Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şəhid övladları bizə əmanətdir

By Vüsal Rafiqoğlu
14.01.2025 3 Min Read

Bu gözəl ənənə ata-baba mirasımızdır

Xeyirxahlıq bizə ata-babalarımızdan qalma  gözəl ənənədir. Xüsusilə Vətən torpağını qoruyarkən həlak olanların övladlarına qayğı göstərmək, ata-ana itkisini hiss etdirməmək yüksək qiymətləndirilib. Qədim türklər şəhid balalarını himayəyə götürərək onları öz övladları kimi yetişdirmişlər. Babalarımız şəhid qanı tökülən yerə Vətən demişlər. Onların övladlarını öz övladlarından seçməmişlər, evini tikib toyunu etmişlər. “Onların qəlbi sınıqdır, bir daha sındırmaq olmaz”,-deyirmişlər.

Burada bir haşiyə çıxaq.

Rəvayətə görə, xəlifə Osman ədalətli hökmdar olub.  Xəlifə bir vilayətə hakim təyin edəcəkmiş.  Həmin şəxs xəlifədən fərman almaq üçün onun hüzuruna gəlir. Qapını açıb içəri daxil olmaq istəyəndə görür ki, Xəlifə bir dəstə uşağın əhatəsində əyəşib. Uşaqlardan biri onun dizləri üstə oturub, digərini hökmdar bağrına sıxıb üzündən öpür, əzizləyir. Tez qapını örtür və gözləyir. Uşaqlar içəridən çıxandan sonra həmin şəxs xəlifənin hüzuruna gəlir və soruşur:

– Xəlifə sağ olsun yəqin bu uşaqlar öz uşaqlarınızdır ki, öpüb oxşayırdınız? Mən hələ öz uşaqlarımı öpməmişəm.

Xəlifə ona deyir:

– Mən səni böyük bir vilayətə hakim təyin etmək istəyirdim. Lakin qərarımı dəyişdim. Çünki öz uşağını öpməyən ata xalqın da balasını öpməz. Bu uşaqlar isə şəhid balalarıdır. Bizim borcumuz onları öz uşaqlarımız kimi qayğısız böyütməkdir.

Biz özümüz də yüz illər boyu belə ənənələrə möhkəm bağlı olduğumuz kimi, dövlətimiz də şəhid övladlarına qayğını  yüksək səviyyədə həyata keçirir. Ona görə də Azərbaycan dünya dövlətləri arasında ən humanist ölkələrdən biri kimi tanınır. Şəhid ailələri mənzillə, minik avtomaşını ilə, hər ay iri məbləğli pul yardımı ilə, torpaqla, işlə və s. təmin olunurlar. Hər yerdə bütün qapılar onların üzünə açıqdır. Müqaysə üçün deməliyik ki, Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət dünyanın bir çox ölkələrində yoxdur. Bu, bizim başqalarından daha bir üstünlüyümüzə əyani sübutdur. Razılıqla qeyd etməliyik ki, bir çox özəl təşkilatlar və qeyri-hökumət təşkilatları bu sahədə öz vətənpərvərliklərini mümayiş etdirir, şəhid övladlarına isti qayğı və himayə göstərirlər.

Bu yığcam yazımızda onlardan bəhs edəcəyik. Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib sahələrdə təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan fond “Onlar bizə əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib. Qayğıdan kənarda qalan bircə şəhid ailəsi olmayıb. Şəhid övladlarının siyahısının hazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin uşaqlara çatdırılması isə fondun könüllüləri ilə yanaşı “Azərpoçt”un dəstəyi ilə baş tutub. Layihənin həyata keçirilməsində “Kapital Bank”, “PMD Group”, “PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life” və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər.  Onların hər biri şəhid ailələrinə öz töhfələrini davamlı surətdə təqdim edirlər.

Dörd ildir davam edən “Onlar bizə əmanətdir” layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə “Kapital Bank”-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Beləliklə, ölkəmizdə şəhid övladlarına kömək böyük bir hərəkata çevrilməkdədir.

Qarşıdan Novruz bayramı gəlir. Həmin el bayramı ərəfəsində də xeyirxah əməllər ünvanı olan Qırmızı Ürəklər Fondu və digər qeyri-hökumət təşkilatları şəhid ailələini öz sürprizləri sevindirəcəkdir.

Allah razı olsun!

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur

Next

Azərbaycan təchizat coğrafiyası baxımından Avropada aparıcı ölkələrdən biridir

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv