Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Konstitusiya və Suverenlik İli”: Yeni reallıqlar və çağırışlar

By Vüsal Rafiqoğlu
08.01.2025 3 Min Read

Dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il  ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqil Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla, uğurla, ləyaqətlə inkişaf edib. Əsas uğurumuz isə  ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək olub.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş ilk Milli Konstitusiyamız müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı.

Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Müstəqil Azərbaycanın Əsas Qanunu eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı.

Sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklər müasir çağırışları və yenilikləri özündə əks etidirməkdədir. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi – referendumlarda Konstitusiyaya edilən əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb etdi.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. Otuz ildən çox davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq hüququ pozmuşdu. Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Bu mənada, Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan mücadilə  idi.

Son 21 ildə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı qalib, suverenliyi tam bərpa edilən  ölkə kimi dünyaya təqdim etdi.  2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi,  Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.  Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr ölkəmizdə  Dövlət Suverenliyi Günü elan edildi.

Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışın təmin edilməsi nəticəsində artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır. İşlər 2025-ci ildə də eyni ardıcıllıqla davam etdiriləcək.

Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bütün sahələrdə qazanılan uğurlara diqqəti yönəldərək hədəfləri açıqladı. Əsas çağırış bu oldu ki, bu hədəflərə nail olmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi göstəriciləri fonunda cari ilin iqtisadi mənzərəsini təqdim etdi. O da bildirildi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prioritet məsələdir. Həmçinin hərbi qüdrətimizin artırılması da əsas hədəflər sırasındadır. Dövlət büdcəsindən ayırmalara diqqət yetirdikdə hərbi xərclərin artırıldığını görürük. Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsait ayrılıb. Ümumiyyətlə, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq. 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Bu il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir çağdaş tariximizin ən mühüm hadisəsinə çevrilərək müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunan bu ildə də Azərbaycan yeni reallıqlar və çağırışlar şəraitində öz məqsədlərinə doğru inamlı addımlar atacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub

Next

Sosial islahatların mərkəzində vətəndaş və onun məmnunluq faktoru dayanır

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv