Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Qara qutu”nun müəmmalı yolçuluğu – Əslində ona çox da ehtiyac yoxdur, şahidlər var

By Vüsal Rafiqoğlu
05.01.2025 3 Min Read

Kanadalı yazıçı Artur Heylinin (1920-2004) “Uçuş zolağı 08” adlı bir povesti var. Əsərin bir başqa adı belədir: “Fəlakətin astanasında”.

Qəzaya uğrayacağı ehtimalı yüksək olan təyyarədən bəhs edən bu əsərin əsasında “Təhlükəli uçuş” adlı film də çəkilib.

Bakıdan Qroznıya uçan təyyarəmizin Rusiya səmasında vurulması və qəzaya uğraması hadisəsindən sonra, 5-6 il əvvəl oxuduğum həmin əsər yadıma düşdü və onu yenidən göz gəzdirəsi oldum.

Əsərdə bəhs olunan hadisədə sözü gedən təyyarə ilə Qroznıya uçan təyyarənin arasında əsas paralellik hər iki təyyarənin qəzaya doğru uzun müddət uçmasıdır. Fəqət birinci halda təyyarə və sərnişinlər xilas edilir, ikinci halda isə, bildiyimiz kimi, təyyarə tam məhv oldu, sərnişinlərinin isə yarıdan çoxu həyatını itirdi.

Oxuduqca hiss edirsən ki, Artur Heylinin “Uçuş zolağı 08” əsəri real hadisə əsasında, uçuş işini bilən biri tərəfindən yazılıb. Heç demə, yazıçı 1939-1947-ci illərdə Böyük Britaniyanın hərbi hava qüvvələrində pilot kimi xidmət edib, sonra Kanadaya köçüb.

Təxminən 70 il əvvəl yazılan əsərin qısa məzmunu belədir: Corc Spenser adlı keçmiş hərbi pilot biznes görüşü üçün Vankuverə getməli olur, 714 nömrəli çarter reysinə minir. Təyyarədə 60-a yaxın sərnişin (hamısı futbol azarkeşi) olur. Onlar təyyarədə qidalanarkən balıq yeyən 15 nəfər zəhərlənir. Zəhərlənənlərin içində hər iki pilot da olur. Spenser və onun kreslo qonşusu həkim Beyrd mal əti yediklərindən zəhərlənməyə məruz qalmırlar və biri sərnişinləri, digəri isə təyyarəni xilas etməyə çalışır.

Bu əsəri oxuyanda iki detal adamın gözünə girir: 1. Təyyarənin salonunda siqaret çəkilməsinə icazə verilməsi; 2. Pilotların eyni qidanı qəbul etməsi.

Bildiyimiz kimi, hazırda hər ikisi yasaqdır. Görünür, 70 il əvvəl bu kimi təhlükəsizlik məsələləri aktual deyilmiş.

Spenser müharibə dövründə yalnız təkmotorlu yüngül hərbi təyyarələr sürdüyündən ağır, çoxmotorlu sərnişin təyyarəsini idarə etməkdə çətinlik çəkir. Ona görə də təyyarədəki vəziyyətdən xəbər tutan aeroport rəhbərliyi təcili olaraq evində istrahət edən təcrübəli kapitan-pilotu dispetçer məntəqəsinə gətirir və o, yerdən Spenserə iki saat boyunca təlimat verir. Keçmiş hərbi pilot şturval arxasına keçdikdən sonra ölüb-dirilir, qan-tərə batır, az qala huşunu itirir, ancaq bir zülmlə təyyarəni və sərnişinlərin həyatını yüngül zədələrlə xilas edir.

Bakıdan Qroznıya uçan və Rusiya HHM-i tərəfindən zədələnən təyyarəni isə nəinki yerdən təlimat verərək xilas edən olmayıb, hətta onu Xəzərin soyuq sularında batmağa, sərnişinləri dirigözlü ölümə göndəriblər.

Halbuki zədələnəndən sonra dərhal partlamayan, azı 1 saat havada qalan təyyarəni yüzdəyüz xilas etmək olardı. Bunu edən olmayıb. Dispetçer otağında 714 saylı reysi xilas edən kapitan Treliven kimi biri olmalıydı. AZAL-ın təyyarəsində onsuz da Corc Spenserdən qat-qat təcrübəli biri – İqor Kşnyakin kimi bir usta pilot vardı, ona dəhliz açmaq, boş uçuş zolağı göstərmək kifayət idi ki, “Embraer”i salamat endirsin.

İndi xəbər var ki, təyyarənin narıncı rəngli “qara qutuları”nı araşdırma aparmaq üçün Qazaxıstandan Braziliyaya göndəriblər. Belə vacib imiş. Dəqiq hüquqi təsbit üçün “qara qutu” təyyarəni istehsal edən ölkədə açılmalıymış.

Hamı bilir ki, bu, havayı söhbətdir. Əslində bu, elə bir qəzadır ki, burada “qara qutu”ya, sarı yeşiyə elə bir ehtiyac yoxdur. Çünki hər şey ortadadır, məlumdur. Təyyarəni vuran da, vurduran da, yaxın aeroportların birində uçiş zolağı verməyən də, Xəzərə batmağa göndərən də bəllidir.

Yaxşı, “qara qutu” tapılmış olmasaydı və ya zədələnmiş olsaydı, necə olacaqdı, hamı razılaşacaqdı ki, qəza müəmmallıdır, nəyə görə baş verdiyi bilinmir? Deyəsən, bir çoxları unudur ki, ortada vurulmuş təyyarənin fyuzelyajının qəlpələrdən deşik-deşik olmuş qalıqları və 29 nəfər (o cümlədən iki ekipaj üzvü) sağ qalmış şahid var. Onların ifadələri cansız cihaz tərəfindən qeydə alınmış səs yazılarından daha önəmlidir. “Qara qutu”dakı informasiyalar o vaxt qiymətli olur ki, qəzadan sağ çıxan olmasın və yeganə sübut ondakı qeydlər olsun. Bu qəzada əşyayi-dəlillər dəqiq hüquqi təsbit vermək üçün bəs qədərdir.

Onu da unutmayaq ki, “qara qutu”nun incələndiyi ölkə – Braziliya Rusiyanın liderlik etdiyi BRİKS təşkilatının abbreviaturasının birinci hərfini (B) verən ölkədir. İkinci (R) isə Rusiyadır . Ona görə də nə vaxtsa Braziliyadan hazırda hamının bildiyi həqiqətlərə uyğun olmayan təsbit gəlsə, bu, o demək olacaq ki, braziliyalılar həqiqətin ağzına daş basırlar. Onsuz da dünyada heç kəs o rəyə inanmayacaq. Çünki hər kəs gerçəyi bilir.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azər Baxşəliyev bu gün torpağa tapşırılacaq – FOTOLAR, VİDEO

Next

Şəhriyar Əbilov: Azər Baxşəliyev çox pozitiv idi…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv