Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Sərhədlərin müəyyənləşməsi şimaldan başlayır – Tavuşda təlaş

By Vüsal Rafiqoğlu
22.01.2025 4 Min Read

Ermənistan parlamentində saxta “xəritə” şousu; revanşistlər yenidən hərəkətləndi; Bakıdan sərt xəbərdarlıqlar

Ötən həftəsonu Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrlik etdikləri komissiyaların 11-ci görüşündə dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba aparılması barədə razılığa gəlinib. Hələlik delimitasiya işlərinin həyata keçiriləcəyi konkret ərazi adı çəkilməyib.

Məlumata görə, bu məsələ ilə bağlı Ermənistanın müxalif siyasi dairələrində narahatlıq yenidən artıb. Məsələn, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan yenə də sosial şəbəkələrdə özünə əl qatıb və erməni cəmiyyətində təşviş yaradıb. Abramyan bildirib ki, delimitasiya komissiyaları hazırda erməni işğalı altında olan anklav kəndlərin – Yuxarı Əskipara, Sofulu və Barxudarlının məsələsini gündəmə çıxararsa, Ermənistan üçün ciddi mənfi nəticələr yarana bilər. “Həmin kəndlərin təslim edilməsi təkcə Tavuş vilayətinin daxili kommunikasiyalarını yox, həm də bu bölgənin daxili rabitəsini məhv edə bilər. Ermənistan-Gürcüstan sərhədinə gedən əsas yol olan Baqrataşen yolu və Gürcüstandan Ermənistana gələn qaz kəməri təhlükə altına düşə bilər. Digər ciddi problem İcevandan Berdədək olan yol olacaq və onun bir hissəsi Azərbaycanın nəzarətinə keçə bilər”, – deyə Tiqran Abramyan ermənilər üçün “həyəcan təbili” çalıb.

Qeyd edək ki, Tavuş vilayətindəki işğal olunmuş anklav kəndlər (Qazağın hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş üç kəndi) – Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində zəbt edilib. 1992-ci il aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də isə Yuxarı Əskipara Ermənistan tərəfindən işğal olunub. Ümumilikdə isə hazırda Azərbaycanın 4 kəndi işğalda qalmaqdadır: Qazağın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və 1990-cı ilin 19 yanvarında, düz 35 il əvvəl işğal olunmuş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Qeyd edək ki, Kərki ötən əsrin sonlarında Ermənistan tərəfindən işğal olunmuş ilk kəndimizdir. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İşğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.

Ötən ilin aprelində sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib. Ermənistan hələ ki yayınmadığı yeganə məsələ sərhədlərin müəyyənləşməsi ilə bağlıdır. İndilikdə hadisələrin inkişaf axarı göstərir ki, delimitasiyanın Qazax-Tavuş istiqamətindən başlanması Azərbaycana erməni işğalında qalan digər 4 kəndi azad etmək imkanı yaradır. Ekspertlərimizin bu məsələlərlə bağlı maraqlı fikirləri var və hesab edirlər ki, Ermənistan fakt qarşısından qaça bilməz, ədalətli tələbimizi yerinə yetirməlidir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi davam edir: “Baş nazirlərin müavinləri səviyyəsində görüşlərin də növbəti raundu keçirilib. Keçən il tərəflər arasında müsbət nəticələr əldə edildi. Sərhədin bir hissəsi demarkasiya olundu, müəyyənləşdi. Bunun nəticəsində uzun illər öncə kəndlərimizi işğal edən Ermənistan həmin kəndlərin 4-nü geri qaytarmaq məcburiyyətində qaldı. İndi orada mina təmizləmə işləri aparılır. Ermənistan torpaqlarımızı işğal etdikdən sonra adəti üzrə minalayıb. Necə ki Qarabağı, ətraf əraziləri minalaşmışdı. Odur ki, minalardan təmizləmə işləri gedir. Üstəgəl, sərhədlərin digər istiqamətində də dəqiqləşmə işləri davam edir. Daha çox cənub istiqaməti ilə bağlı danışıqlar var”. E.Şahinoğlu qeyd etdi ki, 4 kəndimiz hələ də erməni işğalı altındadır, bu məsələlər də həllini tapmalıdır: “Gec və ya tez Ermənistan həmin 4 kəndi də Azərbaycana qaytarmaq məcburiyyətində qalacaq. Sadəcə, Ermənistanın daxilində bu mövzuda çox sərt diskussiyalar gedir. Radikal müxalifət yenə də hakimiyyəti satqınlıqda ittiham edir, Azərbaycanın bir hissəsinə iddia edən saxta xəritələr təqdim edirlər. Qarşıdurma davam edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də son müsahibələrindən birində Ermənistanda faşizmin mövcud olduğunu bildirib. Faşizm deyərkən məhz bu radikal qüvvələri nəzərdə tuturdu. Onlar nəinki bizim qalan ərazilərimizi, kəndlərimizi qaytarmaq istəmirlər, hələ yenidən bunlar məntiqsiz şəkildə beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın digər ərazilərinə iddialarını ortalığa qoyurlar və saxta xəritələr ortaya qoyurlar. Buna baxmayaraq, biz Ermənistanın rəsmi strukturları ilə danışıqlar aparırıq və onlardan müvafiq addımlar gözləyirik”. Politoloq qeyd etdi ki, məhz bu addımlar bölgədə sülhü və gələcəkdə əməkdaşlıq imkanların yaxınlaşdıra bilər: “Kəndlərimiz geri qaytarılmadan, Zəngəzur dəhlizi işə düşmədən əlbəttə, iki dövlət arasında sülh sazişi imzalansa belə, bu, yarımçıq olacaq. Çünki inam atmosferi olmayacaq. Ona görə də Ermənistan 4 kəndi də yaxın gələcəkdə Azərbaycana qaytarmağa məcburdur. Çünki o kəndlərin Ermənistana heç bir dəxli yoxdur”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov xatırlatdı ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra delimitasiya prosesindən qaçırdı, açıq-aydın təxribatlar törədirdi: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı müddəalar var idi. İkincisi, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də daxil olmaqla, Avropanın bir çox siyasətçisi sərhədlər delimitasiya olunmadan Bakı ilə İrəvanın əlaqələrinin normallaşmasını mümkünsüz hesab edirdilər və indi də bu mövqelər haradasa var. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etdiyini söyləyir. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var. Bütün bunlara baxmayaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir”. T.İsmayılov qeyd etdi ki, İrəvan Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib: “Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda bu komissiyaların işinin uzanmasına səbəb olurdular, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsinə imkan vermirdilər. Ermənistan əməldə də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sübut etməlidir. Bizim bir kəndimiz belə Ermənistanın anklavı ola bilməz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycana xəyanət edən İvan Svetliçnıynın məhkəməsi sensasiya vəd edir – CASUSLUQ SKANDALI

Next

Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv