Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakının adı keçən tarixi görüş yaxınlaşır – bir həftə sonra…

By Vüsal Rafiqoğlu
14.01.2025 4 Min Read

Putin-Tramp görüşü üçün Azərbaycan ən real variantdır

ABŞ-ın yeni prezidenti Donald Trampın rəsmən öz vəzifəsinə başlamasına bir həftədən də az qaldı. 20 yanvar andiçməsindən dərhal sonra isə Trampın Rusiya lideri Vladimir Putinlə görüşəcəyi bildirilir. Əsas mövzu təbii ki, Ukraynadakı müharibənin dayandırılması olacaq.

Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals görüş üçün hazırlıqların getdiyini bildirib. Bu barədə məlumatı ABC telekanalı verib. “Hazırlıq işləri gedir” – Vals deyib.

Yanvarın 10-da isə D.Trampın özü Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlıq barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq lazımdır. Buna cavab olaraq Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya lideri heç bir ilkin şərt olmadan Trampla görüşə hazırdır.

Bəs tarixi görüş harda reallaşa bilər və qlobal sülh və təhlükəsizliyə nə vəd edir? Tərəflərdən hansı biri – Rusiya, yoxsa Qərb (ABŞ) timsalında Ukrayna bu görüşə əli daha gücləndirilmiş şəkildə gələcək?

Xatırladaq ki, görüş yeri kimi Bakı və İstanbulun da adı çəkilir. Lakin təyyarə faciəsi ilə bağlı Azərbaycan-Rusiya münasibətlərində bir sərinlik müşahidə edilir. Bu faktor görüş yerinin seçiminə təsir edə bilərmi? 

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

 Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq və dayanıqlı sülhə nail olmaq Trampın qarşısında duran çox ağır bir vəzifədir. Görünür, bunu dərk etdiyindən seçkiqabağı kampaniya dövründə 24 saat həll etmək öhdəliyini bir az dəyişdirdi və 6 müddət qoydu. 6 aya bu konflikti həll edəcəyini dedi. Baxmayaraq ki, onun Ukrayna üzrə nümayəndəsi 100 günə bu müharibəni dayandırmaq və sülhə nail olmaq mümkündür deyir: “Mən güman edirəm ki, hər ikisi reallıqdan uzaq bəyanat verir. Çünki həm Ukraynanın, həm də Rusiyanın mövqeləri arasında, sülhə baxışları arasında çox ciddi fərqlər var. Baxmayaraq ki, prezident Zelenski müəyyən qədər 2022-ci ildə tutduğu mövqelərdən imtina edir və 1991-ci il sərhədlərinə qayıtmaq tələbini daha qoymur. Ancaq Rusiyanın mövqeyi ortadadır-Krım, 4 vilayət Rusiyaya verilməlidir və Ukrayna ordusu həmin 4 vilayətin ərazisindən tamamilə çəkilməlidir. Yəni 125 min kvadrat kilometr Ukrayna ərazisi, üstəgəl 10-15 min kvadrat kilometr əlavə ərazi ən azı Rusiyaya verilməlidir. Bu, Rusiyanın istəyidir. Üstəlik, Rusiyanın digər ağır şərtləri də var ki, bunları da qəbul eləmək Ukrayna üçün qeyri-mümkündür. Söhbət Ukraynanın neytral olması barədə və sanksiyaların götürülməsi haqda Rusiyanın tələbindən gedir. Bu da həddən artıq ağır tələbdir. Çünki Rusiyaya qarşı minlərlə sanksiya tətbiq olunub və təsəvvür edək ki, onların bir hissəsi götürülə bilər. Ancaq tətbiq olunan sahələrdən biri də Rusiyanın aktivləridir. Rusiyanın təqribən 300 milyard dollar aktivinə həbs qoyulub. Qərb ümid edir ki, bu 300 milyard dollardan Ukraynanı bərpa eləmək üçün istifadə eləmək olar. İndi burada da sanksiyalar götürülsə, onsuz da Ukrayna üçün vəsait məsələsi çox ciddi problemdir və bu problem gələcəkdə daha da artacaq. Yəni sanksiyaların götürülməsi də tamam başqa problemdir. O biri tərəfdən Tramp təklif edir ki, Ukraynanın ərazisində Avropanın silahlı qüvvələri yerləşdirilsin. Buna da Rusiya kəskin şəkildə etiraz edir. Yəni mövqelər arasında o qədər ciddi fərqlər var ki, onu yüz günə, yaxud 6 aya aradan qaldırmaq çox çətindir. Bir halda mümkündür ki, Rusiyanın şərtlərinin ən azı 95 faizi Ukraynaya qəbul elətdirilsin. Yəni Tramp Rusiyanın tərəfində dursun və Ukraynanı məcbur eləsin ki, şərtləri qəbul edib sülhə getsin. Donald Trampın verdiyi bəyanatlar da göstərir ki, o, Rusiyaya daha çox yaxındır, müharibənin başlanmasında Co Baydeni günahlandırır. Yəni tutduğu mövqeyi ilə həm də Ukraynanı günahlandırmış olur. Üstəlik, son dövrlər onun Kanada, Qrenlandiya və Panama ilə bağlı verdiyi bəyanatlar yeni vəziyyət yaradır. Putin də eyni siyasəti deyirdi – yeni ərazilər işğal etmək. Bu səbəbdən çox ağır danışıqlar gözlənilir. Mən güman edirəm ki, Trampın Rusiyaya təsir imkanları o qədər də çox deyil. Ukraynaya daha çox silah verə biləcəyini bəyan etməklə Rusiyanı qorxutmaq çox çətindir. ABŞ-ın özünün problemləri kifayət qədərdir. Ona görə də Trampın Rusiyaya necə təzyiq göstərə biləcəyi sualı açıq qalır. Odur ki, Putinlə Trampın görüşünün sülhə nail olmaqla nəticələnəcəyi ehtimalı çox azdır”.

Ekspert qeyd etdi ki, burada ikinci əsas məsələ görüşün harada keçirilməsidir: “Azərbaycanın görüş ünvanı kimi adı çəkilir. Mən güman etmirəm ki, Rusiya ilə Azərbaycan arasında ciddi problemlər yaranıb. Təyyarənin vurulması ilə bağlı məsələni aradan qaldırmaq yəqin ki, mümkündür. Bunun da yolunu Azərbaycan Prezidenti göstərib və Rusiya bunu eləməlidir. Rusiya üçün Trampla görüş üçün ən əlverişli yer Bakıdır. Çünki məlumdur ki, Türkiyə dəfələrlə planlaşdırsa da Putinin Türkiyəyə səfəri ikincinin mövqeyi səbəbindən alınmayıb. Slovakiya görüşü təşkil etmək üçün təklif edib, Vyetnamın da adı çəkilir. Güman edirəm ki, Trampla Putinin görüşünün keçiriləcəyi yer məsələsində daha çox Vyetnam və ya Azərbaycan variantları uyğun gəlir. Burada elə bir ciddi problem olmayacaq. Öncədən razılaşmalar olmasa təbii ki, görüş barədə də danışmağa ehtiyac olmayacaq. Ən əsası razılaşmanın əldə olunmasıdır ki, bundan sonra görüşün harada keçirilməsi ciddi problem olmayacaq. Ən uyğun variant şübhəsiz ki, Bakı şəhəridir. Bu, hər iki tərəfi qane edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tarixi məhkəmə prosesi başlayır – Gözlər BAKIDA!

Next

AZAL-ın 3 təyyarəsi Bakıya yox, Gəncəyə ENİŞ ETDİ – SƏBƏB

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv