Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Aliment problemi ilə bağlı yenilik: Vəsait necə müəyyən ediləcək?

By Vüsal Rafiqoğlu
19.01.2025 3 Min Read

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. O qeyd edib ki, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

Məlumdur ki, boşanmalar zamanı ən böyük çəkişmələr məhz aliment və uşaqların valideyni ilə ünsiyyət məsələsində yaranır. Sözügedən dəyişikliklər bu kimi məhkəmə çəkişmələrini xüsusən də, aliment mübahisələrində məhkəmələrin iş yükünü azaldır və vətəndaşları yeni iddia qaldırmaqdan azad edir.

Bəs aliment və ünsiyyət problemi ilə bağlı mühüm yeniliklər nədir? Qərarı Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli ilə müzakirə etdik.

ARANTV.AZ  “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Aliment necə müəyyən ediləcək?

Vəkil “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Ali Məhkəmə Plenumunun məlum qərarı ilə olan dəyişiklikləri aliment məbləğinin müəyyən edilməsi və uşaqla ünsiyyət hüququ olaraq iki yerə bölə bilərik.

Ən çəkişməli, sosial şəbəkələrdə daim müzakirə olunan problem aliment məsələsidir. Vəkil deyir ki, aliment artıq minimum əməkhaqqının müəyyən misli ilə təyin ediləcək: “Məlum olduğu kimi nikah pozulan zaman birgə nikah zamanı doğulan uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən uşaqlar üçün aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Yeni qaydalara qədər aliment müəyyən edilən zaman Ailə Məcəlləsinə uyğun olaraq, ya sabit pul məbləği şəklində, ya da aliment tələb olunan valideynin əməkhaqqının müəyyən misli məbləğində tutulurdu. Hazırkı qaydaya əsasən isə artıq sabit pul məbləğində aliment tutularkən onun məbləği konkret rəqəmlə, yəni, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə deyil, minimum əməkhaqqının misli məbləğində müəyyən ediləcək”.

Məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə…

Məlumdur ki, hər il ölkə üzrə yaşayış minimumu haqqında qanun qəbul edilir, həmin qanunda da uşaqlar üçün yaşayış minimumu müəyyən edilirdi. Vəkil bildirir ki, məhkəmələr tərəfindən aliment sabit məbləğdə təyin edilən zaman həmin məbləğ nəzərə alınırdı: “Məsələn, 2024-cü ildə hər uşaq üçün yaşayış minimumu ölkə üzrə 235 manat müəyyən olunmuşdu, məhkəmələr aliment müəyyən edəndə həmin məbləği sabit pul şəklində təyin edirdilər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarı ilə isə məhkəmə aliment məbləğini təyin edərkən minimum əmək haqqı məbləğinin misli ilə ifadə etməklə indeksasiya aparacaq. Məsələn, məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə, onda aliment məbləğini 240 manat olaraq deyil, minimum əmək haqqı məbləğinin 0.6 misli məbləğində müəyyən edəcək. 2025-ci il üçün minimum əmək haqqı məbləği 400 manat təşkil etdiyindən, həmin məbləğin 0.6 misli 240 manat olacaq”.

Minimum əməkhaqqı artdıqca…

Həmsöhbətimiz deyir ki, bu cür hesablamanın aparılması o baxımdan sərfəlidir ki, əvvəllər yaşayış minimumu artdıqca, hər il valideyn aliment məbləğinin artırılması üçün yenidən iddia qaldırmaq məcburiyyətində olurdu: “Artıq aliment məbləği yaşayış minimumuna görə yox, minimum əməkhaqqı məbləğinin artımına uyğun müvafiq hesablama ilə aparıldığına görə gələcəkdə bu cür iddianın qaldırılmasına ehtiyac qalmır. Hesablama zamanı ölkədə minimum əməkhaqqı məbləği artdıqca, aliment məbləği də müvafiq indeksasiya üzrə artacaq. Bu, uşaqların mənafeyinin qorunmasına, onların xərclərinin ölkədə minimum əməkhaqqı məbləğinin artırılmasına uyğun qarşılanmasına imkan verəcək”.

Digər məsələ isə odur ki, Ailə Məcəlləsinin tələbinə görə, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləği uşağın adına açılmış bank hesabına köçürülə bilərdi: “Buradakı dəyişiklik ondan ibarətdir ki, artıq bu proses məhkəmədə yenidən iddia qaldırmaq əsasında deyil, icra qaydasında ərizə vermək yolu ilə öz həllini tapacaq”.

Valideynlər öz öhdəliklərini biləcəklər

Yuxarıda da qeyd etdiyimiz kimi, ikinci mühüm dəyişiklik ünsiyyət hüququ ilə bağlıdır. Vəkil bildirir ki, valideyn əvvəllər ünsiyyət hüququnun əldə edilməsi üçün ayrıca iddia qaldırmalı idisə, yeni qaydaların tətbiqindən sonra buna ehtiyac qalmayacaq: “Himayəsinə uşaq verilməyən valideyn uşaqla görüşmək hüququna malikdir. Yeni qaydaların tətbiqindən sonra boşanma prosesində uşaqla ünsiyyət məsələsi də öz həllini tapacaq. Yeni bir iddianın qaldırılmasına, uzun-uzadı məhkəmə çəkişmələrinə ehtiyac qalmayacaq. Əvvəlki məhkəmə təcrübəsindən fərqli olaraq yeni qaydalar müəyyən edir ki, ünsiyyətlə bağlı vəzifələr icra məmurlarının üzərinə qoyulmayacaq. Valideynlər ünsiyyətlə bağlı münasibətlərdə öz öhdəliklərini biləcəklər və həmin qətnaməni könüllü şəkildə icra etməli olacaqlar. Əks təqdirdə məsuliyyət məsələsi ortaya çıxacaq. Məhkəmənin qətnaməsini icra etməyən, uşaqla ünsiyyət hüququna maneçilik törədən valideynlə bağlı məsuliyyət tədbirləri görüləcək”.

Vəkil vurğulayır ki, uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, yeri kimi məsələlər Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən, ərizə təqdim etmək yolu ilə həyata keçiriləcək və 10 iş günü müddətinə baxılacaq. Yəni, aylarla məhkəmə prosesi, xərclər, mediasiya, vaxt itkisinə ehtiyac olmayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağciyər xərçənginin qarşısını ala bilən İSTİOT

Next

Vətən həsrəti

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv