Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vətən həsrəti

By Vüsal Rafiqoğlu
19.01.2025 3 Min Read

Mən 1984-cü il dekabrın 27-də Ermənistan Respublikasının Amasiya rayonu Əzizbəyov (Qaraçanta) kəndində anadan olmuşam.

Ermənistan SSR Ali Sovetinin  4 may 1939-cu il tarixli fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur. Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Xalqın “Hulley” adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. «Duz dağ», «Qapılı zağa», «Ömər dərəsi», «Arpa çayı», «Hülley dağ», «Orta təpə», «Üçgözlər», «Məmmədağa», «Daş dərə», «Göy bulaq», «Alməmmədlilərin bulağı» qaraçantalıların heç vaxt unutmayacaqları dağ, dərə, bulaq adlarıdır

Kənddə 1886-cı ildə 348, 1914-cü ildə 729 nəfər,1922-ci ildə 547 nəfər,1988-ci ildə isə 1750 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Sovet dövründə  Amasiya rayonunda Partiya Komitəsinin 14 birinci katibindən 10 nəfərinin azərbaycanlı, İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyənlərin 8 nəfərinin azərbaycanlı olması və nəticə etibarilə 70-ci illərdə əhalinin 84 faizinin azərbaycanlılar, 15 faizinin ermənilər, yalnız 1 faizinin digər millətlərin nümayəndələrinin təşkil etməsi ermənilərin ciddi narahatlığına həmişə səbəb olub.

Qərbi Qafqaz Türk Cümhuriyyəti qurucularından və hökumət üzvü Qaraçantalı Əhməd bəy Hacıoğlu, filologiya elmləri doktoru, professor Ramiz Əskər, texnika elmlər doktoru, professor Pərviz Abdullayev, texnika elmlər doktoru, professor Sübhan Namazov, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə elmlər doktoru Tənzilə Rüstəmxanlı bu kənddə anadan olmuşlar.

İlk uşaqlıq illərim mənfur qonşularımızın bizləri öz doğma yurd-yuvamızdan didərgin salana qədər həmin kənddə keçmişdir.

Ailədə 5 nəfər idik: atam, anam və məndən başqa iki bacım. Amma bu sakit, dinc həyatımız uzun sürməmiş, bizim də taleyimizə o müdhiş söz-qaçqınlıq yazılmışdır. Əlbəttə, o zamanlar mən uşaq idim. Cəmi dörd yaşım var idi. Qaçqınlıq nədir, öz doğma yurd-yuvasından qovulmaq nədir hələ dərk etmirdim. Amma, valideynlərimin çarəsiz baxışlarından, təlaş içində vurnuxmaqlarından təhlükəli bir şeyin baş verdiyini anlaya bilirdim. Və, beləliklə, bədnam qonşularımızın həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticəsi olaraq kök saldığımız torpaqlarımızdan didərgin salınaraq Azərbaycana pənah gətirdik. Onu da əlavə etmək istəyirəm ki, həmin dövrdə 1988-ci il zəlzələsi təzə baş vermişdi. Soyuq dekabr günləri idi. Insanlar hələ zəlzələnin dəhşətindən ayılmamışdı. Zəlzələnin şokunu atlatmayan bir xalqa bədnam qonşularımız ikinci fəlakəti yaşatdı. Onların taleyinə vətən həsrəti yazdı.

Həmin vaxtdan bizim uzun sürən, məşəqqətli bir yolculuğumuz başladı. Yolboyu bir çox çətinliklərlə qarşılaşdıq. Üstəlik dondurucu qış günləri olduğundan bu çətinliyimiz ikiqat artmışdır. Ilk olaraq Gürcüstana getdik, daha sonra ordan Bakının Lökbatan qəsəbəsində gəldik.

O zamanlar mən uşaq olduğumdan bir çox şeyləri ya dərk etmirdim, ya da əhəmiyyət vermirdim.  O üzdən bir çox şeyləri xatırlaya bilmirəm.  Amma o dövrün ağrı-acıları valideynlərimin yaddaşına ömürlük yazılaraq dərin kök salmışdır. Onlar deyirlər ki, sözdə olan ermənilər neçə-neçə ailənin ocağını söndürmüş, neçə-neçə ailənin evinə qışı gətirmişdir.  Onlardan biri kəndimizdə yaşayan Haqverdiyev  İbrahim adlı şəxsdir. O, rayon xəstəxanasında təsərrüfat işləri üzrə müdir vəzifəsində çalışırdı. 17 yaşlı oğlu xaric ailəsindən hər kəsi Azərbaycana gondəribmiş. Ümid edirmiş ki, bu bela uzun sürməz, tezliklə gedənlər yenidən yurda dönərlər. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Heç də düşündükləri kimi olmamış, əksinə hər şey tərsinə olmuşdur. Evdə olmadıgı zaman  üzdəniraq qonşularımız onun 17 yaşlı oğlunu asaraq qətlə yetirmişlər. Digər bir hadisə isə yenə kənd sakini və eyni zamanda qonşumuz olan  Paşa Kərimovlar ailəsi ilə baş vermişdir. Onlar ailəlikcə köç edərkən bir qrup silahlı erməni qruplaşmasının hücumuna məruz qalaraq talanmışlar. Üstəlik anam deyir ki, o, o zaman rayonun tikiş fabrikində işləyirmiş. Və o zamanlar onların aylıq əməkhaqqısından Böyük  Ermənistan xülyalarını gerçəkləşdirmək üçün pul tutularaq daşnaksütyun partiyasına yatırılırmış.

İndi aradan 37 il keçmişdir. Valideynlərim Sumqayıt şəhərində yaşayırlar. Aradan bu qədər zaman keçməsinə baxmayaraq  gozlərində vətən həsrəti, qəlblərində vətən nisgili kök salmışdır. Çoxu zaman valideynlərim  keçmişdən, öz adət-ənənələrindən sanki hər şey dünən olmuş kimi söz salarlar.  Danışarlar, danışarlar… Hec bitməyən vətən həsrətini bu cür dindirməyə çalışarlar.  Bizlər isə sanki onların keçmişinə enib hər şeyə şahid olmuş kimi dinləyər, dərdlərinə şərik olmağa çalışarıq. Axı biz orda kecmşimizi qoyub gəlmişik.

Mən 2002-2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji  Universitetinin filologiya fakültəsini bitirmişəm, 2008-2015-ci illərdə Fars-İngilis Dillər Təmayüllü Tam Orta internat məktəbində, 2015-2016-ci tədris ilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tərbiyəçi müəllim kimi işləmişəm. 2022-2023-cü tədris ilini Lerik rayonu Nücü kənd tam orta məktəbində,.2023-cü ildən isə rayonun ləkər kənd ümumi orta ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətimi davam etdirirəm.

Suheyla Bayramova,
Lerik rayonu ləkər kənd ümumi orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aliment problemi ilə bağlı yenilik: Vəsait necə müəyyən ediləcək?

Next

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv