Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Tarif Şurası üçün tərif şurası və hirsli əkənin aqibəti

By Vüsal Rafiqoğlu
03.01.2025 3 Min Read

İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır, bəziləri demaqoqluq edəcək: hansı günümüzə şükür edək, kasıbçılıqdır, kommunal xidmətlər də bir yandan….

Amma yox, betərin betəri var. Bir var, adamı tutub küçədə el qaydasıyla döyələr, bir də var, həm döyələr, həm də qışqırmağa qoymayalar. Düzdür, döyüləndən sonra qışqırmağın ümumi prosesə və nəticələrə elə bir təsiri olmur, amma yenə də qışqır-bağır salmaqda fayda var: həm stress atırsan, həm də etirazını bildirirsən, vicdanın təmiz olur. Nə vaxtsa deyilsə ki, döyüləndə nə etmisən, “etiraz eləmişəm” deyə bilirsən.

Bax, dünən qardaş Özbəkistandan bir xəbər gəlib, həm maraqlı, həm də ibrətamiz xəbərdir. Əminəm ki, bu xəbəri oxuyandan sonra gözəgörünməzə şükür edənlərin sayında cari ilin müvafiq dövrünə nisbətən müəyyən artım olacaq.

Hadisə belə olub: Bir sürücü özbək qardaş avtomobilinin çəninə yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb. Əslində cümlə normalda “yanacaqdoldurma məntəqəsinə daxil olub” olmalıydı. Amma əkə YDM-ə daxil ola bilməyib, bir kənarda növbəyə durub. Adam tam 6 saat növbə gözləyib. Orada benzinin qiyməti dəyişdiriləcəkmiş, nədi, camaat YDM-ə axışıbmış.

Xatırlayırsınızsa, bizdə də elə şeylər olur, adamlar yanacağın qiymətinin artırılması layihəsinin reallaşmaq üzrə olduğunu necəsə anlayır, 5-6 saat öncədən YDM-lərə cumur və özləri demişkən, maşını “polnu bak” edirlər, yəni avtomobilin çənini ləbələb doldururlar. Beləcə, bəzən 5 manat, bəzən 3 manat 60 qəpik irəli düşürlər.

Özbək qardaş da ya bu səbəbdən, ya da ertəsi gün obaşdan gedəsi yeri varmış deyə ərinmədən 6 saat yanacaq növbəsi gözləyib. Nəhayət, növbə ona çatıb və o avtomobilini YDM-in “tapança”sının tuşuna sürüb, gözləyib ki, operator indicə yanacaq çəninin qapağını açacaq. Ancaq elə olmayıb, operator ona deyib ki, YDM artıq bağlanıb. “Yanacaq qurtarıb” da yox ha, “bağlanıb” deyib. (Ola bilər, YDM yanacaq qurtardığı üçün bağlanıbmış).

Bu yerdə 6 saat növbə gözləmiş özbək qardaş möhkəm hirslənib. O deyil, bizik, hirslənmərik? Qəzəblənərik. O vəziyyət hətta Türkmənistanda, Şimali Koreyada hansı sürücünün başına gəlsə, onlar da hirslənər. Hərçənd onlar hirslərini mətanətlə boğar, evlərinə qayıdar, qapını arxadan kilidləyər, özlərini üzüquylu yatağa atar, için-için ağlayarlar.

Ancaq böyük Turan elinin azad oğlu hirsini boğmayıb, mobil telefonunu çıxarıb, videokamerasını açıb, YDM-i də, bütövlükdə ölkənin enerji sektorunu da tənqid edib.

Bu xüsusda ola bilər ki, müəyyən təfərrüatsızlıq var. Bəlkə də hiddətli istehlakçı tənqidə bir az “var-yox”, “ana-bacı” söhbəti də qatıb. Çünki yaşadıqları arealdan asılı olmayaraq bütün türk ellərinin hirsli övladları söyüşcül olur.

Hər halda üstündən 7 gün keçəndən, video internet resurslarında yayılandan sonra hökumət hirsli sürücünü tapıb, 31 dekabr günü adama 15 sutka həbs cəzası veriblər. İndi o, 4 gündür içəridədir, YDM-də hirsləndiyi üçün peşman olduğunu da deyib. Üstəlik, adam təcridxanada yatmasına görə hökumətə pul da ödəyəcək. Görünür, onu ən azı çoxulduzlu nömrədə saxlayırlar – yəni kiçik pəncərədən baxanda göydə ulduzlar görünür.

Bax, görürsünüzmü, heç biriniz əkə qardaşın yerində olmaq istəməzdiniz. YDM-də “bu nə xidmətdir, burnunuzdan gəlsin” deyə qışqırsanız, sizi tutmazlar. Budur, bəzi kommunal xidmətlər o yan-bu yan olub, giley-güzar dolu statuslar, şərhlər yazırsınız, amma qapınızı döyən yoxdur. (Əlaqədar orqanlardan xahiş edirəm, yuxarıdakı cümləni ideya kimi qəbul edib məni xalqımla vayqanlı etməsinlər).

İqtisadçı jurnalist İlham Şaban da yazır ki, bu dəfəki qiymət dəyişikliyindən sonra heç bir reportyor ona zəng edərək “islahat”ı təriflətdirmək üçün müraciət etməyib. Əvvəlki bahalaşmalarda elə edənlər olubmuş. Tarif Şurasının işi ətrafında tərif şurası da yaradılırmış.

Hələ naşükürlüyə dair başqa bir xəbər də var. Telekanalların birində dönərçi köşkünün şəhid və qazi ailələrinə pulsuz dönər paylaması haqqında xəbər gedib. Bəzi destruktiv qardaşlar da bunu bəyənmirlər, yazırlar ki, bu, nə reklamdır, niyə ölmursünüz, şəhid ailələri kimincə verdiyi dönərin ümidinə qalıbmı.

Dönərçi qardaş və televizyonçular isə savab iş gördüklərini zənn edirlər. Özlərinə desək, deyəcəklər ki, bu çəkilişi nümunə göstərmək üçün ediblər…

Bir sözlə, 2025 il belə gəldi, ilan kimi sürünə-sürünə gedəcək. Biz də ilə fısıldamaqla başladıq.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?

Next

“Sən bizim möcüzəmiz olacaqsan” – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv