvanın az öncə ATƏT-in Minsk Qrupunun ləğvini təklif eləməsi bunun başqa bir xəbərçisidir), o zaman Ermənistanın “dalaşan iki filin ayağı altında ot olmaması” üçün ən optimal çıxış yolu qismində qonşu Azərbaycan və Türkiyə ilə vaxt itirmədən əlaqələri qaydaya salmaq variantı görünür. Şərtlər bəlli.

O halda nə Ermənistanda Rusiya hərbi bazalarına ehtiyac qalacaq, nə də Qərbin regiona israrla girmək həvəsi olacaq. Daha bir səbəbə: kollektiv Qərbin Qafqazdakı real müttəfiqi elə NATO üzvü Türkiyədir. Ankara və Bakı isə Ermənistana son “xilas kəmərini” çoxdan atıb.

Qalır ləngimədən bu kəmərə “sarılmaq”. Əks təqdirdə həqiqətən də 2025-də Ermənistan adlında simvolik dövlətin sonu gələ bilər. Qısası, bölgədə mövcudluq və təhlükəsizlik naminə tələsməli yeganə ölkə məhz Ermənistandır…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

Next

“Sən bizim möcüzəmiz olacaqsan” – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv