Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiya FTX-si Azərbaycana qarşı GÖRÜN NƏ EDİB – SENSASİYA!

By Vüsal Rafiqoğlu
22.01.2025 4 Min Read

AzTV-nin rəhbəri müəllif proqramında Rusiyanın davranışlarını sərt tənqid etdi; qarayaxma kampaniyasının arxasında dayanan güc…

Son vaxtlar Kremlə yaxın mediada Azərbaycana qarşı yönəlik  qarayaxma kampaniyası müşahidə edilir. Məlumdur ki, AZAL-ın  təyyarəsinin vurulmasından sonra Bakı günahkarların cəzalandırılmasını tələb edib. Bu anti-Azərbaycan yazılar da məhz bundan sonra tirajlanmağa başlayıb.

Rusiyanın bu qəzada günahkar olması beynəlxalq müstəvidə də xüsusi vurğulanır. Azərbaycan təyyarə qəzası zamanı Rusiyanın ünvanına heç bir böhtan və ya təhqir səsləndirməyib. Ölkəmiz, sadəcə, ədalətli istintaqın aparılmasını, günahkarların məsuliyyətə cəlb olunması tələbini irəli sürüb. Lakin görünən budur ki, Rusiyada diqqət məsələnin əsas mövzusundan yayındırılmağa, Azərbaycanın günahkar çıxarılmasına yönəlib. Halbuki Azərbaycan ictimaiyyəti yalnızca məsələnin obyektiv şəkildə araşdırılmasını və ədalətin təmin edilməsini tələb edir.

Bu, həm də dövlət maşınının öz günahını susdurmaq və qurbanı qaralamaq üçün mediadakı imkanlarından necə istifadə etdiyini göstərir. Azərbaycan xalqının həqiqəti tələb etmək, ədalətin bərpasını, məsuliyyətin qəbul edilməsini və zərərçəkmişlərə təzminat ödənilməsini istəmək tam haqqıdır. Günahın etiraf edilməsi, günahkarların cəzalandırılması və bütün zərərçəkmişlər qarşısında üzrxahlıq da Rusiya tərəfinin minimum yerinə yetirməli olduğu tələbdir. Bunun əvəzində media vasitəsilə Azərbaycana hücum Rusiyaya heç bir başucalığı gətirmir.

“Azərbaycan, Qazaxıstan və Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açılıb”. Baş prokuror Kamran Əliyev deyib ki, hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb istintaqa təqdim edib. O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”. Qeyd edək ki, dekabrın 25-də qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla, 38 nəfər həyatını itirib.

Bakı-xeber.com isə yazır ki, qarayaxma kampaniyası Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə olunur.

Azərbaycana qarşı media, sosial şəbəkə kampaniyalarının Federal Təhlükəsizlik Xidməti üzərindən aparılmasının nə anlamı var? Niyə bunu FTX üzərindən aparırlar, bu işi niyə ona həvalə ediblər? Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir, yoxsa bəzi dairələr iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlıdır? 

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli Rusiya mediasının total nəzarətdə olduğunu nəzərə almağı vacib sayır. Onun fikrincə, tapşırıq FTX-dən gələ bilər, elə Kremldəki dairələrdən də: “Əsas olan budur ki, Rusiya üstümüzə gəlir. Öz hərbi cinayətini ört-basdır etmək üçün hər bir manipulyasiyaya əl atılır. Biz dost davranış gözləyirik və tələblərimizin icrasını istəyirik, onlar isə əvəzində media vasitəsilə bizə hücum edirlər. İstənilən halda, bu hadisə münasibətlərdə soyuqluq yaradıb. Artıq AzTV-də Rusiyanın ünvanına sərt tənqidlər səsləndi. Bu da ondan xəbər verir ki, Azərbaycan dövləti Rusiyanın hazırkı rəftarından ciddi narazıdır. Hadisə ötən il dekabrın 25-də olub, üzərindən bir aya yaxın vaxt keçir, Rusiyada məsuliyyət daşıyanlar istintaqa cəlb olunmayıblar”. Q.Hüseynli hesab edir ki, Azərbaycan geri çəkilməməli və tələblərini yerinə yetirilənədək davam etdirməlidir: “Biz istintaqın yekunlaşmasını gözləyirik. Görək, bu dəfə Rusiya nə deyəcək. Ötən həftə Lavrov verdiyi açıqlama ilə Moskvanın başqa niyyətdə olduğunu nümayiş etdirmişdi. Əgər Rusiya sona qədər bu mövqeyi dəyişməsə, o zaman Bakı ilə münasibətlərdə yaranmış problemin müqəssiri də özü olacaq. Rusiyaya isə belə şəraitdə Azərbaycanı itirmək qətiyyən sərf etmir”.

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, Azərbaycan Rusiyanın yanında olan bir siyasət yürüdüb, Avropa İttifaqına üzvlük niyyətində olmayıb: “Son illərdə, ümumiyyətlə, Avropa ilə “divar hörməkdəyik”. Düzdür, bu addım təqdir olunmalı deyil. Biz demokratik dünya ilə əlaqələri kəsməməliyik. Ancaq biz Rusiyaya kifayət qədər etibarlı münasibət göstəririk, lakin məlum olur ki, qarşı tərəf buna layiq deyil. Rusiya təyyarəmizi vurduğunu etiraf etməliydi. Böyüklük güclü olduğunu göstərməyə xidmət etməməlidir. Əgər sən kimisə əzirsən və bunu boynuna almırsansa, cılızlıqdan başqa bir şey deyil”. M.Rəhimli hesab edir ki, müttəfiq ölkə belə davranmamalıdır. Onun fikrincə, Rusiya Vətən müharibəsini də yarımçıq dayandırmağa çalışmışdı, amma sonrakı dövrdə Azərbaycan Prezidentinin siyasi iradəsi və antiterror əməliyyatı prosesi yekunlaşdırdı: “Yəni Rusiya o zaman da işi yarımçıq qoymağa çalışmışdı. Sadəcə, bu dəfə Rusiya neytral dayandı, ən azı qarşımıza çıxmadı. Yəni bizə heç bir dəstək olmayıblar, sadəcə, qarışmayıblar və bunu da indi bizə minnət qoya bilməzlər. İndi də Rusiyanın təyyarənin vurulması ilə bağlı mövqeyi qəbuledilən deyil. Lavrov müharibə dövründə Azərbaycanın rus helikopterini vurmasını xatırladır. Amma yanlış müqayisədir. Əvvəla, həmin dövrdə müharibə gedirdi və rus helikopteri Naxçıvan səmasında niyə peyda olmuşdu? Qroznıya uçan təyyarə isə sərnişin daşıyırdı, hərbi təyyarə deyildi və dövlətlər arasında mülki təyyarələrin uçuş ilə bağlı müqavilələr, öhdəliklər var. Bu reallıqda Lavrovun çıxışı manipulyasiyadır. Ümumiyyətlə, “qara qutu”lar Braziliyaya göndərilibsə, onun dediyi məlumatlar necə Rusiyanın əlinə keçib?”

Partiya rəsmisi Lavrovun sözlərinə heç kəsin inanmadığını düşünür: “Özləri Rusiya mətbuatında dispetçerlə pilotun danışıqlarının stenoqramını yaymışdılar. İndi kim onun dediklərinə inanar? Ona görə də Rusiya cinayətini etiraf etməli, günahkarlar cəzalanmalı, zərər çəkənlərə təzminat ödəməlidir. Həmçinin Azərbaycan dövlətinə dəyən zərər qarşılanmalıdır. Çünki bizim nüfuzumuz milyardlarla ölçülür. Bəlkə Rusiyanın nüfuzu heç 1000 manat eləmir, amma bizim imicimiz var. Axı sən kimsən ki, təyyarəmizi vurursan, sonra da heç nə olmamış kimi davranırsan? Rusiyanın indiki cəhdlərindən görünür ki, bu hadisəni üzərindən atmaq və Ukraynanın boynuna biçmək istəyir”.

AzTV-nin rəhbəri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu “Həftə” verilişində Rusiyanın Azərbaycana olan son davranışlarını sərt tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan-Rusiya münasibətlərinə, son günlər Rusiya KİV-lərində Azərbaycanın əleyhinə səsləndirilən fikirlərə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə şərh verib.

O qeyd edib ki, başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur: “Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz! Birincisi, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha bir QORXULU VİRUS qapıda! – diqqətli olmaq lazımdır, çünki…

Next

Türkiyədə bayraqlar yarıya endirildi – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv